XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

17 Fevral 2016 - 21:31

Ankarada qanlı terror:28 ölü, 61 yaralı - FOTO, VİDEO (YENİLƏNİR)

manset-67017

 

Ankara valiliyi yeni məlumat yayaraq partlayışda 28 nəfərin öldüyünü, 61 nəfərin yaralandığını açıqlayıb.

 

***

Ankarada təxminən bir saat əvvəl baş verən qanlı olayın terror olduğu rəsmən təsdiqlənib.

 

AKP hökumətinin sözçüsü Ömər Çelik partlayışın terror aktı olduğunu deyərək baş verənləri alçaq hücum adlandırıb.

 

Hazırda Ankarada prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilir.

 

Baş nazir Əhməd Davudoğlu terror hadisəsi ilə bağlı Belçika səfərini təxirə salıb. 

 

***

 

Türkiyənin paytaxtı Ankarada güclü partlayış baş verib.

 

Strateq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, partlayış Bakı vaxtı ilə 20.33-də Silahlı Qüvvələrin Baş Qərargahının binasından 300 metr aralıda – Quru Qoşunları Komandanlığı və Hava Qüvvələrinin binalarının önündə baş verib.

 

Ankara valiliyindən verilən məlumatlara görə, partlayış nəticəsində 11 nəfər ölüb, 10 nəfər yaralanıb. 

 

Hadisə yerinə xeyli sayda polis, təhlükəsizlik qüvvələri, xilasedicilər və təcili tibbi yardım maşınları cəlb edilib.

 

İlkin məlumatlara görə, partlayış içərisində bomba olan avtomobillə törədilib. Həmin vaxt yoldan hərbiçiləri daşıyan avtomobillər keçirmiş. Ölən və yaralananların hərbiçilər olduğu ehtimal edilir.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 




Yuxarı Əvvələ Ana Səhifə