XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

16 Fevral 2016 - 17:41

Neft bazarını kim “öldürüb?”Çin üstəgəl bahalı dollar bərabərdir ucuz neft – TƏHLİL

 

neft cin

 

Neftin qiyməti hər barrelə görə yüz dollarlıq göstəriciyə tam şəkildə dönə bilər və İranın neft bazarına dönüşü buna mane olmaz.

Bu cür ssenarinin geçəkləşməsi üçün bir neçə amilin üst-üstə düşməli olduğu başqa məsələdir və bunlardan əsasları Rusiyadan asılı deyil. Neft bazarının analitikləri ehtimal edirlər ki, qiymətlərin 100 dollara yüksəlişi ssenarisi tamamilə mümkündür. Əsas amillər Çində iqtisadi artım və dolların zəifləməsi ola bilər. Bundan başqa, Moskva hasilatın azaldılması barədə OPEK-lə razılaşıb qiymətin 70 dollaradək yüksəlməsinə rəvac vermək imkanı var. Lakin Rusiyanın keçən il bazarda təklifi xeyli artırmış neft şirkətləri bu ssenariyə qarşı çıxır.

 

Rusiyasız yüzlük

Səudlar Çinin ÜDM-in artımını dəstəkləmək üçün neft qiymətini endirməyə başladılar, lakin biz bunu başa düşmür, Çin statistikasının illüziyası ilə yaşayırdıq”.

“Rosneft” şirkətinin prezidenti İqor Seçinin bu günlərdə Londonda Beynəlxalq neft forumundakı çıxışı son yeddi ildə artıq üçüncü ay minimum səviyyədə olan dünya neft qiymətlərinin artım perspektivləri haqda növbəti diskussiya dalğası doğurdu. Seçin “Rosneft” şirkətinin dövlət zərfinin özəlləşdirilməsi haqda (hazırda bu məsələ Rusiya hökumətində müzakirə olunur) sualları cavablandıraraq qeyd etdi ki, neft barreli yüz dollara qalxana qədər bunu gözləmək lazımdır. Digər yandan isə bildirdi ki, gələcəkdə neftin daha ucuzlaşaçağı – hər barrelə görə 10 dollara enəcəyi də istisna olunmur.

Seçin izah etdi: “İstehsalçıların bir hissəsi effektsiz tədarükçüləri bazardan sıxışdırmaq və yerini tutmaq məqsədilə qiymət müharibəsi elan etdi.– Həm də əslində, məhz bu hərəkətlər  kimin effektsiz olduğunu müəyyən etməliydi. Bu cür şəraitdə yetərincə gözləniləndir ki, maliyyə bazarının oyunçuları israrla enməyə oynamağa başladılar, onlara bağlı analitik mərkəzlər isə bazara getdikcə daha aşağı qiymət yönləri göstərirdi”.

Seçinin “Rosneft”in özlləşdirilməsinə nisbətdə ifadələrini “bu həyatda yox” kimi şərh etmək daha asandır. Xüsusən də ona görə ki, dövlət neftin qiyməti  yüz dollara olarkən şirkəti özəlləşdirməyə tələsmədi. Bundan başqa, Rusiya Federasiyasından sonra “Rosneft”in ikinci səhmdarı olan BP-nin başçısı Robert Dadli həmin forumda yaxın gələcəkdə neftin barrelinin yüz dollar qiymətinə olacağına öz şübhəsini bildirdi.

Buna baxmayaraq, neft qiymətlərinin bu səviyyəyə dönüşü tamamilə mümkündür və bazar analitikləri bunun mümkünlüyü ssenarisini dəqiq şəkildə işarə edirlər. Məslən, səhm bazarının analizini aparan “Veles Kapital” investisiya şirkətinin idarə heyəti rəisinin müavini Vasili Tanurkovun fikrincə, “sıçrayış”ın iki əsas amili ABŞ maliyyə rəsmilərinin kurs siyasəti və Çində iqtisadi dinamikadır. Tanurkov xatırladır: “Qiymətlərin, təxminın, 100 dollardan 30 dollaradək indiki enişi təkcə neft artıqlığı ilə şərtlənməyib. Enişin daha bir amili bütün xammal mallarına təsir göstərən dolların möhkəmlənməsi oldu. Neft qiymətinin düşməsinin, təxminən, yarısı bu amilin payına düşür. Əgər dolların geri, yəni bir avroya 1,4 dollaradək qayıdışını görsək, neft  yüz dollar səviyyəsinə tamamilə qayıda bilər”.

Lakin Tanurkov qeyd edir ki, bunun üçün inkişaf edən iqtisadiyyatlar, birinci növbədə Çin problemini həll etmək lazımdır, bunun isə əlamətləri hələlik görünmür: “Çinin ÜDM-in artımı haqda cari proqnozları 6,5-7% təşkil edir ki, bu da əvvəlkilərdən bir qədər yaxşıdır, lakin yenə də bu inkişaf edən bazarlar tərəfdən tələbatın əsaslı şəkildə artmasına imkan verəcək templər deyil”.

Düzdür, bu cür variant da mümkündür ki, ABŞ iqtisadiyyatı ziyan görməyə başlayacaq və bu da dolların qalan valyutalara nisbətdə kursunun aşağı düşməsinə səbəb olacaq. Bu durumda da neft qymətinin artımını proqnozlaşdırmaq olar, lakin 100 dollar səviyyəsinə çətin ki qalxa. Hər necə olur-olsun, bu ssenarilərdə mühüm olan odur ki, burada Rusiyadan praktik olaraq asılı heç nə yoxdur. 

Creon Energy qrupunu prezidenti Fares Kilziye Çin iqtisadiyyatının sürətlənmə perspektivini olduqca ehtyatla qiymətləndirir: “Səudiyyə Ərəbistanı və ABŞ hələ 2013-ün başlanğıcında fikir verməyə başladı ki, Çinin rəsmi statistikası gerçəkliklə uyğunlaşmır. Buna görə də səudlar Çin iqtisadiyyatını dəstəkləmək üçün artıq o zaman neftin qiymətini endirməyə başladılar, lakin biz bunu başa düşmürdük. Sonralar 2014-cü ildən başlayaraq Amerikanın yatırım, vençur və hec-fondları vəsaitləri Çindən daha cazibədar bölgə kimi Hindistan subqitəsinə (Hindistan, Pakistan, Banqladeş) köçürməyə başladı. Lakin yeni bazar qismində onun inkişafının zəruri təminatı üçün neftin aşağı qiyməti tələb olunurdu – barrelə 40 dollar”.

Eyni zamanda, Kilziyenin fikrincə, neft qiymətlərinin yeni sıçrayışı və qərarsızlığı bütövlükdə yaxşı heç nə vəd etmir. Onun sözlərinə görə, inkişaf etmiş ölkələrin ev təsərrüfatı neftin aşağı qiymətlərinə alışmağa başlayıb və barrelin dəyəri birdən 40 dollardan 80-ə qalxsa, onda “neft şoku”nun miqyası qiymətlərin 3 dollardan 12 dollaradək artdığı 1973-cü ildəkindən böyük ola bilər. O, qeyd edir: “O vaxtdan iqtisadiyyatın karbohidrogenlərdən asılılığı dəfələrlə çoxalıb. Buna görə də indi neft qiymətinə, hər şeydən əvvəl, orta statistik sabitlik tələb olunur”.

Bununla belə, ekspert Seçinin neftn yüz dollaradək bahalaşmasına eyhamında müəyyən məntiq görür. Ekspertin fikrincə, “Rosneft”in prezidenti bu cür ssenarini Yaxın Şərqdə böyük hərbi münaqişə halında həqiqətəbənzər saya bilər – nəticədə neft qiymətləri labüddən yuxarı qalxacaq. Lakin bu ssenari Fares Kilziyeyə anaxronik görünür: Bu, 7-8 il öncə, ABŞ-da şistli neftin irihəcmli haslatına qədər aktual idi. Buna görə də Yaxın Şərqdə iri hərbi münaqişə ancaq Amerka neftinin ixracatının artmasına səbəb olacaq, bu halda isə neftin qiyməti yüzdən yuxarı deyil, yalnız 70-80 dollaradək qalxacaq. Və yenə də Rusiya bu halda statist olacaq.

 

Çıxarılsın, ya çıxarılmasın?

“Vzqlayd” qəzetinin sorğuladığı ekspertlər güman edirlər ki, Rusiya üçün  artma oyununda fəal oyunçu kimi çıxış etməyə yeganə imkan neft hasilatının azaldılması üzrə məqsədyönlü siyasət aparmaqdır. Vasili Tanurkov fərz edir: “Rusiya hasilatın birgə azaldılması və yaxud məhdudlaşdırılması üzrə OPEK-lə razılaşmağa nail olsa, neft qiymətinin bir qədər artmasına yardımçı ola bilər. İndiki şəraitdə bu, şistli neft hasilatına yatırımın əsaslandırıldığı səviyyəyə – haradasa barrelə 60, ən yaxşı halda70 dollara – qayıdışa bəs edir. Aşağı düşən dollarsız neftin qiyməti artmayacaq və Rusiya buna heç cür təsir edə bilməz”.

Lakin qiymətin indkindən, təxminən, iki dəfə artmasına nail olmaqdan ötrü neft hasilatının azaldılması sanki məntiqli ola biləcəyi heç də asan görünmür. Fares Kilziyenin fikrincə, bu gün Rusiyada iki ziddiyyəti neft doktrinası var. Onun birini neft hasilatının azaldılmasına tərəfdar olan və yanvarın sonunda bu imkanın digər neft hasilatçısı ölkələrilə müzakirə etməyə hazır olduğunu bildirən federal energetika naziri Aleksandr Novak təmsil edir. Novak qeyd edib: “Bu, konsensus olmalıdır. Konsensus varsa, mənası var, yoxdursa, onda yoxdur”. İkinci doktrinanı isə hasilatın həcmini azaltmağın tələb edilmədiyni israr edən İqor Seçin təmsil edir.

“Rosneft” son iki ildə neft hasilatında inamla ciddi artım sərgiləyir. Rusiyanın ən böyük neft şirkəti 2014-cü ildə 251 milyon, keçən il isə 254 milyon ton neft hasil edib 14.5% artım göstərdi. Keçən ilki dinamika yetrincə cüzi görünsə də, düşməkdə olan dünya qiymətləri fonunda hasilatın azaldılması haqda açıq söhbət getmədi. Hətta Rusiyanın neft sahəsi 534 milyon ton neft hasil edib sovet rekordunu qırdı, “Başneft” kimi bəz şirkətlər isə hətta ikirəqəmli artım dinamikası nümayiş etdirdi. Qiymətlərin kəskin enməsi fonunda neft hasilatında həcmin artırılmasına iki amil səbəb oldu – daxili və xarici. Bir tərəfdən, neft sahəsində vergi manevri neft məhsullarını yox, xam neft ixracını ölkə şirkətləri üçün daha əlverişli etdi (“Transneft”-in məlumatına görə, keçən il xarici tədarükün ümumi həcmi dərhal 75 faiz artıb). Digər tərəfdən, qiymətin düşməsi tələbatı artırdı – xüsusən də yanacaq qiymətlərinin xeyli aşağı düşdüyü Avropada. Hazırda tələbat artmaqda davam edir. Eyni zamanda hasilatçı şirkətlər təklifi artırır:  OPEK yanvarda hasilatı daha 280 min barrel çoxaltdı. İran isə bu günlərdə yaxın bir-iki ildə sanksiyayaqədərki həcmə qalxmağa hazır olduğunu bildirdi. Lakin indiki durum uzun müddət tab gətirə bilməz.

Tanurkov ehtimal edir: “Təklif həcminin sabitləşdirilməsi 2016-cı ildə bazarın tarazlaşdırılmasına və artıq 2017-ci ldə qıtlığın meydana çıxmasına səbəb olmalıdır. Eyni zamanda sonralar qiymətlər nə qədər dəyişilməz qalsa, qıtlığın yaranma ehtimalı və yaxın iki-üç illik orta perspektivdə yeni qiymət artımı ehtimalı o qədər çoxdur”.

 

Nikolay Prosenko

Vz.ru, 16.02.2016