XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

28 Noyabr 2018 - 17:58

VƏLİƏHD ŞAHZADƏ G20 ZİRVƏSİNDƏ:Camal Xaşuqcinin qətlinə fərman vermiş şəxsi kimlər salamlayacaq?

“Əl-Cəzirə”

 

Səudiyyəli jurnalist Camal Xaşuqcinin öldürülməsinə görə G20 zirvəsinə qatılması mübahisəyə səbəb olan Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Buenos-Ayresə gəlib.

Bazar ertəsi günü “Human Rights Watch” Yəməndə aparılan müharibə və Xaşuqcinin öldürülməsinə istinadən Argentina hökumətindən insanlıq əleyhinə olan cinayətlərdə tadar şahzadənin iştirakı iddiası ilə, Konstitusiyadakı hərbi cinayətlər bəndindən istifadə etməsini istəyib.

6 həftə əvvəl İstanbulda, rəsmi Riyadın konsulluğunda “Vaşinqton Post” köşə yazarının – vəliəhd şahzadənin tənqidçisi olan Camal Xaşuqcinin qətli Səudiyyə Ərəbistanının Qərblə əlaqələrini kəskinləşdirib və şahzadə Məhəmmədin xaricdəki imicini korlayıb.

Səudiyyə Ərəbistanı, krallığın de-fakto hökmdarı olan şahzadənin cinayətdə iştirakını əvvəldən rədd edib.

Məhəmməd bin Salman Buenos-Ayresə Tunisdən gəlib, orada vəliəhdi Xaşuqcinin öldürülməsinə görə qatil kimi pisləyən etirazçılar qarşılayıb.

Qərb ölkələri, həmçinin şahzadə Məhəmmədin qonşu Yəməndə başladığı müharibəyə – Səudiyyənin liderliyi ilə hərbi kampaniyaya son qoymağa çağırıb.

G20 liderlərinin zirvəsi Cümə günü başlayacaq və ehtimal ki, Səudiyyə şahzadəsi ilə əl verib görüşmək istəməyən liderlər olacaq.

Zirvə toplantısında kollektiv fotoşəkil çəkdirmə də ciddi narazılığa səbəb ola bilər və ABŞ kəşfiyyatı qurumlarının təsdiqlədiyi kimi, qətl əmrini verən şahzadə Məhəmmədlə təmasa girməklə, dünya liderləri bu haqsız göstərişi və ya cinayəti qanuniləşdirmiş olacaqlar.

Səudiyyə Ərəbistanına beynəlxalq təzyiqi davam etdirən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın da zirvədə iştirak etməsi gözlənilir. Vəliəhd şahzadə zirvə çərçivəsində Ərdoğanla görüş xahiş edib, rəsmi Ankara bunu təsdiqləyir.

Eyni zamanda, ABŞ dövlət katibi Mayk Pompeo və Pentaqon başçısı Ceyms Mattis, ABŞ Senatında Çərşənbə günü Səudiyyə Ərəbistanı ilə əlaqədar son inkişaflar haqqında məlumat verəcək.

Qapalı brifinq Konqresin uzun müddətdir Yaxın Şərqdə ABŞ-ın müttəfiqi olan ölkənin Xaşuqcinin qətli ilə əlaqədar cəzalandırılıb-cəzalandırılmamasını müəyyən edə bilər.

Prezident Donald Trampın bəzi respublikaçıları və demokratlar da daxil olmaqla, bir çox ABŞ qanunvericiləri Xaşuqcinin öldürülməsi və dünyanın ən böyük humanitar fəlakətlərindən birini yaratmış Yəməndəki müharibə ilə bağlı narahatlıqlarını ifadə ediblər.

Senatdakı əksəriyyətin lideri Mitç MakKonnell bildirib ki, ABŞ qətlə görə səudilərin “hansısa şəkildə məsuliyyət daşıması”nı tələb etməlidir.

ABŞ prezidenti Donald Tramp sui-qəsdə “bəraət versə də”, Senat bu həftə ABŞ-ın Yəməndə başlayan Səudiyyə müharibəsinə cəlbini dayandırmaq üçün səs vermək fikrindədir.

MakKonnell deyib: “CIA tərəfindən təsdiqləndiyi kimi, iyrənc bir qətl törədilib. Biz müvafiq cavabın nə olacağını müzakirə edirik”.

Mattis və Pompeo bu gün yerli vaxtla saat 16: 00-da Senatda hesabat verməlidir.

Tərcümə: Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə