XƏBƏR LENTİ

16 Yanvar 2021
15 Yanvar 2021

Digər Xəbərlər

22 Noyabr 2018 - 11:01

ABŞ PREZİDENTİNİN BƏYANATINDA GİZLİ MESAJ:Vəliəhdin xilası üçün ödəniləcək məbləğ - 450 milyard dollar

Marko Karnelos

“Middle East Eye”

 

ABŞ prezidenti Donald Trampın Səudiyyə jurnalisti Camal Xaşuqcinin öldürülməsi ilə bağlı son bəyanatı siyasi səmimiyyətin bir nümunəsidir. Baxmayaraq ki, tam yanlış təhlildir.

Tramp amerikalı prezidentlərin Səudiyyə Ərəbistanı haqqında sıradan bir, mənasız və ümumi sözlərdən ibarət ritorikasından uzaqlaşıb. O, çox aydın şəkildə Səudiyyə şahzadəsi Məhəmməd bin Salmanın Xaşuqci öldürülməsi əmrini verdiyini, səltənətin İrana qarşı müqavimət mərkəzi olduğunu, Amerikadan silah almasını və Amerika maraqlarına uyğun neft qiymətlərinə nəzarətə kömək etdiyini deyib.

Başqa sözlə, insan haqları və qanunun aliliyi kimi Amerika dəyərləri Amerika maraqları ilə toqquşduqda, Tramp sonuncuları seçəcək.

Əslində, Trampın bəyanatı ABŞ-ın Xaşuqci faylında Səudiyyə şahzadəsini müdafiə edəcəyini birbaşa təsdiqləyir.

 

Təhlükəli yer

Şərhin ilk cümləsi: “Dünya çox təhlükəli yerdir!” Vəziyyət, yəqin ki, yalnız hazırkı beynəlxalq vəziyyət üçün düzgündür. Əlbəttə, Birləşmiş Ştatların prezidenti bu vəziyyətə görə əhəmiyyətli dərəcədə məsuliyyət daşıdığını unudur.

Səudiyyə Ərəbistanının Yəməndə apardığı müharibə, Fələstin-İsrail münaqişəsi, Əfqanıstanda və İraqda ABŞ-ın zəhərli irsi qərəzə yalnız bir neçə misaldır.

Amerikanın mövqeyi təhlükə yaradır, onun üçün bütün yollar Tehrana gətirib çıxarır.

Yəmən münaqişəsinə istinad olduqca təəccüblüdür: “İranlılar tərk etməyə razılaşdıqda, Səudiyyə Ərəbistanı məmnuniyyətlə Yəməndən çəkiləcək”.

Terrorizm haqqında prezidentin baxışı daha da təəccüblüdür. O, İranı “terrorun aparıcı sponsor”u hesab edir və bu sahədə Səudiyyə Krallığının səylərinə istinad edir: “Səudiyyə Ərəbistanı radikal İslam terrorçuluğu ilə mübarizə aparmağa trilyonlarla dollar xərcləməyə razılaşıb”.

Təəssüf ki, Səudiyyə Ərəbistanı indiyə qədər olduğu kimi, bunun əksini isbatlayır.

 

450 milyard dollar

Qüsurlu təhlillərdən başqa, Trampın bəyanatı real siyasətin qeyri-adi bir nümayişidir. Dünya çox təhlükəli bir yer olduğundan, ABŞ, nə olursa-olsun, Səudiyyə Ərəbistanını dəstəkləməyə davam edəcək. Lakin Trampın bəyanatının əsl məqsədi bu dəstək üçün ödəniləcək məbləğdir.

Bəyanatla Səudiyyə Ərəbistanına göndərilən gizli mesaj – 450 milyard dollar sərmayə yatırmaqdır.

Ötən il Trampın Səudiyyə Ərəbistanına səfəri və Səudiyyə şahzadəsinin ABŞ-a səfərləri əsnasında müzakirə olunmuş astronomik məbləğ.

Tramp müqavilələrin tərtib edilməsində və imzalanmasında tələsir!

 

Bin Salmanı xilas etmək

Tramp CIA-nın Xaşuqci qətlində MBS məsuliyyətini müəyyən etdiyini bilir: “Bizim kəşfiyyat agentlikləri bütün məlumatları qiymətləndirməyə davam edir, amma çox güman ki, şahzadə bu faciəli hadisə barədə məlumatlı idi və bəlkə də onun qarşısını almayıb!”

CIA-nın müəyyən seqmentləri hələ də keçmiş vəliəhd bin Naiflə əməkdaşlığın xiffətini çəkir və Trampın vəliəhdi xilas etmək planını çətinləşdirə bilərlər.

Amma Tramp, ABŞ kəşfiyyat təşkilatlarının Rusiya kəşfiyyatının 2016-cı ildə ABŞ prezident seçkiləri əsnasında Demokratlar Partiyasının serverini “hack” etdməsini şühbəyə aldığı kimi bunu da şübhəyə ala bilər.

Məsələləri daha da pisləşdirən ikipartiyalı bir qrup senatorun Trampa məktub göndərərək, Xaşuqcinin itməsi barədə araşdırma tələb etməsidir.

Respublika senatorlar Bob Korker və Lindsi Qraham və demokrat Bob Menendez və Patrik Lihinin yazdığı məktub Qlobal Maqnitski Aktı əsasında Xaşuqci cinayətinin araşdırılmasını gündəmə gətirir.

Qanun insan haqlarının pozulmasına görə ölkəyə və ya fərdlərə qarşı sanksiya tətbiq etməyə imkan verir. Başqa sözlə, Məhəmməd bin Salmanın xilası asan olmayacaq.

Buna görə də, Xaşuqci faylı davam edəcək.

 

Tərcümə: Strateq.az