Azərbaycanda 49692 nəfər Qarabağ müharibəsi veteranı var. Onlardan 11 min 994 nəfəri Qarabağ müharibəsi zamanı əlil olmuş şəxslərdir.
Strateq.az bildirir k, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Qazilər.az portalının rəsmi müraciətinin cavabında bəyan edib. Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayevin verdiyi məlumata görə, ƏƏSMN tərəfindən ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar olan 11994 nəfər (Qarabağ əlili-red), 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olan 327 nəfər Prezident təqaüdü, 49692 nəfər Qarabağ müharibəsi veteranı müavinətlə təmin edilir.
Həmçinin qeyd olunub ki, cari ilin 01 yanvar tarixinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən Azərbaycan Respublikası Prezidentinin təqaüdü ilə təmin olunan şəhid ailələrinin sayı 12779 və 20 Yanvar şəhidi ailələrinin sayı 119-dur.
Ən son rəsmi məlumat budur:
Şəhid ailəsi (20 yanvarla bir yerdə): 12898 nəfər
Qarabağ əlili: 11994 nəfər
20 yanvar əlili 327 nəfər
Müharibə veteranı isə 49692 nəfərdir
X.SƏFƏRLİ