XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

21 Noyabr 2018 - 10:38

TRAMP ŞAHZADƏYƏ, YOXSA SƏUDİYYƏ KRALLIĞINA ARXA DURUR? –ABŞ prezidenti Xaşuqci cinayətində vəliəhdin iştirakını etiraf etdi - TƏHLİL

Lora Rozen

“Əl-Monitor”

 

ABŞ prezidenti Donald Tramp qəribə yazılı şərhində bəyan edib ki, bəlkə də Səudiyyə şahzadəsi Məhəmməd bin Salman jurnalist Camal Xaşuqcinin öldürülməsinə icazə verib. Bununla belə, o, Səudiyyə Ərəbistanı ilə əlaqələrin qorunmasının ABŞ-ın milli maraqlarına uyğun olduğunu vurğulayıb.

“Öncə Amerika!” şüarı ilə başlayan və bitən 8 bəndlik bəyanatında Tramp qeyd edib: “Səudiyyə Ərəbistanı nümayəndələri deyirlər ki, Camal Xaşuqci “dövlətin düşməni” və “Müsəlman Qardaşları”nın üzvü olub, amma mənim qərarım buna əsaslanmır – bu, qəbuledilməz və dəhşətli bir cinayətdir”.

“Kral Salman və tacdar şahzadə Məhəmməd bin Salman cənab Xaşuqcinin öldürülməsinin planlaşdırılması və ya icrası barədə hər hansı məlumatı qətiyyətlə inkar edirlər. Bizim kəşfiyyat agentlikləri bütün məlumatları qiymətləndirməyə davam edir, amma çox güman ki, şahzadə bu faciəli hadisə barədə məlumatlı idi və bəlkə də onun qarşısını almayıb!”

Deməli, biz cənab Camal Xaşuqcinin öldürülməsini əhatə edən bütün faktları heç vaxt bilməyəcəyik. Hər halda, Səudiyyə Ərəbistanı Krallığı ilə əlaqələrimiz kəsilməyəcək. İrana qarşı çox əhəmiyyətli mübarizəmizdə o, böyük müttəfiqimizdir. ABŞ ölkəmizin, İsrailin və regiondakı bütün digər tərəfdaşların maraqlarını təmin etmək üçün Səudiyyə Ərəbistanının sabit tərəfdaşı olaraq qalmağı planlaşdırır. Dünyanın hər yerində terrorizm təhlükəsini tamamilə aradan qaldırmaq ən böyük hədəfimizdir!”

CIA-nın (MKİ) sabiq əməkdaşı və Milli Təhlükəsizlik Şurasının səlahiyyətlisi Brüs Ridel “əl-Monitor”a deyib ki, Tramp əslində, “şahzadə bunu etsə də, vecimə deyil” mesajını çatdırır.

Ridel deyib: “Tramp üçün tipik bəyanatdır. Çünki onun Yaxın Şərq siyasətinin bütün quruluşu MBS-in qəsdən adam öldürtməsinin etirafı ilə çökər”.

ABŞ-ın sabiq diplomatı Cerald Feyerştayn deyib: “Səudiyyə Ərəbistanının əhəmiyyəti məsələsində o haqlıdır, lakin mesajın qalan hissəsi səhvdir”.

Trampın bəyanatı ABŞ administrasiyasının üst səviyyə səlahiyyətlilərinin yeni sanksiyalarla bağlı mətbuata açıqlamasından sonra səslənib. Xaşuqci iddiası ilə bağlı ABŞ-ın heç bir sanksiyası yoxdur.

Tramp dəfələrlə oktyabrın 2-də İstanbulda yerləşən Səudiyyə konsulluğunda törədilən qətllə Səudiyyə rejiminin əlaqələrini vurğulamaqdan yayınıb. Onun administrasiyası İrana qarşı iqtisadi təzyiq kampaniyasında və terrorizmlə mübarizədə Riyadı mərkəzi fiqur edir və Birləşmiş Ştatların Körfəzə ABŞ silahının ixracatında da Ərəbistan əhəmiyyətli müştəridir.

Noyabrın 17-də Tramp Kaliforniyaya gedərkən jurnalistlərə bildirib: Bilirsiniz, Səudiyyə Ərəbistanını ilə müttəfiqik. Bizə çoxlu iş yeri, iqtisadi inkişaf verirlər… Onlar iş və iqtisadi inkişaf baxımından, həqiqətən, möhtəşəm müttəfiqdir. Mən… çox şeyləri nəzərə almalıyıq”.

Amma MBS Trampın mesajında təsəlli tapıbsa, yəni prezident Xaşuqcinin öldürtmək üçün şahzadənin xüsusi qrupu İstanbula göndərməsində oynadığı rolu görməməzliyə vurursa, bu, Trampın MBS-ə heç bir real duyğusunun olmadığını da xüsusi açıqlayır. Trampın bəyanatı ABŞ-ın krallıqla əlaqəsi üçün vacibdir.

“Bizim əlaqəmiz Səudiyyə Ərəbistanı Krallığı ilədir“, – deyə Trampın bəyanatında vurğulanır.

Dövlət katibi Mayk Pompeo mətbuat konfransında bildirib: “ABŞ Səudiyyə Ərəbistanı Krallığı ilə əlaqəyə davam edəcək… o, əhəmiyyətli tərəfdaşımızdır. Bu, prezidentin açıqladığı öhdəlikdir”.

Noyabrın 19-da “Reuters” xəbər verib ki, Səudiyyə kral ailəsinin bəzi üzvləri şahzadə Məhəmmədin gələcək Səudiyyə kralına çevrilməsini maneə törətməyə çalışırlar.

“Onlar kralın sevimli oğluna qarşı çıxması ehtimalının olmadığını bilirlər. Ehtimal ki, onlar digər ailə üzvləri ilə padşahın vəfatından sonra kral Salmanın kiçik qardaşı və tacdarın əmisi, 76 yaşlı şahzadə Əhməd bin Əbdüləzizin taxta çıxarılmasını müzakirə edirlər”.

Tərcümə: Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə