XƏBƏR LENTİ

04 Avqust 2020
03 Avqust 2020

Digər Xəbərlər

31 Oktyabr 2018 - 15:36

TRAMPIN TEHRANA QARŞI CƏRRAH BIÇAĞI –ABŞ avropalı liderləri sanksiya və həbslərlə təhdid edir - TƏHLİL

Mark Leonard

“Project Syndicate”

 

Donald Tramp, bəlkə də Yaxın Şərqdə müharibə aparmaq istəmir, amma bu, ABŞ-ın rejim dəyişikliyi işindən çıxması demək deyil. Onun administrasiyası anlaşılan şəkildə bildirib ki, 2003-cü ildə İraqın işğalı kimi, eyni məqsədə İrana qarşı sanksiyalar tətbiq edəcək.

2015-ci ilin may ayından İranla nüvə razılaşmasından (JCPOA) çıxan Tramp, İran rejiminə təzyiq göstərmə yolları axtarır. Noyabrın 4-də Tehranın neft sənayesi ilə bağlı sanksiyalar qüvvəyə minəcək. Administrasiya İranı dollar əsaslı qlobal iqtisadiyyatdan tamamilə silmək məqsədi ilə digər ölkələrə sanksiyalar tətbiqi ilə, daha da irəliləmək istəyir.

Bu məqsədlə ABŞ İran banklarını Dünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyətindən (SWIFT) və onun nəzarət etdiyi qlobal ödəniş sistemindən məhrum etmək fikrindədir. Bu, İranı qloballaşmadan əvvəlki qaranlıq dövrə qaytaracaq.

Tramp və onun məsləhətçiləri üçün problem SWIFT-in ABŞ təşkilatı olmamasıdır. O, Belçikada, Avropa İttifaqının digər 27 üzv-dövləti ilə birlikdə JCPOA-nu dəstəkləyən ölkədə qeydə alınıb və orada fəaliyyət göstərir.

Amerikanın getdikcə daha “ağıllı” sanksiyalar axtarışı özlüyündə yeni hal yeni deyil. Ən azından “terrora qarşı müharibə” başlayandan bəri, 11 sentyabr 2001-ci ildəki hücumları həyata keçirən Üsamə bin Laden kimi qlobal şəbəkələri məhv edə biləcək hər bir maliyyə manevrindən istifadə olunur.

Əvvəlcə ABŞ-ın səyləri əsasən ekstremist qrupların və onların filiallarının aktivlərini dondurmağa yönəlib. Lakin sonra Xəzinədarlığın terrorçuluq və maliyyə kəşfiyyatı üzrə nazir müavini Stüart Levi başqa bir fikrə gəlib. Bəhreyn səfərində o, yerli qəzetdə İrandakı fəaliyyətini dayandıran bir İsveçrə bankı ilə bağlı yazı oxuyub. Levinin sözlərinə görə, məhz bundan sonra ağlına ABŞ-ın qlobal iqtisadiyyatda özəl maliyyə aktyorlarını bloklamaq üçün nüfuzundan istifadə etmə fikri gəlib.

Bundan sonrakı dövrdə ABŞ bütün dünyadakı banklara İranla əlaqəni kəsmək üçün təzyiq göstərməyə başlayıb. Nəhayət, Birləşmiş Ştatların hakimiyyət orqanları İranla iş aparan istənilən bankın ABŞ bazarından çıxacağını elan edib. Bu elanla “ikinci mərhələ sanksiyaları” doğulub.

Levinin ikinci mərhələ sanksiyaları böyük müvəffəqiyyətə imza atıb. Heç bir ağıllı iş adamı Yaxın Şərqin molla dövləti ABŞ-dakı pul səbətini tərəzinin eyni gözünə qoymayacaq. Banklar (yəni Fransanın “BNP Paribas”-ı) sanksiyaları pozmaqda ittiham edildikdə, cərimələr çox böyük idi. O, dünya maliyyə bazarlarına şok dalğaları göndərirdi. Şimali Koreya, Sudan və hətta Rusiyaya qarşı “əlaqəli müharibə”də də ABŞ eyni üsullardan istifadə edib.

CIA-nın sabiq direktoru Maykl Heyden bir dəfə ikinci mərhələ sanksiyalarını “21-ci əsrə aid həssas idarəedici mərmi”yə bənzədib. Çünki onlar külüngdən daha çox cərrah bıçağını xatırladır, müharibə üçün təsirli alternativ olaraq avropalılar üçün xüsusilə cazibədardır. Qərbin 1990-cı illərdə İraqa qarşı sanksiyaları zamanı məhz onlar bütün xalq yerinə, yalnız rejimi cəzalandırmağı təklif etmişdilər.

Prezident Barak Obama dövründə məqsədli sanksiyalar Amerikanın güclü silahı olub. Aİ ilə birlikdə Obama administrasiyası İrana qarşı cəza tədbirlərini kəskinləşdirib. O, son dərəcə effektiv olduğunu sübut edib, İran nəhayət, müzakirələr masasına gəlib və JCPOA çərçivəsində nüvə zənginləşdirmə fəaliyyətini məhdudlaşdırmağa razılaşıb.

Ancaq Tramp əlindəki cərrah bıçağını külüngə çevrilib. Bir üst səviyyəli avropalı siyasətçinin dediyinə görə, Tramp administrasiyasının yeni sanksiyaları, dost və düşmənə fərq qoymayan klaster bombalarıdır.

Tramp JCPOA-dan çıxdığından Avropa liderləri nüvə proqramını yenidən başlamaması üçün İranın bəzi faydalarını qorumaq yollarını axtarırlar. Amma ABŞ hədəfli sanksiyalarla, SWIFT direktorları da daxil olmaqla, Avropa korporativ şuralarını təhdid edir.

Artıq Avropa liderlərinə qarşı şok təhdidlər bildirilib. Onların Avropa İnvestisiya Bankına (EİB) müraciəti EIB-in korporativ maraqlar və idarəçilərinə qarşı ABŞ-ın təhdidləri ucbatından nəticə verməyib.

Üstəlik, Mərkəzi Bankın direktorları da daxil olmaqla, bütün mərkəzi banklara qarşı ABŞ-ın gizli təhdidləri barədə məlumatlar dolaşır. Məsələn, “Bundesbank” Tehranla ticarətin maliyyələşdirilməsi üçün hesab açmağı düşünürdü, bu halda özəl alman bankları Amerika prezidentinin istəklərinə tabe olmaq məcburiyyətində qalmayacaqdı. Ancaq “Bundesbank” bu fikirdən kifayət qədər tez və izahatsız vaz keçib. “Banque de France” də (Fransız dövlət investisiya bankı, “Bpifrance” vasitəsilə)İranla ticarətin maliyyələşdirilməsi üçün əslində hesab yaradıb, amma işlər sürətlə tərsinə çevrilib.

Hazırda üst səviyyəli avropalı səlahiyyətlilərin ABŞ-a gələcək səfərlərində həbs olunma qorxusu, yəni beynəlxalq hüquqdan yayınma ehtimalı var. Təəccüblü deyil ki, avropalılar yeni sanksiyaların tətbiqini yenidən müzakirə edirlər.

Üstəlik, ABŞ-ın maliyyə sistemi Trampın milli təhlükəsizlik siyasətinin davamı olduğundan Avropa siyasətçiləri dollarların “istibdaı” barədə bağırmağa başlayıblar. Almaniyanın xarici işlər naziri Hayko Maas “Handelsblatt”dakı son açıqlamasında müstəqil Avropa ödəniş sisteminin qurulmasına çağırıb. Görünür, hətta ən mətin atlantistlər – Aİ-nin üzv-dövlətləri dollar rejiminə alternativ yaratmağa məcburdur, hətta bu alternativ hələlik üfüqdə görünməsə də.

Yaxın dövrdə avropalılar qarşısında duran problem dollar məzənnəsini necə tutmaqdır. Avropa İttifaqı ABŞ istehsalçılarına qarşı tədbirlərlə təhdid edərək, Trampın proteksionist hücumlarına müqavimət göstərir. İndi maliyyə sektorunda da eyni həll olmalıdır. Avropalı qurumlarına və personalına qarşı təhdidlər mütənasib əks-mübarizə tədbirləri ilə qarşılanmalıdır. Təəssüf ki, bu, Trampın anladığı yeganə diplomatik dildir.

 

Tərcümə: Strateq.az