XƏBƏR LENTİ

07 Avqust 2020
06 Avqust 2020

Digər Xəbərlər

24 Oktyabr 2018 - 09:17

“MOSSAD” VƏLİƏHD-ŞAHZADƏYƏ RƏQİBLƏRİNDƏN QURTULMAQDA NECƏ YARDIM EDİB? –Kuşner israrla vəliəhdi qorumağa çalışır - ARAŞDIRMA

Bekir Hazar

“Takvim”, Türkiyə, 23 oktyabr 2018-ci il

 

Taar Qalib Əlhərbi (Thaar Ghaleb Alharbi) Səudiyyə Ərəbistanı Kral Mühafizə Qüvvələrində xidmət edirdi. Düz bir il öncə Ciddədə vəliəhd-şahzadə Salmanın sarayına silahlı hücum təşkil edildi. Əlhərbiyə sarayın müdafiəsi zamanı göstərdiyi cəsarətə görə, leytenant rütbəsi verildi. Ölkəsində çevriliş edərək, ipləri əlinə alan şahzadə Salmana yönəlik sui-qəsd cəhdi zamanı silahlı şəxs iki kral mühafizəçisini öldürüb, üçünü yaraladıqdan sonra öldürülmüşdü…

Xaşuqci qətl edilərkən, konsulluqda olanlardan biri də şahzadə Salmana görə canını ortaya qoyan Əlhərbi idi.

Şahzadə Salman və Kral ailəsinin son üç ABŞ səfərində də yanlarından ayırmadığı şəxslərdən biri də Xalid Aid Əlütaib (Khalid Aed Alotaibi) idi. Xaşuqci qətl edilən zaman o da konsulluqdaydı.

“Cəsəd buxarlaşdırma” üzrə mütəxəssis olan doktor Tubaici (Tubaigy) Şotlandiya Qlazqo Universitetində magistr təhsili almış məhkəmə-tibb ekspertidir. Sümük mişarı ilə İstanbula gəldiyi önə sürülən doktor Tubaici şahzadə Salmana tabe olan Daxili İşlər Nazirliyinın İctimai təhlükəsizlik şöbəsində xidmət edən podpolkovnik kimi tanınır.

Krallığın polkovniki olan Mahir Əbdüləziz Mütrib (Maher Abdulaziz Mutreb) şahzadə Salmanın xarici səfərləri zamanı yanından ayırmadığı şəxslərdən biridir. Cinayət baş verən zaman o da digər qatillərlə birlikdə idi.

Və general-leytenant Əsiri (Asiri)…  Bütün əməliyyat onun üstünə yıxıldı. Əsiri, Yəmən əməliyyatını aparan hərbi koalisiyanın rəsmi nümayəndəsi idi. O dövrdə Müdafiə naziri olan şahzadə Salmanın ən yaxın iş yoldaşlarından biri idi. Bu yaxın dostluq sayəsində o, Səudiyyə Ərəbistanı Baş Kəşfiyyat İdarəsinin rəis müavini vəzifəsinə yüksəldi. Əsiri, ABŞ-ın “Sandhurst” və “West Point” kimi bütün dünyada məşhur olan nüfuzlu hərbi məktəblərində təhsil alıb. Bu məktəblər kəşfiyyatçı yetişdirən və ABŞ-a bağlayan təhsil qurumlarının başında gəlir.

İstanbula göndərilən 15 nəfərlik qrupda olanlar bir-bir araşdırıldıqda, onların hamısının şahzadə Salmana ən yaxın olan şəxslər olduğu ortaya çıxır. Bu şəxslərin heç birinin Salmandan xəbərsiz tualetə belə gedə bilməyəcəyini dövlətləri idarə edənlər çox yaxşı bilirlər. Buna rəğmən, ABŞ Prezidenti Tramp Salmanı xilas etmək üçün özünü cırır. “O yaxşı adamdır, etməz” deyir. Zəng edir, danışır, “Ondan vaz keçə bilmərik. O, Səudiyyə Ərəbistanını idarə edəcək ən güclü şəxsdir ” deyərək, hayqırır. Tramp utanmasa, Salmana zamin duracaq…

Xaşuqcinin öldürülməsi əmrini verən biri ilə zəng edib danışmağın, hadisənin pərdəarxasını təhrikçidən öyrənməyə çalışmağın necə bir hiss olduğunu bilmirəm. Ancaq ötən həftə yazmışdım: “Bu cinayət Trampın şahzadə Salmanla qan qardaşı olan yəhudi kürəkəni Kuşnerə qədər uzanacaq”.

Həqiqətən, həftə sonunda ABŞ-lı senatorlar “Bu işin içində kürəkən Kuşner də var” dedilər.

Kuşner, Səudiyyə Ərəbistanını qan qardaşı Salman vasitəsilə İsrailə yaxınlaşdıran bir nömrəli şəxsdir. “Mossad” və Səudiyyə kəşfiyyatının önəmli şəxslərini Vaşinqtonda görüşdürən də odur. Nəticədə, “Mossad” Səudiyyə kəşfiyyatının içinə pis bir şəkildə girib.

Son olaraq, şahzadə Salmanın istəyilə, İsraildən Səudiyyə kəşfiyyatına bir proqram göndərilib. Bu proqram vasitəsilə Səudiyyə Ərəbistanı müxalifətçilərinin, –dünyanın harasında olursa-olsun, – bütün yazışmalarına giriş imkanı təmin edilib.  

“Mossad”ın texnoloji dəstəyilə dünyada müxalifətçi ovu başlayıb. Xaşuqcinin “Səudiyyə Ərəbistanına Azadlıq Fondu” qurma hazıqlığında olması da bu proqram vasitəsilə təsbit edilib. Beləliklə, Xaşuqci cinayətinin əsl təhrikçisi “Mossad” oldu. Cinayətin İstanbulda işlənərək, Türkiyənin üstünə atılması da “Mossad” planı idi.

Keçmişdə buna bənzər əməliyyatlar keçirərək, başqa ölkələri bir-birinə qarşı qoymuşdular. Təcrübəlidirlər. Həqiqətən, Birləşmiş Ərəb Əmirliklərini də Türkiyə ilə düşmən edən mərkəz məhz İsrailin bu kəşfiyyat təşkilatıdır. Öncə “Türklər burada çevriliş edəcək” deyərək, BƏƏ rəhbərlərinin yuxusunu qaçırdılar. Ardınca “Sizi qoruyacağıq” deyərək, ölkənin hər yerinə girdilər.

Ərəb dünyasını İsrailin qucağına itələyən bir nömrəli adam da, Trampa ABŞ səfirliyini Qüdsə köçürtdürən də kürəkən Kuşnerdir. Haham nəvəsi olan Kuşner, 10 milyard dollar dəyəri olan atadan qalma daşınmaz əmlak şirkətinin sahibidir. Onun İDB, “Bank Hopaliam”  “Harel Sigorta” kimi İsrailli ortaqları var.

“Trampa Salmanı müdafiə et… Bir müddət sonra hadisə unudulub gedər, təlqinlərini edən Kuşnerdir” yazan da ABŞ mətbuatıdır. Trampı Kuşner yoldan çıxarıb. O, Kuşner və ABŞ-ın Ər-Riyaddakı trilyonlarla dollarlıq mənfəəti üzündən qatili müdafiə edir…

Tərcümə Strateq.az-ındır