XƏBƏR LENTİ

25 May 2020
24 May 2020

Digər Xəbərlər

30 Oktyabr 2018 - 11:25

RUSİYA XAŞUQCİ İŞİNDƏ NİYƏ SARAYI DƏSTƏKLƏDİ? –Moskvada Ərdoğanın ürəyini düzgün oxuyublar - TƏHLİL

Maksim Suçkov

“Əl-Monitor”

 

Oktyabrın 25-də Səudiyyə kralı Salman bin Əbdüləziz əl-Səud Rusiya prezidenti Vladimir Putinə zəng edib. Söhbətin rəsmi mütaliəsində deyilir ki, kral Salman Səudiyyə Ərəbistanına səfər etmək üçün Putinə dəvətini təsdiqləyib və hər ikisi “diplomatik kanallar vasitəsilə bu səfərin şərtlərini hazırlamağa razılıq veriblər”. Putin və kral Salman “o cümlədən enerji sahəsi də daxil olmaqla, çoxtərəfli ikitərəfli əməkdaşlığın genişləndirilməsini nəzərdə tutan əlaqələrin gələcək inkişaf məsələlərini, habelə Suriya və Yaxın Şərqdəki vəziyyətin ümumi vəziyyəti hərtərəfli müzakirə edib”.

Rəsmi açıqlamada deyilir: “Camal Xaşuqci işi” ilə bağlı da müzakirələr aparılıb”.

Rusiya bu beynəlxalq gündəmə münasibət bildirməmişdi. Telefon söhbətindən bir gün sonra Putinin sözçüsü Dmitri Peskov bildirib ki, kral Salman Xaşuqci qətlinin təhqiqatı və görülən tədbirlərlə əlaqədar Putini məlumatlandırıb.

Peskov deyib: “Kral Səudiyyə hakim ailəsinin Xaşuqcinin öldürülməsində iştirak etmədiyini bildirib, varis şahzadədən də rəsmi şərh var. Prinsipcə onlara şübhə etməyə heç bir əsas yoxdur”.

Sözçü əlavə edib ki, Moskva Riyadın “hərtərəfli araşdırma niyyətini” alqışlayır.

Bundan əvvəl, oktyabrın 18-də, Soçidə, Valday Müzakirə Klubunun konfransında danışan Putin, Xaşuqci hadisəsinə görə ABŞ-ı sərt tənqid edərək deyib ki, Xaşuqci ABŞ rezidenti olub və “ABŞ onun başına gələnlər üçün qismən məsuliyyət daşıyır”.

“Səudiyyə Ərəbistanı ilə bağlı siyasətimiz uzun illərdir formalaşıb. Adamın itkin düşməsi faktı faciədir, amma əvvəlcə orada nə baş verdiyini öyrənməliyik”.

2017-ci ildə Xaşuqci Moskvada Yaxın Şərq üzrə Valday Konfransına qatılıb və Moskva ilə Riyad arasında daha güclü əlaqə yaradıb.

Xaşuqcinin öldürülməsi ilə bağlı bir çox Qərb şirkəti oktyabrın 23-25-də Riyadda keçirilən “Davos Sahra” Təşəbbüsündə iştirakdan imtina edib. Rusiya, əksinə, iştirakını genişləndirib: Sankt-Peterburqdakı Ermitaj Muzeyinin rəhbəri, şərqşünas Mixail Piotrovski kimi tədqiqatçılar, aparıcı rus şirkətlərinin ən üst səviyyəli idarəçiləri və mədəniyyət xadimləri.

Rusiya Dövlət Muzeyindən kiçik sənət kolleksiyası da Rusiya guşəsində sərgilənib – Yaxın Şərqdəki ilk belə sərgi. “Kommersant” qəzeti Rusiya guşəsinin noyabr ayına planlaşdırılan “Rusiya həftəsi” üçün hazırlıq matçı adlandırıb.

42 yaşlı Kirill Dmitriyev – Rusiya Birbaşa İnvestisiya Fondunun icraçı direktoru və “Goldman Sachs və McKinsey & Co.” şirkətlərində uzun illərin təcrübəsi olan Harvard Biznes Məktəbinin məzunudur. O, Səudiyyə forumunu tərifləyib və şahzadə Məhəmməd bin Salmanın “Vision 2030” layihəsinə dəstək verib.

2009-cu ildə Davos Forumunda gənc qlobal lider adlandırılan Dmitriyev uzun müddətdir maliyyə və investisiyalar sahəsində ikitərəfli əlaqələrin möhkəmləndirilməsi üzərində işləyir və son dövrdə fəaliyyətə başlayan Rusiya-Səudiyyə İnvestisiya Fondunun qurucularından biridir.

2000-ci ildə Rusiyaya qayıtdıqdan sonra Dmitriyev amerikalı iş adamları ilə oxşar işlərlə məşğul olub.

Səudilər Moskva tərəfindən göstərilən siyasi mesajı yüksək qiymətləndirib və hətta “Arctic lNG-2” layihəsinə 5 milyard dollar sərmayə qoymaya dair daha əvvəl bildirilən niyyəti təkrarlayıblar. Ancaq bu günə qədər Moskva bu yanaşmanı geosiyasi və ya iqtisadi kapitala çevirə bilməyib. Riyadın Qərb şirkətləri ilə davam edən qarşılıqlı əlaqəsi krallığın daha üstün biznes layihələrində köhnə tərəfdaşlarla əlaqələri saxladığını sübut edir: “Suudi Aramco”-nun Fransız şirkəti “Total”la 34 milyard dollar dəyərində memorandum imzalaması buna bariz misaldır.

Deməli, Moskva ilə qarşılıqlı əlaqələrin qorulması səudiləri boşluqları doldura biləcək alternativ tərəfdaşla təmin edir.

Rusiya üçün Xaşuqci iddiası yalnız qərbli iş ortaqlarını mövcud və ya gələcək Səudiyyə layihələrindən imtina etməsi vəziyyətində böyük imkanlardan istifadə edə biləcəyi mənası vermir, bunda həm də Putinin ABŞ-ı tənqid etməsi payı var.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu məsələ ilə bağlı aktiv mövqe tutmağa başladıqdan sonra Ankaranın bu hadisədən istifadəsi imkanları Rusiyada dərin təhlil olunub. Rəsmi Moskva yaranmış vəziyyətdə Türk faktorunu aydın şəkildə açıqlamasa da, analitiklər oyunda üç əsas ünsürü qeyd ediblər.

Bunlardan birincisi tarixi, ideoloji və geosiyasi səbəblərə və sünni dünyasına təsir etmək üçün mübarizəyə əsaslanan Səudiyyə Ərəbistanı-Türkiyə düşmənçiliyidir; ikincisi, Ərdoğanın şahzadə Məhəmmədin gələcəkdə Yaxın Şərqin taleyini müəyyənləşdirə biləcəyi ilə bağlı narahatlığıdır; üçüncüsü, Riyadın Vaşinqtonla olan əlaqəsi və bunun nəticəsi olaraq bölgədə Səudiyyə mövqeyini necə gücləndirə biləcəyi ilə əlaqədar Ankaranın qısqanclığıdır və bu səbəbdən Türkiyənin krallığa aid olan digər iki narahatlığını gerçəkləşdirə bilər.

Beləliklə, Ərdoğan medianın Səudiyyəyə qarşı həssaslığını nəzarət altına alıb, davamlı media sızdırması ilə şahzadəni prezident Donald Trampın gözündən salmaq üçün qətlin öz hekayət versiyasını təqdim edir. MBS-i etibarsız və hətta təhlükəli tərəfdaş təqdim edərək Səudiyyə Ərəbistanının regional rəhbərliyini zəiflədir.

İdeya – Səudiyyə Ərəbistanına nisbətən, Türkiyənin daha möhkəm və nüfuzlu bir tərəfdaş kimi ortaya çıxmasıdır. Oktyabrın 27-də İstanbulda Suriya mövzusunda keçirilən dördüncü zirvə toplantısı üçün Rusiya, Fransa və Almaniya liderlərinə ev sahibliyi etmək də bu mesajı Vaşinqtona vurğulamaq üçün başqa bir vasitədir.

Bir rus atalar sözündə deyilir: “Sevgililərin mübahisəsi məhəbbətin bərpasıdır”. Moskva Xaşuqci iddiasını fürsət kimi görür və ya bundan faydalanmağa çalışır.

Beləliklə, dominant məntiq – regionda maraqların güclü və uzunmüddətli olması naminə Rusiya mübahisəli məsələlərə müdaxilə etmək istəmir.

 

Tərcümə: Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə