XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

28 April 2015 - 05:47

Yazıçı Mehdi Hüseyni kim öldürüb? – Mirzə İbrahimovun 1965-ci ildə yazdığı məktub

1965-ci ilin mart ayı… Azərbaycanın xalq yazıçısı Mehdi Hüseyn qəflətən vəfat edir. Yazıçının bu vaxtsız ölümünə hərə bir don geyindirir. Hətta onun ölümündə qələm yoldaşlarından birinin adı hallandırılır. Ancaq “qatil” barəsində heç bir ölçü götürülmür. Söhbət gəzirdi ki, həmin “qatil”in oğlu faciəli şəkildə həlak olanda, guya, Mehdi Hüseynin həyat yoldaşı da həmin yazıçını təbrik edibmiş. Bu və ya başqa söz-söhbətlər sağlam düşüncəli insanları bezdirmişdi. Həmin “qatil”i də ilk dəfə “aşkarlayan” və aləmə car çəkən isə xalq şairi idi. Bu barədə Mərkəzi Komitə Yazıçılar İttifaqından izahat da tələb etmişdi. Lakin o dövrün ab-havası həqiqəti bildirməyə imkan vermirdi. Ona görə də şayiələr ayaq tutub yeriyirdi…

Xalq yazıçısı, akademik Mirzə İbrahimovun Moskvada yaşayan professor Əziz Şərifə və həyat yoldaşı Sara xanıma yazdığı məktubları ərəb qrafikasından latın əlifbasına keçirən zaman Mehdi Hüseyinin necə öldüyünü əks etdirən məktubuna rast gəldim. Bu məktubda Mirzə İbrahimov Mehdi Hüseynin ölümü anını da qələmə alıb. Mirzə İbrahimovun 1965-ci ildə yazdığı həmin məktubu Strateq.az-ın oxucularına təqdim edirəm. Bəribaşdan deyim ki, Mirzə İbrahimovun üslubuna toxunulmayıb, onun Əziz Şərifə müraciət forması da olduğu kimi saxlanılıb:

“Əziz dos­tum və qar­da­şım Əziz!

çox­dan­dır sə­nə mək­tub ya­za bil­mi­rəm. Hət­ta son mək­tu­bun hər gün sto­lu­mun üstündən mə­nə bax­dığı hal­da, ye­nə yaz­maq iq­ti­da­rım ol­mayıb. Sə­bəb odur ki, bir ay­dır heç şey ya­za bilmi­rəm. Ru­hi və­ziyyət, müxtə­lif sar­sın­tı­lar, qey­ri-müəyyən ov­qat, do­la­şıq fi­kir­lər bi­zi ta­ma­milə iş­dən ayı­rıb. Meh­di­nin ölümündən so­nra ba­şı­mız yüz işə qa­rış­dı. Bi­zi ma­sa­dan, qə­ləm­dən və kağız­dan uzaq sal­dı. Bu yan­dan da “Yax­şı adam”ın1 iş­lə­ri düz get­mir. Ap­re­lin 10-da pre­mye­ra ol­ma­lı idi, məşq­lə­rin şid­dət­li qı­zı­şan vaxtın­da re­jis­so­run gözü­nə qan sı­zıb, in­di bir gözü heç şey görmür, hə­kim­lər xəs­tə­xa­na­da yat­mağı tək­lif edir­lər, o da tərs­lik edir ki, yox işi­mi qur­ta­rım, sonra. İş də əv­vəl­ki ki­mi sə­mə­rə­li ol­mur, çünki tək göz­lə əsəbi və gə­rg­in ru­hi və­ziyyət­dədir. Nə et­mək olar. Gö­rək axı­rı nə olur.

Təş­ki­la­tı­mız­da isə qey­ri-müəyyən və­ziyyət da­vam et­mək­də­dir. Ye­nə müxtə­lif maraqlar, müxtə­lif ehtiraslar baş alıb ge­dir. Ki­mə rast gə­lir­sən, min bir şayiə ilə ba­şı­nı-qu­lağı­nı apa­rır. Ən ağlag­əl­məz və bi­ri-bi­ri­nə zidd söz­lər da­nı­şır­lar. Hər­dən fi­kir edi­rəm ki, “İsg­əndər­na­mə”ni, “Ham­let”i ya­zan mağa­ra­lar­dan çı­xıb bu günün şə­hər­lə­rini ti­kən, atom re­ak­to­ru­nu kəş­f e­dən, kosmik fə­za­da ye­ri­mə­yə baş­lay­an in­san fik­ri ba­taqlığa düşən­də, xır­da eh­ti­ras­lar ona ye­dək­çi­lik edən­də necə də ey­bəcər mey­l­lər ye­ti­şə bi­lər. Böyük amal, böyük məq­səd ol­may­an­da bə­şə­riyyət­ də, xal­q da, ba­laca bir gül­lə tə­tiyindən, yayın­dan qo­pan çarx ki­mi dığır­la­nıb ba­taq­lığa düşür, ən sa­də hə­qi­qət­lə­ri dərk et­mək qa­bi­liyyə­ti­ni iti­rir. Bi­zim təş­ki­la­tı­mız­da da, tə­əssüf ki, çox­la­rı be­lə vəziyyət­də­dir. Xır­da eqo­ist maraqlar on­la­rın gözünü lap bağlayıb. Elə bi­lir­lər ki, hər han­sı bir qəze­t, jur­nal, re­dak­siya, və­zi­fə sa­hi­bi və tən­qid­çi is­tə­di­yi ada­mı böyük ya­zı­çı edə bi­lər. Böyük sə­nət­ka­rı ye­tiş­di­rən, böyük, ağır, əzab­lı və ləz­zət­li əmək dey­il, is­te­dad de­yil, yüksək qay­ə­lər üçün, hə­qi­qət üçün ən ağır məh­ru­miyyət­lə­rə ha­zır olan ürək de­yil, guya təş­kil et­mək baca­rıq imiş, güclü məd­dah­lar to­p­la­ma qa­bi­liyyət imiş. Bu cür düşünən, bu­na ina­nan, tə­əssüf ki, bə­zən bu­nun mey­və­si­ni ye­mə­yə nail olan ca­hil­lə­rə nə edə­sən, on­la­rın bat­maz, tükən­məz ner­vi­si­nə qar­şı necə du­ra­san?! Məncə, bu­nun anc­aq bircə yo­lu var: bütün bun­lara rəh­mət­lik Cə­lil Məm­məd­quluza­də baş ya­ran, şə­beh çı­xa­ran, zənc­ir vu­ran müsəl­man dünya­sı­na ba­xan ki­mi bax­maq, acı-acı gülüb qə­lə­mə sa­rıl­maq, ara­sıkə­sil­məz ya­ra­dıcı­lıq əməy­i­nə qa­pıl­maq. Baş­qa cür et­sən, gə­rək xır­da­lar ki­mi xır­da­la­na­san.

O ki qal­dı Meh­di­nin ölümü­nə, Əziz dayı, bu ba­rə­də söy­lə­ni­lən müxtə­lif şa­iy­ə­lə­rin heç bi­ri­nə inan­ma. Ara­da e­lə sözlər gə­zir ki, rəh­mət­liy­in və­fa­tı­nı gözü ilə gö­rən mən özüm be­lə hey­rət edirəm. Əl­bət­tə, bu qey­ri-nor­mal və­ziyyət in­di ya­ran­ma­mış­dır. Bir günün, bir ayın məh­su­lu deyil, ta­rix uzun­dur. Bu və­ziyyət yal­nız Meh­di­nin de­yil, bi­zim ha­mı­mı­zın ürəy­i­mi­zi ağrı­dıb (mən in­sa­fən mə­su­liyyət duyğu­su­nu itir­miş beş-üç nə­fə­ri de­mi­rəm) ha­mı­mı­za əzab-əziyyət ve­rir. Bu bir da­ha sübut edir ki, xi­las anc­aq böyük məq­səd­lə­ri, böyük ide­al­la­rı hər bir iş­də mey­ar tutmaq, eqo­iz­min, xəs­tə, mur­dar eqo­iz­min kökünü kəs­mək­də­dir. Bu­nu edə bil­mə­sək, işi­miz şuluxdur. çünki xır­da­vat­çı­nın gözü uzağı gö­rə bil­məz. Xir­da­vat­çı­nın dos­tu ol­maz. Xır­da­vat­çı&s
hy;lar bi­ri-bi­ri­nə nif­rət edər­lər. Xır­da­vat­çı bir iynə üstündə göz çı­xa­rar.

Meh­di­nin ölümü ərə­fə­sin­də baş ve­rən ha­di­sə­lər də gö­stə­rir ki, böyük məq­səd­lər unudulanda in­san (xüsu­sən ya­zı­çı) xır­da­vat­çıya çev­ri­lir. Ən ba­laca mə­sə­lə, ma­hiyyə­ti bir qə­piyə dəyməyən mə­sə­lə bi­ri-bi­ri­nin həy­a­tın, zə­hər­lə­mək vəzifə­si­nə çev­ri­lir. Mart ayı­nın 10-da rəy­a­sət hey­ə­tin­də müba­hi­səyə sə­bəb olan mə­sə­lə­lər, baş­qa nor­mal bir müna­qi­şə də çox asan­lıq­la həll olu­na bi­lər­di. Əl­bət­tə, mən Meh­di­nin ölümünün sə­bəb­lə­ri ki­mi hə­min müba­hi­sə­ləri ax­ta­rmı­ram və bu, qə­tiyyən doğru de­gil. çünki bi­zim on­dan qat-qat şid­dət­li müba­hi­sə­lə­ri­miz olub ki, o gü­nki müba­hi­sə on­la­rın ya­nın­da adi bir uşaq dey­iş­mə­si­nə bə­ra­bər­dir. La­kin o müba­hi­sə də ol­maya bi­lər­di. çünki ona heç bir əsas yox idi. La­kin ya­ran­mış şə­ra­it­də hər an, hər də­qi­qə ən xır­da və əhə­miyyət­siz şey üstündə müba­hi­sə qo­pa bi­lər­di. Bu­nu hiss edən Meh­di hə­lə bir həf­tə qa­baq mən­dən İt­ti­fa­qa tez-tez gəl­mə­yi xa­hiş et­miş­di. «Heç ol­ma­sa, rəy­a­sət hey­ət­lə­ri­nin iclas­la­rı­na gəl, sən olan­da bir az sa­kit­lə­şi­rik» -, dey­ib ya­rı za­ra­fat­la güldürmüşdü. Mən gündüzlər yaz­mağa adət etdiyim­dən sa­at 2-dən, 3-dən tez ev­dən çıx­mı­ram. Mar­tın 10-da rəy­a­sət hey­ə­ti sa­at 2-yə təy­in olun­muş­du. Mən Nə­ri­ma­nov haq­qın­da po­vest üzə­rin­də iş­ləy­ir­dim. İşim də yax­şı ge­dir­di. Odur ki, tə­rəddüd için­də idim. İşi­mi ya­rı­da kə­sib icla­sa get­mək is­tə­mir­dim. La­kin Mehdi­nin xa­hi­şi­ni xa­tır­layıb get­dim. 10-15 də­qi­qə gecik­miş­dim. Mən içə­ri gi­rən­də rəy­a­sət hey­ə­ti­nin icla­sı başlamış­dı. Doğru­su, içə­ri gi­rən ki­mi Meh­di­nin üzündə böyük bir yorğ­un­luq gördüm. Rə­ngi qaral­mış­dı. Ord­la­rı ba­tıq idi, göz­lə­ri çu­xu­ra düşmüşdü və yorğ­un idi (so­nra­dan eşit­dim ki, o gecə pis və gec ya­tıb, sə­hər­dən, sa­at 11-dən ka­tib­liy­in icla­sı­nı çağı­rıb, üç ka­tib nə ba­rə­də isə üç sa­at müşa­vi­rə edib­lər, heç kə­si içə­riyə bu­rax­mayıb­lar). Mən ke­çib otu­ran­da İlyas Əfən­diy­ev da­nı­şır­dı. Qu­lağı­ma de­di­lər ki, bi­zim qu­rul­tayın mə­sə­lə­si­ni müza­ki­rə edir­lər:

1) qu­rul­tayı nə vaxt çağır­maq, yaz­da, ya­xud yay­da ; payız­da ol­sa – oktyab­rda, yox­sa dekabrda;

2) qu­rul­tay­da bircə mə­ru­zə ol­sun, yox­sa bir-ne­çə mə­ru­zə,

3) qu­rul­tay­da bütün üzvlər nümay­ən­də ki­mi iş­ti­rak et­sin­lər, yox­sa ay­rıca nümay­ən­də­lər se­çil­sin.

Müba­hi­səyə sə­bəb olan şey­lər də bun­lar idi. Əl­bət­tə bu və ya dig­ər tək­li­fə tə­rəf­dar çı­xan­lar müxtə­lif məq­səd­lər güdürdü­lər. La­kin rəy­a­sət hey­ə­ti­nin bir sı­ra üzvlə­ri bu məq­səd­lər­dən uzaq ol­duqda işin xey­ri­ni gü­dd­üyü, qu­rul­tayın yüksək sə­viyyə­də keç­mə­sini is­tə­di­yi üçün müba­hi­sə və atış­ma­la­rı­nın qı­zış­ma­sı­na yol ve­ril­mə­di. Bütün mə­sə­lə­lər ba­rə­də nis­bə­tən doğru və məq­bul qə­rar­lar çı­xa­rıl­dı. Təq­ri­bən sa­at dördün yar­sın­da o bi­ri mə­sə­ləyə keç­dik (“Boz atın be­lin­də”2 ad­lı ki­ta­bın müza­ki­rə­si) bu­ra­da da Məm­məd Cə­fər Cə­fə­rov3 mə­ru­zə­çi idi. Mehdi ona söz ver­di. özü də sa­kitcə dir­sək­lə­nib qu­laq as­mağa baş­la­dı. Beş də­qi­qə keç­miş Kübra4 xa­nım həy­əcan­la ay­ağa qal­xdı. Mən o tə­rə­fə bax­dım. Yol­daş­lar bi­ri-bi­ri­nə də­ydi­lər. Meh­di­nin ba­şı sto­lun üstünə düşmüşdü, son də­rəcə ağır nə­fəs alır­dı. San­ki boğu­lur­du. Rə­ngi qa­ra­lıb-göy­ər­miş­di, göz­lə­ri hə­də­qə­sin­dən çı­xıb iri­ləş­miş­di. Tez ya­xa­sı­nı aç­dıq. Su gə­tir­dik, « va­lo­kar­din» ver­dik. La­kin bir qur­tum da boğazından keç­mə­di. O, bir kəl­mə də da­nı­şa bil­məy­ib boğu­lur­du. Bütün bu pro­ses beş də­qi­qə çək­mə­di. Ar­tıq son nə­fəsi boğa­zın­dan çıx­mış və o ra­hatca ölmüşdü. Bütün dəh­şət bun­dan so­nra baş­la­dı. Biz Mər­kə­zi Ko­mi­təyə xə­bər ver­dik, ai­lə­si­nə necə bil­dir­mək ba­rə­də məs­lə­hət­ləş­mə­yə baş­la­dıq. ümu­mən, çaş­qın­lıq için­də qal­mış­dıq. Elə bu və­ziyyət­də də Nə­bi Xəz­ri qış­qır­mağa, hay-küy sal­mağa baş­la­dı: “öldürdü­lər, günün gü­nor­ta çağı, gözümüzün qa­bağın­da öldürdü­lər, Süley­man Rə­hi­mov, Süley­man Rüstəm, Məm­məd Ra­him onu öldürdü­lər!”– dey­ib bağı­rır, ha­man yol­daş­la­ra hücum çə­kir, sö­yürdü.

İm­ran5 və bə­zi baş­qa yol­daş­lar da ona qo­şu­lan­da doğru­su əsə­bi­lik­dən mə­nim ürəyim bu­na döz­mə­di, o bi­ri otağa keç­dim. çünki Nə­bi­ ki­mi­sini sa­kit et­mək mümkün de­yil­di. Xüsu­sən, bir az da otaqlar adam­la do­lur, san­ki, bu da və­ziyyə­ti da­ha da gə­rg­in­ləş­di­rir­di. Bütün bun­la­rı ona gö­rə ya­
zı­ram ki, nə qə­dər ağır və­ziyyət ya­ran­dığı­nı tə­səvvür edə­sən və ça­lı­şa­san ki, yol­daş­la­rı gö­rən­də əda­vət duyğu­la­rı­nı ya­tı­ran söz­lər ta­pa­san. Hə­lə bu gü­nə ki­mi təş­ki­la­tın və­ziyyə­ti qey­ri-müsbət­dir. Ye­nə ko­mis­siy­on, ye­nə onu-bu­nu çağır­ma, ye­nə söz-sov… Axı­rı ha­vaxt ça­tacaq, bi­lən yox­dur. Bütün bun­lar mə­ni yo­rub və nif­rət edi­rəm. Odur ki, mümkün qə­dər uzaq ol­mağa ça­lı­şı­ram.

Əlimdə « Nə­ri­ma­nov », « Füzu­li» po­ve­st­lə­ri, rea­lizm əsə­ri, ro­man ya­rım­çı­qdır, yaz­maq üçün ürəy­im do­lu­dur. Stolu­ma bağlan­ma­qday­am.

Əziz dayı!

ça­lış ap­re­lin 15-də bu­ra gəl. Ap­re­lin 17-də sə­nin gecə­ni ke­çir­mək is­təy­i­rik. O gün qəzetlər­də də mə­qa­lə­lər olacaq. Bu ba­rə­də də Ab­bas6 sə­nə mə­lu­mat ya­zıb. Odur ki, mən tə­krar et­mi­rəm. Te­le­vi­zor pro­qra­mı üçün çox sağ ol. İn­di Mir­zə Fə­tə­li müka­fat­ları ko­mis­siyası da xey­li vax­tı­mı alır ( Arif7 xəs­tə­dir, mən əvəz edi­rəm) La­kin bu şə­rəf­li iş­dir, özü də 15-20 gü­nə qurtaracağıq.

Ai­lə­də ha­mı sa­la­mat­dır. Oq­tay ba­la ya­man dil açır. Ba­ba­sı­nı da ki, köh­nə­ki ki­mi ha­mı­dan çox is­təy­ir. Sizin­ki­lər necə­dir? Ma­riya Ar­ka­diy­ev­naya, Güllü ba­laya və bacıoğlu­na sa­lam söy­lə. Əli­ni sı­xı­ram.

1M.İbrahimovun pyesi

2Cəlal Bərgüşadın əsəri

3Məmməd Cəfər (1909- 1992) tənqidçi, ədəbiyyatşünas

4AYB-ndə katibə

5Xalq yazıçısı İmran Qasımov(1900-1983)

6 Akademiyanın müxbir üzvü Abbas Zamanov

7Akademik Məmməd Arif Dadaşzadə

­nin Mir­zə İb­ra­hi­movun

5.IV.65. Ba­kı “

Aslan Kənan

Strateq.az