XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

18 Fevral 2016 - 19:49

Ərdoğanın səhvləri – 12-ci prezident xətalarını düzəldəcəkmi?

Turkish Prime Minister Tayyip Erdogan addresses on February 1, 2011 lawmakers and supporters of his Justice and Development Party in Ankara. Erdogan urged Egyptian President Hosni Mubarak on February 1 to meet his people's "desire for change."  In his weekly speech to his party's lawmakers in parliament, Erdogan described his appeal to Mubarak as "very sincere advice, a very sincere warning."  AFP PHOTO / ADEM ALTAN (Photo credit should read ADEM ALTAN/AFP/Getty Images)

 

24  mart 1994-cü ildə Rifah Partiyasının təmsilçisi kimi İstanbul Böyük Şəhər Bələdiyyəsi başqanı seçilməklə böyük siyasətdə ilk parlaq zəfərini qazanan, Türkiyənin hazırkı – 12-ci  prezidenti  Rəcəb Tayyib Ərdoğan son 14 ildə dünyanın diqqət mərkəzindədir.  Rifah Partiyasının qalıqları əsasında mötədil islamçı qüvvələri birləşdirməklə Ədalət və İnkişaf Partiyasının (AKP) qurulmasında əsas rol alan Ərdoğan 2002-ci ildən Türkiyə siyasətində son sözü deyəcək mərkəzi fiqur kimi çıxış edir. 

 

2002-ci ildə AKP-nin parlament seçkilərində böyük qələbə qazanaraq təkbaşına hökumət qurmasından bu yana Türkiyə tarixinin Ərdoğan mərhələsi başlayıb. Şəxsi xarizması, enerjisi, liderlik bacarığı, natiqlik məharəti, eqosu və iddiaları ilə AKP-ni, tərəfdarlarını zəfərdən–zəfərə daşıyan Ərdoğan müasir dövrümüzün ən parlaq siyasətçilərindən birinə çevrilib.  Amma  geridə qalan son 3  ili  onun üçün o qədər də uğurlu saymaq olmaz.  Türkiyə,  hakim partiya kimi AKP və Ərdoğanın özü çoxsaylı problemlərlə üz-üzə qalaraq, mürəkkəb vəziyyətlə üzləşiblər.  

 

Bu cür vəziyyətin yaranmasında – xarici siyasətdə ard-arda uğursuzluqların baş verməsində,  ölkə daxilində qarşıdurmanın güclənməsi, terror aktları və küçələrdə bombaların partlamasında xarici amillərin də çox böyük rolu var. Bu danılmazdır və Türkiyənin hər zaman çox güclü xarici təzyiqlərə məruz qalması da  sirr deyil.  Amma subyektiv səbəblər də yox  deyil və zaman keçdikcə, onlar daha aydın görünür.

Türkiyənin bu vəziyyətə gəlib cıxmasında Ərdoğanın buraxdığı səhvlər hansı rol oynayıb? Ərdoğanın hansı səhvlərindən danışmaq olar?

 

Maosayağı “mədəni inqilab”  cəhdləri

 

AKP-nin hakimiyyətə gəlməsindən bir müddət sonra Ərdoğan 1923-cü ildən bəri formalaşa-formalaşa gələn Atatürkün qoyduğu prinsiplər üzərində bərqərar olan dünyəvi respublika dəylərlərinə, təsisatlarına və mədəniyyətinə qarşı açıq həmləyə keçdi.  Ərdoğanın bu istiqamətlərdə nələrisə dəyişmək cəhdləri yox, 79 ilin ənənələrini qısa zaman kəsyində transformasiya etmək səyləri təəccüb doğurdu. Hamı başa düşürdü ki, AKP-nin seçkilərdə böyük səs alması türk cəmiyyətinin dəyişikliklərin lehinə çıxış etməsi demək idi.  Təbii ki, Ərdoğan bu dalğada ön plana çıxmışdı və heç nəyi dəyişməmək mümkün deyildi. Amma onun bunu hansı sürət və templə həyata keçirməyə çalışması təəssüf doğururdu. Bir əsrlik dəyərlərin, təsisatların və mədəniyyətin, yaşam tərzinin 3-5 ilin içində sürətlə dəyişmək səylərinin cəmiyyətdə böyük sarsıntılar, parçalanmalar yarada biləcəyi təhlükəsi narahatlıq yaradırdı.  Bununla bağlı proqnozlar düz çıxdı və bugünkü Türkiyə siyasətində mənzərə göz qabağındadır. İş o yerə çatıb ki, dövlət törənlərində ana müxalifət lideri ilə baş nazir, yaxud prezident salamlaşmaqdan çəkinirlər…

 

Ərdoğan bu istiqamətdə fəaliyyəti ilə Mao Tsezedun xatırladırdı. O da Mao kimi elə dəyişikliklərə can atırdı ki, Atatürk dəyərləri ilə bəslənmiş Türkiyə Cümhuriyyəti özünəxas, 1923-cü il  formatında bir daha restavrasiya ola bilməsin. Mao da “mədəni inqlabı” kapitalizmin restavrasiyasına qarşı başladığını bəyan edirdi.  Bununla yanaşı əsas məqsədlərdən biri siyasi rəqibləri sıradan çıxarmaq, partiyada möhkəmlənmək, şəxsiyyətə pərəstiş kultunu möhkəmlətmək və elə bir gənc nəsil yetişdirmək idi ki, yaxın keçmişin dəyərlərini qəbul edə bilməsin. Ərdoğanın da üslubunda bu kursa bənzərliklər çoxdur. 

Şübhəsiz ki, Ərdoğanı Mao ilə bütövlükdə müqayisə etmək düzgün olmazdı. Ancaq Ərdoğanın Osmanlı ənənələrinin dirçəldilməsi ilə Türkiyədə yalnız hakimiyyət deyil, düşüncə dəyişikliyinə nail olmaq siyasətində “mədəni inqilabın” üslubu aşkar görünür.

 

Ərdoğan gözlənildiyindən daha qeyri-tolerant çıxdı və zaman keçdikcə onun eqosu ilə hesablaşmayanları rəqib kimi yox, düşmən kimi qəbul etməyə başladı. Faktiki olaraq, AKP və çevrəsindən başqa bütün siyasi qüvvələr Türkiyənin milli maraqlarının əleyhinə fəaliyyətdə günahlandırıldı. Bütün hökumət strukturları, bürokratiya, güc strukturları AKP-nin kadrları ilə “işğal edildi”. AKP-yə alternativ ola biləcək bütün qüvvələrin resursları əlindən alındı. Ərdoğan avtoritarlığı ilə alternativ fikirə, KİV-ə, dərnəklərə, akademik dairələrin təmsilçilərinə savaş açdı.  AKP getdikcə daha çox Kommunist Partiyasına, Türkiyə isə qonşuluğundakı ərəb ölkələrinə oxşamağa başladı.

 

Bütün bu proseslər isə, şübhəsiz ki, cəmiyyətdə izsiz qalmır. Nəticədə Türkiyə cəmiyyətində qarşıdurma potensialı gücləndi, ənənəvi türk demokratiyası yaralar aldı, cəmiyyətdə kompomiss, konsensus ənənələri zəiflədi. Ərdoğanın siyasəti Türkiyə cəmiyyətində çoxsaylı ”qırılma nöqtələri” yaratdı. Türkiyə cəmiyyəti, yəqin ki, hələ uzun müddət bu siyasətin neqativ təsirlərini hiss edəcək. “Qırılma nöqtələri” isə gün kecdikcə daha də dərinləşir və keçilməz hala gəlir…

 

“Qərargahlara  atəş!”

 

ergenekon-saniklari-3

 

Maonun Çində başladığı “mədəni inqlab”ın əsas şüarlarından biri də “Qərargahlara  atəş!” idi. Maonu dəstəkləyən gənclər partiya təşkilatlarının qərargahlarına bu şüarı qışqıraraq hücum edir, rəhbər funksionerləri küçəyə atır, onları döyür, şikəst edirdilər.  Ərdoğan siyasətində isə bu şüar özünü Silahlı Qüvvələrə total təzyiqdə biruzə verdi. O, uzun illər Türkiyə siyasətində, xarici siyasətin müəyyənləşdirilməsində söz sahibi olan Silahlı Qüvvələri çox amansızcasına əzməyə çalışdı.  Bu istiqamətdə onun kompomissiz davranışı, generalların uydurma ittihamlarla həbs olunması, ordu sıralarında “təmizləmə” əməliyyatı əsgərlərin siyasətdən bəlli məsafədə saxlanılmasında anlaşma, uzlaşmaya yer qoymadı.  Əsgərlərin siyasətə zəruri olduğundan çox müdaxiləsinin qarşısının alınması düzgün yanaşma idi, ancaq bu məsələdə Ərdoğanın daha yumşaq, münaqişəsiz yol seçmək imkanları da kifayət qədər böyük idi. Əlbəttə ki, özünüqoruma instinktləri AKP-ni generalların siyasi dominantlığına qarşı dərhal və sərt addımlar atılmasını tələb edirdi.

 

Nəzərə almaq lazımdır ki, generallar Ərdoğanın yenidən dəmir barmaqlıqlar arxasına qaytarmaq üçün təşəbbüs etmişdilər. Ancaq siyasətçilərin və liderlərin də böyüklüyü elə onların  rəqibləri, düşmənləri müttəfiqə çevirmək bacarığı, məharəti ilə ölçülür. Bu məsələdə Ərdoğan barışıq yolu turmaqdan imtina etdi və bir çox hallarda onun şəxsi qisasçılıq hissləri böyük dövlət adamı kimi hərəkət etmək zərurətini üstələdi. Generallar susduruldu, qərargahlar təmizləndi. Asi əsgərlər zindana atıldı. Loyal paşalar rütbə və vəzifə aldı. Ərdoğan tipik Şərq sultanı kimi davrandı və generallar Türkiyə tarixindən və ənənələrdən qaynaqlanan xüsusi statusdan məhrum edildi.

 

Nəticə isə çox ağır oldu. Terror və terrorçular əl-qol açdılar. Separatçı qüvvələr daha arxayın hərəkət etməyə, təşkilatlanmağa və indiyə qədər görünməmiş cəsarət nümayiş etdirməyə başladılar. Cəsarətli, bir az avanturist, dəlisov paşaların əvvəlki hökmü qalmamışdı.  Qorxmadan,  Napoleon kimi çəkinmədən dövlətə qarşı çıxanalara, istənilən halda və şəraitdə “Atəş!” əmrini verəcək generallar hökmsüz qalmışdılar.  Türkiyə Cümhuriyyəti "kökə" təklif edirdi, amma ənənəvi "dəyənək" tutan, onu nümayiş etdirən əsgərlərin sözü daha artıq   keçmirdi…

(Ardı var)

 

Zaur İBRAHİMLİ

Strateq.az