XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

04 March 2015 - 06:45

Nazirlər Kabineti yeyinti məhsulları ilə bağlı qərarda dəyişiklik etdi

nazirler-kabinetiiiiiiiiii.jpg

Nazirlər Kabineti “Yeyinti məhsullarının dövlət gigiyena qeydiyyatına alınması və dövlət reyestrinin aparılması qaydaları”nda dəyişiklik edib.

Strateq.az xəbər verir ki, Nazirlər Kabinetinin 2007-ci il 6 oktyabr tarixli 158 nömrəli qərarı ilə təsdiq edilmiş “Yeyinti məhsullarının dövlət gigiyena qeydiyyatına alınması və dövlət reyestrinin aparılması qaydaları”nın 1.3-cü bəndinə aşağıdakı cümlə əlavə olunur:

“Sertifikatın alınmasına görə dövlət rüsumu yalnız bank, poçt, plastik kart, elektron ödəmə sistemləri və ya internet vasitəsilə ödənilməlidir”.

Qeyd edək ki, Nazirlər Kabineti “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 28 oktyabr tarixli 1091-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 28 noyabr tarixli 897 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi qərar qəbul edib.