XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

17 Fevral 2016 - 23:49

Ərdoğanın Bakıya səfəri təxirə düşdü

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın Azərbaycana planlaşdırılan səfəri təxirə salınıb.  

Bu barədə Türkiyənin rəsmi Anadolu Agentliyi xəbər yayıb. Ankarada baş vermiş terror aktından sonra Ərdoğan prezident İlham Əliyevə zəng vuraraq bu barədə məlumat verib.

Qeyd edək ki, sabah Azərbaycanda Türkiyə ilə Azərbaycan arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının V iclası keçiriləcəkdi.

Azərbaycan prezidenti İlham Əliyev Ankarada baş vermiş partlayışdan sarsıldığını deyib, həyatı itirənlərin ailə üzvlərinə başsağlığı verib. 

Xatırladaq ki, bu gün Ankarada Türkiyə Silahlı Qüvvələrinin əməkdaşlarını daşıyan avtobusa qarşı terror aktı törədilib. Hadisə nəticəsində xeyli sayda olən və yaralanan var.