XƏBƏR LENTİ

22 Sentyabr 2020
21 Sentyabr 2020

Digər Xəbərlər

15 Noyabr 2018 - 19:19

MOSKVA TERRORÇULARI BAĞRINA BASIR –"Taliban"ın simasında Kreml özünə yeni maşa tapıb - TƏHLİL

Arkadi Dubnov

“Əl-Cəzirə”

 

Bu ayın əvvəlində Rusiya hökuməti Əfqanıstanla bağlı çoxdan gözlənilən sülh konfransı keçirib və tədbirə «Taliban» nümayəndələri də qatılıb. Konfransdan sonra Rusiya xarici işlər naziri Sergey Lavrov, paradoksal olaraq hələ də Rusiyanın terrorçu siyahısında qalan «Taliban» rəhbərləri ilə fotoşəkil çəkdirib.

Rusiya xarici siyasətinin həssas müşahidəçiləri üçün konfransın məramı Kremlin Orta Asiyanın cənub hissəsində və Əfqanıstanda yenidən özünü təsdiqləməyə dair iddianın açıq bəyanıdır.

«Taliban» da konfransdan faydalanıb: ilk dəfə olaraq onun nümayəndələri BMT Təhlükəsizlik Şurasının daimi üzvü tərəfindən təşkil edilən forumda iştirak edib.

Konfrans əvvəlcə sentyabrın 4-ə təyin olunub, amma Əfqanıstan prezidenti Əşrəf Qəni şəxsən Lavrova müraciət edərək danışıqları ləğv etmək və ya təxirə salmağı xahiş edib. Bu. «Taliban»ı qəzəbləndib və qeyri-rəsmi kanallar vasitəsilə Moskvaya çatdırılıb ki, Kabilin təzyiqi altında plan dəyişdirilərsə, “Taliban” nümayəndələri növbəti konfransda iştirak etməyəcəklər.

Qəni hökumətinin rəsmi nümayəndə heyətini göndərməkdən imtina etməsinə baxmayaraq, Moskva prosesi davam etmək qərarına gəlib. Əfqanıstandakı əsas hərbi müxalifətlə artan əlaqəni nümayiş etdirməklə, Kreml, nəhayət, nəticəyə çatmaq istəyib.

 

1990-cı illərdə «Taliban»ın qılığına girmə

 

Noyabrın 9-da keçirilən konfrans Rusiya və «Taliban»ın ilk tanışlıq tarixi deyil. Silahlı qrup Rusiya ilə münasibətləri 1995-ci ildən etibarən qurmağa çalışıb. O zaman Qəndəhara daxil olmaqla, o, ölkənin bir çox cənub əyalətini nəzarətində saxlayırdı.

1995-ci ilin avqustunda Rusiyanın bir yük təyyarəsi «Taliban» döyüş təyyarəsi tərəfindən Qəndəhardakı aeroporta enməyə məcbur edilib və bu, onun rəhbərlərinə Rusiya hökumətinə mesaj göndərmək imkanı verib.

«Taliban» tərəfindən saxlanılan təyyarə ekipajı ilə görüşən jurnalistlərdən biri mənəm. Qubernator vəzifəsini tutan bir adam məndən Rusiya hökumətinə Qəndəharda yerləşən və 1980-ci illərdə sovet ordusunun hərbi müdaxiləsi zamanı minalanmış ərazilərin xəritəsini təqdim etmə xahişini çatdırmağı xahiş etdi.

Rusiya və «Taliban» arasında ilk qeyri-rəsmi təmaslar 1990-cı ilin ikinci yarısında baş tutub, sonra, 1996-cı ilin aprel ayında Kabildəki mücahid hökumətini məğlubiyyətə uğradaraq onların rejimi beynəlxalq səviyyədə tanınıb.

«Taliban»la Moskva arasındakı ünsiyyət Türkmənistanın paytaxtı Aşqabadda mərhum Türkmənistan lideri Saparmurat Niyazov tərəfindən təşkil edilən qapalı görüşlə nəticələnib. Rusiya nümayəndə heyəti «Taliban» nümayəndələri ilə görüşüb: əfqanlar Rusiyadan “taliblər”in BMT-də təmsil olunmasını dəstəkləməyi tələb edib. Çünki o dövrdə hələ də bu vəzifəni Əfqanıstan prezidenti Burhanəddin Rəbbaninin təmsilçisi tuturdu.

Rusiya hökuməti bu tələbi qəbul etmək məcburiyyətində deyildi və nəticədə heç bir növbəti görüş keçirilmədi. Bəlkə də bu, diplomatik səhv idi. «Taliban» rəhbərliyi həmin dövrdə Moskva ilə əməkdaşlığa hazır idi.

Lakin o dövrdə Rusiya hökuməti Rəbbani, Əhməd Şah Məsud və Gülbəddin Hikmətyarın rəhbərlik etdiyi mücahid hökuməti ilə münasibətləri davam etdirməyi üstün tutub, nəinki Pakistan kəşfiyyatının dəstəklədiyi silahlı qrupla.

Rusiya «Taliban»la əlaqələrin yenidən qurulmasını yalnız 2010-cu ilin ortalarında, Rusiya-ABŞ əlaqələri kəskin pisləşəndə, Suriyadakı hərbi əməliyyatının başlandıqda səy göstərib.

 

Rusiyanın təzyiq strategiyası

 

Uzun illər Əfqanıstanla əlaqədar əhəmiyyətli bir siyasət olmayıb. Moskva nəhayət, b işlə təkrar məşğul olmağa qərarı Yaxın Şərqdəki daha çox cəlb olunması ilə bağlıdır.

Rusiyanın düşüncələrinin bir hissəsi təhlükəsizliklə bağlıdır: Əfqanıstanın şimal əyalətlərində, keçmiş sovet respublikalarının – Tacikistan və Özbəkistanın yaxın ərazilərdə terrorizmin artması. Bu təhdiddən istifadə edərək – hətta onu şişirdərək – Moskva, ehtimal ki, Mərkəzi Asiyada hərbi iştirakını artırmağa çalışır.

Eyni zamanda, Rusiya hökuməti ABŞ-la münasibətlərində təzyiq aləti kimi istifadə etmək üçün Əfqanıstanda “sülhməramlı” rolunu oynamaq istəyir. Əfqanıstanda Rusiyanın sülhyaratma səylərinin müvəffəqiyyəti ABŞ-sız qeyri-mümkündür, çünki onun hərbi iştirakı, NATO ilə birlikdə, prezident Qəni hökumətini iqtidarda saxlayır.

Kreml bunu aydın şəkildə başa düşür və Moskva konfransı çərçivəsində «Taliban»la əməkdaşlığından maksimum siyasi divident götürməyə çalışır.

Rusiyanın sülh təşəbbüsünün ABŞ-ın iştirakı olmadan qeyri-mümkünlüyünü “Taliban» rəhbərliyinin özünə də yaxşı bəllidir. Noyabrın 9-da keçirilən konfransdan sonra onların nümayəndələri, öz qüvvələrini Əfqanıstandan çıxarmağa hazırlaşan Vaşinqtonla danışıqlar aparmağa hazır olduğunu təsdiqləyiblər; o vaxtdan bəri ABŞ kuklası kimi qəbul edən prezident Qəni ilə heç bir əlaqə yaratmırlar.

Moskvaya səfərinin məqsədi yalnız bu mövqeyini təkrarlamaq deyil, eyni zamanda ABŞ-a “alternativlər”in olduğunu göstərmək idi.

Qərbdə artıq Moskvanın «Taliban»a hərbi təchizat göndərməsi söz-söhbətləri var, amma bu, hələ ki, konkret sübutlarla dəstəklənən iddia deyil. Lakin «Taliban» ABŞ-ı sülh danışıqlarına cəlb etmək üçün bundan faydalana bilər.

ABŞ prezidenti Donald Trampın da prezidentliyinin ikinci yarısında strategiyası dəyişdirməsi mümkündür. Yenidən seçilməkdən ötrü onun böyük diplomatik “qələbəyə” ehtiyacı var. «Taliban»la razılaşmaq və Əfqanıstandan çıxmaq bu qələbə ola bilər.

 

Tərcümə: Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə