XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

05 Noyabr 2018 - 17:43

Amerika prezidenti “İran qambiti”nə başladı:İran hökuməti sıx sanksiyalara tab gətirəcəkmi? – Təhlil

Avigdor Eskin (Qüds)

regnum.ru, 05.11.2018

 

İrana qarşı sərt sanksiyalar noyabrın 5-də qüvvəyə minib. Bunu prezident Donald Tramp Tvitter vasitəsilə teatral şəkildə bildirib. İran, həqiqətən, təxminən, blokada durumuna düşür. Amerikalılar onu təkcə SWIFT-dən ayırmırlar, həm də ixracat və idxalatın, demək olar, bütün sahələrinə sanksiya qoyurlar. Bu, hər şeydən qabaq, İran ixracatının 80%-i və dövlət büdcəsinin 45%-i təşkil edən neft və qaza aiddir.

Söhbət İranın təkcə Amerika bazarından deyil, həm də bütün dünyadan tam təcridindən gedir. Amerika sanksiyaları hətta İranla ticarət münasibətləri aparanlara qarşı da iqtisadi cəza tədbirlərini işə salır. Başqa ölkələrdən də pozanlar  cəzalandırılacaq. Bütün bu tədbirlərin İran üçün müsibət dərəcəsini hələlik dəqiq müəyyən edə bilmərik. Amma qabaqkı ayların sınağına görə fikir yürüdülsə, onda hər şey amerikalıların gözlədiyindən daha sərt və effektli olacaq.

Avropanın üç il qabaqkı sazişə qatılmış hökumətləri müqavilədən birtərəfli çıxışa görə Amerika administrasiyasını ucadan pisləyib. Lakin Avropanın, demək olar, bütün iri şirkətləri İranı artıq tərk edib ki, amerikalıları qəzəbləndirməsin. Sürətlənən templə yüksələn Amerika iqtisadiyyatı və administrasiyanın bəyan edilmiş prinsiplərə sərt sədaqəti, artıq əmin ola bildiyimiz kimi, inandırma gücünə sahibdir. Avropanın ən böyük şirkətləri, telekommunikasiya konsernləri və avtomobilqayırmadan həmkarlarının  İranla əməkdaşlığı dayandırdığı hələ yayda elan olunub. Fransanın “Total”, İtaliyanın ENI və “Saras”, İspaniyanın “Repsol” və “Cepsa” və Yunanıstanın “Hellenic Petroleum” şirkətləri onlara qoşulmağa tələsiblər. Hamısı bildirib ki, hələ noyabr çatmamış İran neftinin alqısını dayandırıb. Avropa siyasətçilərinin Tehrana münasibətdə heç bir xeyirxahlıq demarşı Köhnə Dünya ölkələrində əsaslanan ən böyük korporasiyalara heç bir təsir etməyib. Kürəsəlləşmə və iqtisadi bağların dəyərindən danışmaq hamısının əlindən gəlir, amma Amerika bazarı onlar üçün əvvəlkindən daha mühüm və əvəzedilməz olur.

Sabahkı gündən İranla işi olan istənilən şirkət sanksiya altına düşəcək. Təcili kip sanksiyalar halında neft qiymətlərinin kəskin yüksəlməsi nəzərə alınarsa, Vaşinqton İrandan neft alqısını biranda sıfıra endirməyə deyil, azaltmaq üçün özünün səkkiz tərəfdaşı üçün istisna edib. Neftin kəskin bahalaşması Rusiyaya əl verəcək və ona qarşı sanksiyaları tarazlaşdırır. Bu qayda ilə söhbət maraqların müxtəlif yönləri arasında tarazlaşmaqdan gedir.

İlk mərhələdə sanksiyaların yayılmadığı tərəfdfaşlar arasında Çin, Türkiyə, Hindistan, Cənubi Koreya, Yaponiya və İtaliyanı görürük. Bunların hamısı İrandan neft alqısının kəmiyyətcə tədricən azaldılmasına razıdır.

Yada salaq ki, sanksiyalar yaxın keçmişdə (2010−2015) İranın neft ixracatının ikiqat azalmasına səbəb olub. İndiki halda söhbət İranın neft satışının daha önəmli düşməsindən gedir.

İran sanksiyalara tab gətirəcəkmi? Ayətullah Xamnəi və prezident Ruhaninin son çıxışlarına üz tutsaq, onda İran qalib gələcək və bərkimiş halda çıxacaq. Onların ritorikası öz sarsılmazlıqlarına qeyd-şərtsiz, güzəştsiz əminlik gətirir.

Nəzərə alınsa ki, imtiyazlı “drujinaçılar” daxil olmaqla bir neçə milyon adam birbaşa dövlət sektoruna cəlb olunub, liderlərin xarici düşmənə qarşı səfərbərlik bacarığı birnömərli vəzifədir və yaxınların həssas kütləsinə aiddir. Amma bir şübhə var: İran liderlərinin öz dediklərinə nə qədər inanması. Biz İsrailin ünvanına son illərdə zirvəyə çatan davakar ritorikanı seyr etmişik. Bunda tamamilə yerlə yeksan etmək, məhv etmək, qırmaq və qisas almaq vədləri də var. Həqiqətdə isə İsrail bu vaxt ərzində Suriyada İran infrastrukturunun böyük bölümünü dağıdıb. Zərbəyə zərbəylə cavab verməyə bir səy olub, amma Tehranın mövqeyindən baxılsa, olmasaydı, daha yaxşı olardı.

İstisna etmək olmaz ki, amerikalıların sərt hərəkətləri ilk dövrlərdə İran vətəndaşlarının bir qismində qəzəbli reaksiya doğuracaq. Xarici sanksiyalar hansısa mərhələdə birləşdirici amil ola bilər. Amma uzun  müddətəmi? Bir də İranda “Hizbullah” və ya HƏMAS-a yardım xatirinə çoxlarımı öz rifahını qurban verməyə hazırdır? Axı İran Yəmən, Livan və Qəzza sektorunda döyüşçülərə dəstəkdən imtina edərsə, habelə Avropada terrorçuluq fəaliyyətini sıfıra endirərsə, amerikalılar sanksiyaları ləğv etməyə hazır olacaqlar. Qalan məsələlər üzrə anlaşma imkanları daha şübhəsizdir.

Yüksək ehtimal payıyla demək olar ki, İran sakinləri önəmli məhrumiyyətlərə hazır olacaq, amma amerikalılara öz həyat tərzləri və ideya quruluşunu onlara sırımağa imkan verməyəcəklər. Amma farsların çoxu Qəzza sektorundakı terrorçuların maliyyələşdirilməsi naminə əzab çəkməyə hazırdırmı? Söhbət Suriyada hökumət qüvvələrinə və İran bölmələrinə qarşı vuruşmuş radikal sünnilərdən gedir. Amma, budur, onlar Qəzza sektorunda bu günə kimi İsrailə qarşı terror üçün ildə yüz milyonlarla dollar alırlar. Belə qurumlara yardımın kəsilməsini heç cür dini oxşarsızlığa və milli şüura toxunmaq adlandırmaq olmaz.

Cəmi bir həftə qabaq İran cəlladları və minlərlə xeyli cavan farsın toqquşmasına şahid olmuşuq. Hökumət Şiraz yaxınlığında Pasaqard şəhərində əfsanəvi şah Keyxosrovun türbəsini mühasirəyə alıb. Bütün ölkə boyu İslamın qəbulundan xeyli qabaq Farsistanın əzəmətini təcəssüm etdirmiş bu liderin alqışlanması baş tutub. Bəlkə də, ayətullahlar hökumətini heç nə islamaqədərki köklərə qayıdış cəhdi qədər həyəcanlandırmır.

Zaman üzrə proqnozlardan çəkinək, amma bu gün az-az adam ayətullah rejiminin uzun müddət duruş gətirəcəyinə inanır. Bircə amerikalıların özləri yersiz və effektsiz ritorikayla yardım etməsələr.

Tərcümə Strateq.az-ındır.