XƏBƏR LENTİ

07 Avqust 2020
06 Avqust 2020

Digər Xəbərlər

28 Oktyabr 2018 - 15:26

ABŞ “DƏRİN DÖVLƏT”İ VƏLİƏHD-ŞAHZADƏYƏ QARŞI… –Məhəmməd bin Salmanın yerinə, Məhəmməd bin Naif? - TƏHLİL

Sərdar TURQUT

“Habertürk”, Türkiyə, 27 oktyabr 2018-ci il

 

İctimai rəydə belə fikir var ki, Vaşinqton Məhəmməd bin Salmana (MBS) şərtsiz dəstək verir. Rəsmi Vaşinqtonun davranışlarına baxılarsa, bu ehtimal doğru sayıla bilər. Ancaq bunu da nəzərə almalıyıq ki, hazırda ABŞ dərin dövlətində Məhəmməd bin Salmanla bağlı ciddi müzakirə gedir.

ABŞ-ın milli təhlükəsizlik maraqları baxımından Məhəmməd bin Salmanın həyati əhəmiyyət daşıması fikrini müdafiə edənlər, təbii ki, var. Lakin buna qarşı olanlar, ABŞ-ın Səudiyyə Ərəbistanında üzərində oynaması lazım olan əsl şəxsin Məhəmməd bin Naif (MBN) olduğunu və onun Məhəmməd bin Salmanın yerinə keçirilməsi fikrinin daha doğru olduğunu müdafiə edənlər də var.

Mənə verilən məlumatlara görə, Xaşuqci hadisəsindən sonra bu iki qrup arasındakı müzakirə əməlli-başlı qızışıb.

ABŞ-ın Məhəmməd bin Naifə oynamalı olduğunu düşünənlər arasında həm demokratlara, həm də respublikaçılara yaxın şəxslər var. MKİ-nin sabiq direktoru Con Brennan, milli təhlükəsizlik camiəsində təsirli olan Frensis TauzendBryus Ridel bu qrupun öndə gələn şəxsləridir.

Məhəmməd bin Naif kimdir?

 

Vaşinqtondakı dairələr Məhəmməd bin Naifi səudi şahzadələri içində ən çox ABŞ tərəfdarı olan şəxs kimi görürlər. O, Səudiyyə Ərəbistanında terrorizmə qarşı effektiv fəaliyyətləriylə tanınır. Hətta ABŞ tərəfindən ona MKİ-nin sabiq direktoru Corc Tanet adına terrorizmə qarşı mübarizə mükafatı da verilib. Mükafatı birbaşa verən şəxs də Xarici işlər naziri Mayk Pompeo olub.

ABŞ dərin dövlətinin strukturundakı bir qrup Məhəmməd bin Nayefin Məhəmməd bin Salmandan daha etibarlı bir ortaq olduğunu və ABŞ-ın milli təhlükəsizlik maraqlarına daha yaxşı xidmət edəcəyini söyləyir.

 

Mira Rikardelin mövqeyi

 

Vaşinqtonun dərinliklərində gedən bu müzakirə Xaşuqci hadisəsi baş verdikdən sonra dövlətin hər səviyyəsində hiss edilməyə və öz təsirini göstərməyə başlayıb. Hətta bugünədək davamlı olaraq Məhəmməd bin Salmana dəstək verən Milli təhlükəsizlik maşaviri Con Boltonun təsirli və güclü müavini Mira Rikardel də MBS-nin gələcəyini təftişdədir.

O da deyilir ki, hər gün “WhatsApp” vasitəsilə  MBS ilə mesajlaşan, onunla yaxın dost olan Cared Kuşner belə, ondan soyumağa başlayıb və alternativ şəxslərə, misal üçün, Məhəmməd bin Naifə isti münasibətə start veilə bilər.

Buradakı bəzi mənbələrə görə, əgər Türkiyə əlindəki kartlarla düzgün oynamağa davam edərsə, Vaşinqtonun dərinliklərində gedən bu müzakirələri belə, yönləndirmə gücünə sahib ola bilər.

Bu proses ərzində Xaşuqci işinin istintaqının nəticələrinin Səudiyyə Ərəbistanına necə təsir edəcəyinin və Məhəmməd bin Naifin atacağı gözlənilən addımların çox yaxşı izlənməsi lazımdır.

Tərcümə Strateq.az-ındır