XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

24 October 2018 - 20:04

MİLYARDERLƏR TRAMPI DEVİRMƏK ÜÇÜN “NARINCI İNQİLAB” HAZIRLAYIRLAR –"Mühacir karvanı" sərhədə basqın edəcək – ARAŞDIRMA

Viktoriya Nikiforova

vz.ru, 24.10.2018

 

ABŞ-da icad edilərək xaricdə çevrilişlərin təşkili üçün nəzərdə tutulmuş  “maydan texnologiyaları” indi Birləşmiş Ştatların özündə sınaqdan keçirilir – fəaliyyətdə olan rəhbərliyə qarşı.

“Onijedeti” (Ukrayna millətçilərinə qoyulan lağlağı  ad-red.) kimi ölkənin güney sərhədinə sarı hərəkətlənən çoxminlik “mühacir karvanı”ndan istifadə planlaşdırılır. Məlumat var ki, bu zərbə cəhdinin arxasında bir başqası deyil, Corc Soros durur.

Konqresə (noyabrın 6-da keçiriləcək) aralıq seçkilərindən qabaq ABŞ prezidenti və Respublikaçılar Partiyasını hiyləgər tələ gözləyir. “Mühacirlər karvanı” səsvermə günü ərəfəsində ABŞ-ın güney sərhədinə yaxınlaşacaq. Minlərlə adam, sözün birbaşa mənasında, sərhədə basqın edəcək və ölkə ərazisinə soxulacaq.

Tramp öncədən xəbərdarlıq edib ki, ordu vasitəsilə sərhədi qoruyacaq. Amma bu halda jurnalistlər artıq aşağı startdadırlar. Onlar Hondurasdan şimala doğru “karvan” hərəkatını son dərəcə rəğbətlə işıqlandırırlar. Təsəvvür etmək çətin deyil ki, bu qələm və təbliğat peşəkarları Meksika-Amerika sərhədində hərbçilərlə mühacirlərin toqquşmasını necə təqdim edəcəklər. Tramp və respublikaçılar onların təsvirində Amerika seçiciləri üçün şərin təcəssümünə çevriləcəklər.

Ən yaxın seçkiqabağı perspektivdə sərhəddə çağaların döyülməsi Demokratik Partiyaya xal gətirəcək – təmsilçiləri nümayişkaranə şəkildə mühacirlərə acıyacaq və hərbçilərin “qəddarlığından” qızğın şəkildə qeyzlənəcəklər, tərəfdarları isə fəal şəkildə səs verəcəklər.

Mühacirlərin sıxışdırılması uzaq perspektivdə Trampın mümkün impiçmenti üçün əla informasiya bəhanəsi olacaq. Ağlayan uşaqların və mühacirləri döyən əsgərlərin təsirli fotoları əşyayi-dəlil kimi yarayacaq. Prezident əmr verməyə və sərhəddə qeyri-leqalları qovmağa risk etməzsə, öz tərəfdarlarının gözündə simasını itirəcək. Respubklikaçıların seçiciləri məyus olacaq və onlara səs verməyəcəklər. Tramp özünün birbaşa konstitusiya vəzifəsini – ölkənin sərhədini qorumağı – yerinə yetirə bilməyən aciz bir məğmun kimi görünəcək.

Bu texnologiya zamanında Viktor Yanukoviçə sancılan “çəngəl”i son dərəcə yada salır – ya maydan kütləsinə Ukraynada hakimiyyəti ələ keçirməyə imkan vermək, ya da “onijedeti” incidən yırtıcıya çevrilmək. Bu gün Donald Tramp üçün eyni maydan texnologiyası hazırlanıb. “Mühacirlər karvanı” isə “onijedeti” rolunu uğurla oynayır.

Əvvəlcə Amerika, ardınca dünya KİV-ləri bu “karvanı” nəsibsiz honduraslıların kortəbii yürüşü kimi qələmə verib. Amma çox tezliklə aydın olub ki, xalqların bu böyük köçünü kimsə diqqətlə təşkil edir və aparır.

Bu, heç də birinci “mühacir karvanı” deyil. Texnologiyanı hələ yazda məşq etməyə başlayıblar. Apreldə ABŞ-ın cənub sərhədinə yüzlərlə qeyri-leqal yaxınlaşıb və sərhədə basqın etməyə çalışıb. Prezident Tramp bu günki kimi Meksikaya NAFTA ticarət müqaviləsini pozmaq hədəsi gəlib, Hondurasa sanksiyalar vəd edib, ordunu çağırmağı planlaşdırıb. Böyük qırğını Pasxa vaxtına salmaq nəzərdə tutulmuşdu – ehtimal edilirdi ki, İşıqlı Bazar günü mühacirlərin Amerika ordusuyla tutuşması katolik latın amerikalıların qəlbini mütəəssir edəcək.

O zaman böyük qırğından yayınmaq mümkün olub. Mühacirlərin bir bölümü polislə birbaşa toqquşmaya girmədən sərhədi gizli cığırlarla keçməyə üstünlük verdi. Bir bölümü tam forma üzrə ərizə verib. Jurnalistlər ağlayan uşaqlar, əldən düşmüş qadınlar və qəddar sərhədçilərlə bağlı bir neçə təsirli süjet çəkiblər. Bütün bunlar məşq kimi görünür.

Hondurasda indiki “karvan” oktyabrın 13-də formalaşdırılıb. Əvəlcə cəmi 1300 nəfərdən ibarət idi. “Yürüş”ün təşkilatçısı qaynağı anlaşılmaz və “Sərhədsiz insanlar” adlı dumanlı maliyyələşmə ilə beynəlxalq QHT olub. QHT təmsilçiləri minlik kütləni şimala aparıb və dövlət sərhədini keçməyə kömək ediblər. “Sərhədsiz insanlar”ın liderlərindən biri Rodriqo Abexa jurnalistlərə deyib ki, mühacirlərin yürüşü İsanın Xaç yoluna metaforadır. “Karvan” Latın Amerikası katoliklərinin təşkil etməyi xoşladıqları populyar dini mərasimlərə müraciət etməlidir.

Sərhədsiz insanlar”ın niyyətinə görə, “karvan” iştirakçıları özlərini yemək, su və nəqliyyatla təmin etməlidirlər. Amma kütlə sürətlə böyüyüb. Müxtəlif dəyərləndirmələrə görə,  bu gün orada beş mindən yeddi minədək adam var.

Bu yoxsul adamlar çoxgünlük səfərə pulu haradan alırlar? Rəsmi nağıllar deyir ki, yerli sakinlər onları havayı yedirdirlər. Ancaq “karvan”ın keçdiyi Qvatemala və Meksikanın balaca şəhərciklərindəki adamların özləri çox yoxsul yaşayırlar. Onlar hətta istəsələr də, belə bir dəstəni doyuzdura bilməzdilər.

ABŞ-ın Florida ştatının birinci dairəsindəki təmsilçisi Mett Hayets bu günlərdə “mühacirlər karvanı”na qatılanlara nəqd pul paylayan eyni futbol köynəyində və qara şalvarda olan hansısa kişilərin çəkildiyi videonu dərc edib. “Bu pullar haradandır? – Hayets öz “Tvitter”ində sual edir. – Soros? Amerika QKT-ləri? Qaynağı tapmağın vaxtıdır”.

Praktik olaraq Amerikanın bütün mətbuatı mühacirlərin lehinə çıxış və Hayetsi möhkəm tənqid edir. Amma heç kim belə də izah etməyib ki, nəsibsiz adamlar kütləsi böyük bir məsafəni – Hondurası, Meksikanın bir hissəsini keçməyə və acından və susuzluqdan ölməməyə necə nail olub?

Qvatemala və Meksika sərhədlərində də məsələ müəmmalı olub. “Karvan” 19 oktyabrda körpü üzərindən sərhədə basqına hərəkətlənib. Körpüdə onları silahlı, zirehli jiletli Meksika sərhədçiləri qarşılayıblar. Onlar bibər qazı səpiblər. Mühacirlər geri çəkilib və yenidən qruplaşıblar.

Qeyri-leqalların böyük bölümü növbəti gün xırda dəstələrə bölünüb, körpüdən düşüb və çayı üzərək keçməyə başlayıb – şin və düzəltmə sallarla. Onları heç kim dayandırmayıb. Az bir hissə leqal yolla gedib və sərhədçilər 45 günlük turist vizası verərək onları maneəsiz Meksikaya buraxıblar. “Karvan” təzədən birləşərək şimala hərəkətlənib.

Amerika reportyorları bütün yolboyu mühacirləri müşayiət edirlər. Onlar mühacirlərin Hondurasda məruz qaldıqları həqarətləri təsvir etməklə saysız məqalələr dərc edirlər. Bura, doğrudan da, dünyanın ən yoxsul ölkələrindən biridir, bir də orada kriminal aşıb-daşır. Amma orada vətəndaş savaşı yoxdur, deməli, Honduras vətəndaşları ABŞ-da leqal sığınacağa iddia edə bilməzlər.

Amma “karvan”a qatılanların çoxu müsahibələrdə açıq deyir ki, iş tapmaq üçün ABŞ-a yol açmağa çalışır. Bunlar Amerikanın “göyyaxalar”ının iş yerlərini əllərindən aldıqlarına görə sevmədikləri, hərfi mənada bir qarın yeməyə görə taxılmağa razılaşan sırf iqtisadi mühacirlərdir.

Donlad Tramp “karvan”dan qaynaqlanan təhlükəni artıq dərk edib. O, təkcə hərbçiləri Meksika sərhədinə çağırmağı planlaşdırmır, həm də əks-təbliğat aparır – məsələn, Latın Amerikasından mühacirlərin etdiyi cinayətlərin statistikasını yada salır.

Lakin prezidentin bütün mühakimələri “karvan”ı müşayiət edən jurnalistlərin yüksək peşə əsərləri ilə rəqabətə sadəcə tab gətirmir. Baqxın, “Washington Post” qəzetindəki reportaj necə epikcəsinə başlanır: ““Sərhədsiz insanlar”ın luideri Rodriqo Abexa Meksiya boyunca Amerika sərhədinə doğru gedən uşaqlar, analar və LGBT yeniyetmələr arasında duraraq, sadəcə, təsəvvür edə bilmir ki, prezident Donald Tramp bu adamları təhlükəli sayır”.

Fotoşəkillərdən görünür ki, “karvan”a qatılanlar arasında gənc kişilər də yetərincədir, bir də yeniyetmələrin içində hamı LGBT-yə mənsub deyil, amma əzilən azlığın imici artıq formalaşdırılıb. Demokratik ictimaiyyət bu zavallı kütlənin amansız Amerika hərbçilərinin onları sıxışdırmağa başlayacağı ABŞ sərhədlərinə haçan yaxınlaşacağını səbirsizliklə gözləyir.

“Karvan”ı doğrudan da narıncı inqilablar ustadı Corc Sorosun yeməklə təmin edib-etmədiyi məlum deyil. Amma onsuz da Amerikada prezident Trampın açıq mane olduğu varlı adamlar yetərincədir. Həmin “Washington Post” qəzetinə dünyanın ən varlı adamı, “Amazon”un sahibi Ceff Bezos yiyəlik edir. Tramp onu kəskin tənqid edir, Amerikanın iş yeri və istehsaldan məhrum olmağında onu təqsirli bilir, habelə onun İrlandiyada  qeydiyyatdan keçən korporasiyalarından daim vergi almağa cəhd edir. Təbii ki, Bezos və KİV-ləri ən ekzotik üsullarla prezidenti yıxıb sürüyücək.

“Mühacirlər karvanı”nın başqa bir informasiya sponsoru “Comcast” korporasiyasının sahibi Brayan Robertsdir. “Comcast” təkcə kabel TV və internet əməliyyatçısı deyil. “Universal” kinostudiyası, hamının sevimlisi “Netflix”, xeyli telekanal, o cümlədən NBC ona məxsusdur.  Roberts biznes aparmağın qəddar yolları, kabel TV və internetin bütün bazarını monopoliyalaşdırmaq səylərinə görə elə hey tənqidə düçar olur. İstehlakçıların fikrincə, onun “Comcast”-ı şübhəli “ilin ən pis şirkəti” tituluna sahibdir.

Amma Roberts prezident Obamanın ən yaxşı dostu və qolf tərəfdaşıydı, işləri əla gedirdi. O, Demokratik Partiyanı, demək olar, saxlamağa götürmüşdü və hər il öz maraqlarının lobbiləşdirilməsinə milyonlarla dollar itirirdi. Trampın dönəmində işləri pis gedir. Roberts “Lionsgate” kinostudiyasını əldə etməyə, istehsalı tam monopoliyalaşdırmağa və kontentin bölüşdürülməsinə heç cür nail ola bilmir. Təsadüfi deyil ki, ona məxsus NBC News “mühacirər karvanı” haqda mütəəssir reportajlar verir.

Ümumiyyətlə, son dərəcə varlı və nüfuzlu adamlar “mühacirlər karvanı”nı aparır və öz məqsədləri üçün istifadə edirlər. Dünya bir istehsalın – ən azı, narıncı inqilab istehsalının, nəhayət, öz vətəni ABŞ-a  necə qayıtdığını maraqla seyr edir. “Dərin dövlət” təmsilçiləri öz ölkələrinin prezidentini aşırmaq üçün maydan texnologiyalarına ciddi bel bağlayırlar.

Tərcümə Sterateq.az-ındır.