XƏBƏR LENTİ

23 Sentyabr 2020
22 Sentyabr 2020

Digər Xəbərlər

30 Noyabr 2018 - 15:28

G20 ZİRVƏSİ – GÜC TEATRI:Liderlərin kamerlar önündə təbəssümlü toplanışı nəyi dəyişəcək? - TƏHLİL

Ana Palasio

“Project Syndicate”

 

Buenos-Ayresdəki G20 sammiti ərəfəsində müşahidəçilər Çin prezidenti Si Zinpin və ABŞ prezidenti Donald Tramp arasındakı görüş barədə danışırdılar. Halbuki indi, Səudiyyə Ərəbistanının varis şahzadəsi Məhəmməd bin Salman (MBS), Kerç boğazında Ukrayna gəmilərinin Rusiyanın hərbi donanmasının hücumuna məruz qalmasından sonra beynəlxalq birlik üçün bu görüş əhəmiyyətini itirib.

İndi Tramp və Sinin şəkillərini çəkmək yerinə, dünya mətbuatı İstanbulda yerləşən Səudiyyə konsulluğunda ABŞ-da fəaliyyət göstərmiş Səudiyyə Ərəbistanından olan jurnalist Camal Xaşuqciyə amansız işgəncə verməklə öldürməkdə günahlandırılan MBS və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın təmasına diqqət yetirəcək. Rusiya prezidenti Vladimir Putinlə Almaniya kansleri Angela Merkel arasında da Ukraynaya edilən son hücumdan sonra oxşar narahatlıq var.

Bunlardan heç biri G20 zirvəsinin nöqtəsi deyil. Qlobal idarəetmənin effektiv bir forması olmağına görə indi dünya Kabuki teatrının bir növünə çevrilib – qlobal nizam itib.

2008-ci ildə baş verən qlobal maliyyə böhranından sonra G20 bütün dünya bazarlarında likvidliyin salınması ilə fəlakətin azaldılması üçün beynəlxalq böhran komitəsi kimi çıxış edib. G20-nin 2008 və 2009-cu il sammitlərinin səmərəliliyi bu ümidi doğururdu ki, sürətli dəyişiklik dövründə dünya istehsalının 85%-ini təşkil edən iqtisadiyyatdan ibarət bu inkişaf etməkdə olan platforma qlobal yanğınsöndürmə briqadası kimi xidmət edəcək. Prosessual qaydalara və ya qanuni zəmanətlərə bağlı olmayan G20 lazım gəldikdə, mühüm suallara tez cavab verə biləcək.

G20-nin daha geniş ərazilərə müdaxilə etməsi, hətta Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının yerini potensial olaraq tutması da müzakirə edilib.

Amma tez-tez olduğu kimi, təcililik duyğusu zəiflədikcə, dərin struktur problemlərini həll etmək iradəsi də azalıb. Tədricən təsisata çevrilərək, G20 canlılığını itirib. Beynəlxalq Valyuta Fondunun səsvermə islahatı kimi vacib təklifləri tətbiq olunmayıb. Eyni zamanda, G20-nin gündəliyi – iqlim dəyişikliyindən tutmuş cinsi bərabərliyə qədər – onu fəaliyyət meydançasına deyil, müzakirə forumuna çevirib, halbuki dünyanın, həqiqətən, ehtiyacı olan şey – G20-nin aktiv və dinamik oyunçu olmasıdır.

Əlbəttə, G20, məsələn, enerji keçidlərinin reallaşdırması və infrastrukturun maliyyələşdirilməsi ilə bağlı yenilikçi siyasi fikirləri yaratmaq da daxil olmaqla, bəzi məsələləri əlaqələndirmək üçün rahat bir çərçivə təklif edib. Ancaq bu məhdud funksionallıq da son zamanlar qapadılıb. Trampın çoxtərəfli forumları beynəlxalq tədbirlərin koordinasiyası üçün vacib mexanizmlər deyil, əksinə, gücün proqnozlaşdırılması imkanı kimi şübhəyə almasından sonra.

Papua Yeni Qvineyada son Asiya-Sakit okean İqtisadi Əməkdaşlıq (APEC) zirvəsi buna misaldır. APEC-in 25 illik tarixində ilk dəfə sammit yekun bəyannamə ilə bitməyib. Çünki müzakirələrdə konkret siyasi təpkilər və ya koordinasiya yox, Çin-Amerika rəqabəti əsas mövzu olub.

Eyni şəkildə, bu ilin iyun ayında Kvebek şəhərində keçirilən G7 sammitində Tramp Kanada baş naziri Castin Trüdo ilə didişərək ABŞ-ın yekun bəyannamədən dəstəyini geri çəkib.

İndi G20 – güc teatrıdır. Zirvə toplantısında MBS-in şəkilləri, dünya liderləri ilə qarşılıqlı əlaqələri müzakirələri mətləbdən uzaqlaşdıracaq, onun davranışının beynəlxalq birlik tərəfindən qəbul edilməsinə və status-kvonun qaytarılmasına yol açacaq.

Zirvə Rusiyanın Kerç boğazındakı hərəkətlərinin birmənalı şəkildə qınaması olmadan sona çatarsa, Putinə əhəmiyyətli zəfər qazandıracaq: beynəlxalq birliyin Krımın ilhaqını tanıması.

Avropalı liderlər bəzi tənqidi fikirlər səsləndirsə belə, bu, ABŞ-ın dəstəkləməyəcəyi təqdirdə, bölünmələrin dərinləşməsinə səbəb ola bilər – Putin üçün təsəlli mükafatı (Bu baxımdan, Trampun məlum hadisəyə görə Putinlə planlaşdırılan görüşünü ləğv edə biləcəyi təklifi müsbət əlamətdir).

G20 zirvəsinin Ukraynaya qarşı təcavüzünü normallaşdırmaq üçün istifadə etmək ümidi Putinin bu anda Kerç boğazında naviqasiya azadlığı məsələsini həll edəcəkmi?

G20-nin dar, öz-özünə xidmət edən və qambitlər üçün platformaya çevrilməsi qlobal nizamın eybəcərliyidir. İslahat və beynəlxalq liderliyin yoxluğu G20-ni ətalətdə saxlayır. Sükan arxasında olanlar fotoşəkil çəkdirməklə məşğul olduqları müddətdə gəmi yerindən tərpənməyəcək.

G20 liderləri kameralar üçün təbəssümdən imtina etməli və xalı altındakı zibili süpürüb təmizləməlidir. Putini və MBS-i qınama birincilərin davranışını dəyişdirə bilməz. Amma ən azı düzgün və səhv əməllərin beynəlxalq birlik üçün hələ də məna daşıdığını bildirəcək.

G20 artıq fəaliyyət agenti və ya gündəm təyin edən deyil. Liderlərimiz ən azı qeyri-qanuni hərəkətləri qanuniləşdirməyə maneə törətməlidirlər.

Yuxarıda yeriniz yoxdur, aşağıda da oturmaq istəmirsiz, amma yeriniz məhz buradır.

 Tərcümə: Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə