XƏBƏR LENTİ

31 May 2020
30 May 2020
29 May 2020

Digər Xəbərlər

17 Fevral 2016 - 15:44

Rus-Türk müharibəsi: Dardanel boğazından asılı qalan sülh –TƏHLİL

 

Moskva və Ankaranın davası münasibətlərin silahla saf-çürük edilməsinə keçə bilər – hərbi ekspertlər artıq tərəflərin gücünü və şanslarını dəyərləndirirlər.

 

Türk ordusu Suriya sərhədini keçsə, müharibə başlana bilər. Türkiyə Suriya ərazisində quru əməliyyatına hazır olduğunu, Səudiyyə Ərəbistanı isə Bəşər Əsədin zorla devrilməsi variantını nəzərdən keçirməsi eyhamını vurduqdan sonra Yaxın Şərqdə böyük müharibənin başlanması xüsusunda təşviş kəskin şəkildə artdı.

 

Suriya XİN-i keçən bazar günü Ankaranı yüzə qədər əsgəri ölkə ərazisinə göndərməkdə ittiham etdikdən sonra ehtirasların gərginləşməsi son həddə çatdı. Türkiyə sonradan Suriyaya müdaxilə haqda məlumatı təkzib etsə də, bu ölkədə silahlı münaqişə ətrafındakı durum bütün dünyanı gərginlikdə saxlamaqdadır. Söhbət bir tərəfdən (Suriya hökumət qoşunlarının Rusiya aviasiyasının dəstəyi ilə) Hələbə hücumundan, Suriya kürdlərinin uğurlarından, digər tərəfdən türk ordusunun Suriya sərhədinə cəmlənməsindən və Ankaranın davam edən davakar bəyanatlarından gedir.

 

“Rosbalt”-ın icmalçısı bununla bağlı yeni Rusiya-Türkiyə müharibəsi ehtimalının nə dərəcədə yüksək olması, qarşı duran tərəflərin təxmini qüvvələr nisbəti, həmçinin hər birinin üstünlük və çatışmazlıqları ilə bağlı ekspertlərə müraciət edib.

 

Maraqlıdır ki, praktik olaraq sorğulananların hamısı artıq hərbi əməliyyatların böyük başlanma ehtimalından çıxış etməklə bu məsələləri əməli müstəvidə nəzərdən keçirirlər.

 

Müharibə nə qədər yaxındırsa, davakarlıq bir o qədər azalır

 

Hərbi ekspert Viktor Litovkin əmindir ki,  türk ordusunun Suriya sərhədini keçəcəyi və Suriya hökumət ordusuna qarşı əməliyyata girəcəyi halda müharibə başlana bilər. O deyir ki, onda Əsəd ordusuna kömək etməli olan Rusiya Suriya ərazisində türk ordusuna zərbə endirməyə başlayacaq.

 

Eyni zamanda Litovkinin hesab etdiyi kimi, NATO-nun Türkiyəni müdafiə etməyə heç bir haqqı çatmır, çünki “biz ona hücum  etmirik, sərhədini keçmirik və türklər öz yerlərini tanımalıdırlar. Bu şəraitdə NATO Türkiyəni dəstəkləməyə hazırdırsa, NATO üçün daha pis”.

 

RF-nın təkcə Türkiyə ilə deyil, həm də bütün Şimali Atlantika Alyansı ilə müharibəyə hazır olduğunu düşünüb-düşünməmək haqda sualı cavablandıran Litovkin qeyd etdi: “Biz Türkiyə və NATO ilə vuruşmağa hazırlaşmırıq, bu tədbirin təşəbbüskarı biz deyilik, lakin Suriya ərazisində öz milli maraqlarımızı qoruyacağıq. Onun qarşısında müttəfiqlik borcumuzu yerinə yetirəcəyik”.

 

Ekspert əmindir ki, Rusiya Türkiyə ilə müharibəni “dartmağı” bacarar. “Türkiyə nədir? Bəzi ekspertlər hesablyıblar ki, Qara dənizdə türk donanmasını bir neçə saat ərzində batırarıq”. 

 

Publisist, Yaxın Şərq üzrə mütəxəssis Mixail Maqid qeyd etdi ki, türklər də “öz növbəsində Rusiyanın dəstəyi ilə Əsəd ordusunun Suriyanın şimalında əraziləri necə “biçdiyinə” laqeyd şəkildə baxmayacaqlar”.

 

Onun sözlərinə görə, “Azaz dəhlizini bağlayan və Hələbi almağa yaxın olan Əsədin indiki uğurları Türkiyənin son dövrlərdə Suriyada dəstəklədiyi bütün qüvvələrin məğlubiyyəti deməkdir”.

 

Hələbə görə mübahisə

 

Ekspert qeyd edir ki, bu məqamda təkcə siyasi yox, həm də təbliğat amili önəmlidir. Maqid əmindir: “Ərdoğan həm ərəb qiyamçıları, həm də xüsusən türkmənləri müdafiə etməkdən çox danışır. O, əsədçilərin bu ərazilərə soxulmasına imkan versə, Türkiyədə onun nüfuzuna böyük zərbə dəyəcək. Həm də kürdlərin müxtəlif islamçı üsyançıların və türkmənlərin nəzarət etdiyi ərazilərə hücumları Türkiyə üçün kürd anklavlarının radikal şəkildə genişlənməsi və birləşməsi təhlükəsini yaşadır”.

 

Uğurlu variantda bu ərazilər, demək olar, bütün Türkiyə – Suriya sərhəddi boyunca uzana bilər. Nəzərə alınsa ki, Türkiyənin özündə PKK ilə türk ordusu arasında döyüşlər gedir (artıq 200 mindən yuxarı kürd qaçqını var və Vandan Diyarbəkir və Mardinədək döyüşlər gedir), bu hadisələr indiki biçimdə mövcud olan Türkiyə milli mərkəzlşdirilmiş dövləti üçün cidd təhlükə təşkil edir… Nəhayət, Ərdoğan Kreml siyasətçiləri kimi güc nümayişi yolu ilə öz ölkəsinin daxilində nüfuzunun artmasında maraqlıdır. Məhz bu amil Rusiya ilə Türkiyənin toqquşmasını ağlabatan edir. Türkiyənin müharibə hazırlığı o qədər ciddidir ki, Suriyada quru əməliyyatı ehtimalı çox yüksəkdir. Eyni zamanda müharibə hazırlığı vaxt aparır”.

 

Olmayan və olacaq müharibə

 

Maqid eyni zamanda türklərin Suriya ilə müharibə üçün İkinci səhra ordusunu səfərbər etdiklərinə işarə edən bəzi İsrail ekspertlərinin fikrinə istinad edir. Bu birləşmə yüz mindən çox əsgəri əhatə edir və zirehli tanklar, mexanikləşdirilmiş, motorlu və piyada hissələri ehtiva edir. Ordu iki hissəyə bölünür – Altıncı və yeddinci korpuslar. Ehtimal ki, quru əməliyyatı başlayacağı halda altıncı korpus Hələb şəhəri və kürd bölgəsi Afrin istiqamətində, yeddinci korpus isə Rojavanın ürəyi – Suriyanın şimalı-şəqindəki Cəzirə rayonuna hücuma keçəcək.

 

Ekspert bildirir ki, bu cür böyük zərbə qruplaşması ciddi təchizat təşkili tələb edir. O, qeyd edir ki, hazırda Səudiyyə Ərəbistanı da öz qüvvələrini Türkiyəyə və ola bilsin, İordaniyaya da atır. “Görünür, əməliyyat şərikli olacaq. Səudlar artıq öz F-15 təyyarələrini Türkiyəyə atıblar. Bunlar isə hava məkanını zəbt etmək üçün qırıcı təyyarələrdir, yəni onlar Suriyada işləyən Rusiya aviasiyasına birbaşa təhdid daşıyır”.

 

Maqid deyir: “İstisna olunmur ki, əməliyyat Suriyanın bölünməsinə hədəflənəcək və onda səudlar cənubdan, türklər isə şimaldan girə bilərlər. Türkiyə Diyarbəkirdə və bəzi şəhərlərdə kürdlərlə döyüş aparır. Həmdə kürd dəstələri sayca o qədər də böyük deyil. Güman ki, türklər əvvəlcə partizan hərəkatını boğmaq və sonra Suriyaya girmək istəyəcəklər. Bunun baş tutb-tutmayacağı ayrıca məsələdir”.

 

Özgə şıltaqlıqları Rusiyanı boğaza yığıb

 

Maqidin vurğuladığı kimi, yeni Rusiya-Türkiyə müharibəsinin  perspektivlərinə münasibətdə ekspertlərin fikirləri haçalanır: “Güman ki, məsələ hava döyüşləri ilə məhdudlaşacaq. Lakin nəzərə almaq lazımdır ki, Türkiyənin mövqeyi daha əlverişlidir, çünki Bosfor və Dardanel boğazlarını bağlayar və bununla da Suriyadakı Rusiya qruplaşmasının təchizatını kəsə və sonra onu darmadağın edə bilər. Lakin Rusiyanın Suriyada böyük məğlubiyyətə necə reaksiya verəcəyini heç kim bilmir”.

 

Fakt deyil ki, Suriyaya müdaxilə halında Rusiya Əsəd ordusunu birbaşa dəstəkləyəcək. İsrailin Müdafiə ordusunun (SAXAL) keçmiş zabiti, hərbi ekspert İqal Levin “Rosbalt”a fikrini bu cür bildirdi.  O, güman edir ki, Moskba bu halda bəyan edə bilər ki, bölgədə onun əsas missiyası terrorla mübarizə, İŞİD-lə müharibədir. Çünki Rusiya öz kosmik-hərbi qüvvələrini məhz bu bəhanə ilə Suriyaya yeridib. Artıq indi görürük ki, Əsədin ordusu Rusiyanın müasir texnikası ilə gen-bol silahlanıb. Həm də bu, təkcə T-90 tankları yox, RS30 tipli “Günvuran”lar, yəni kütləvi qırğın sistemləridir. Lakin bütün bunlardan rəsmən Əsəd ordusu istifadə edir. Rusiya isə rəsmən yanlız Hava-Kosmik Qüvvələrə sahibdir”.

 

İkinci Türkiyə kəskinləşməsi

 

İsrailli mütəxəssis fərz edir ki, “Böyük müharibə olsa, Rusiya bayağı şəkildə təyyarələrdəki tanınma işarələrini silib Suriyanınkını çəkə bilər. Lakin pilotlar yenə də ruslardan olacaq”.

 

Levinin fikrincə, indiki mərhələdə Rusiyanın Suriyadakı HKQ qruplaşması Türkiyə və Səudiyyə aviasiyasına qarşı durmaq üçün yetərli deyil. Yanlız Türkiyənin Rusiya obyektlərinə, məsələn, Qara dənizdəki donanmasına hücumu halında  Moskva Ankara ilə açıq müharibəyə girə bilər.

 

İki ölkənin donanmalarına gəlincə, “artıq o dövr deyil ki, onlar bir-biri ilə “dəniz dueli” tipində birbaşa vuruşacaqlar. Burada həm də aviasiya, dəqiq atəş sistemləri, “yer-dəniz”, “dəniz-dəniz”, “hava-dəniz” taktiki raketləri iştirak edəcək. Mütəxəssis qeyd edir ki, bu cür sistemlərdə Rusiyanın Türkiyə üzərində böyük üstünlüyü var.

 

Levinin fərz etdiyi kimi, digər tərəfdən, əgər türklər Qara dənizdəki gəmilərini havadan qoruya bilsələr, onda Rusiya donanması böyük itkilər verə bilər – çox güman ki, öz qüvvəsinin yarıdan çoxunu itirər.

 

Lakin ekspert hesab edir ki, bütövlükdə müharibənin nəticəsi yenə də havada həll olacaq: “Türkiyə HHQ döyüşə iki yüzdən çox F-16 təyyarəsi (dördüncü nəsil çoxhədəfli qırıcılar. Türkiyə bunları ABŞ-ın lisenziyası üzrə müstəqil şəkildə istehsal edir-rosbalt.ru) göndərmək iqtidarındadır. Bu, hava məkanını zəbt etməklə yerdəki hədəflərə zərbə endiməyi bacaran çox yaxşı təyyarədir. Türklərn hazırlığı ruslarınkından üstündür, Bu həm döyüş hazırlığına, həm də uçuşa aiddir. O, bölgədə ən güclü HHQ-dir və Rusiya bütün ölkənin aviasiyasını toplamalı olacaq ki, bu qüvvəyə qarşı durmaq gücündə olsun”.

 

Aleksandr Jelenin

Rosbalt.ru, 16.02.2016




Yuxarı Əvvələ Ana Səhifə