XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

10 Dekabr 2018 - 17:05

Parlament seçkiləri Paşinyanı “inqilab çəngəlinə” taxdı:“Dövləti qurmaq onu dağıtmaqdan çətindir” – Təhlil

Stanislav Tarasov

regnum.ru, 10.12.2018

 

Ermənistanda erkən parlament seçkiləri olub. Onun son nəticələri hələlik məlum deyil. Hesablamaların yekunundan görünür ki, Ermənistanın indiki lideri Nikol Paşinyanın başçılıq etdiyi “Mənim addımım” bloku səslərin çoxunu alıb. Paşinyan özünün seçkiqabağı qərargahındakı mətbuat konfransında çıxış edərək seçkiləri sanki zarafatla “darıxdırıcı” adlandıraraq əlavə edib: “Artıq indi alışmaq olar ki, bütün seçkiləri coşqun hadisə adlandırmırlar”.

Baxaq. Amma öncə rəqəmlər barədə. Ermənistan MSK başçısı Tiqran Mukuçyan xəbər verib ki, səs hüququ olan vətəndaşların 48,63%-i səsverməyə qatılıb. Yəni 2 milyon 592 min seçicidən 1 milyon 260 min 479 vətəndaş səs verib. Fəallıq 2017-ci ilin aprelindəki ötən parlament seçkilərində 60,84% olub. Amma gəlişin xeyli azaldığına baxmayaraq, siyasi gücü parlamentdəki mandatların böyük çoxluğunu əldə edən və hökuməti formalaşdıran, yeni Konstitusuyaya görə dövlətin faktiki başçısı olan baş nazir vəzifəsini götürən qalib müəyyən olunub. Paşinyan icra hakimiyyətinə başçılıq etmək və qanunvericilik hakimiyyəti tərəfindən öz təşəbbüslərinə tam dəstəyi təmin etmək vəzifəsinə nail olub. Eyni zamanda o və tərəfdarları siyasi opponentlərə hər necə yanaşır-yanaşsın, onlar da indiki seçkilərin “məxməri inqilab”ın ümumxalq konsensusuna çevrilmədiyini bildirərkən haqlıdırlar.

Ermənistan vətəndaşlarının 51%-i nə lehinə, nə də əleyhinə mövqeyi tutub. Amma seçkilərə qatılmaqdan imtina faktının özü onları  potensialca ayağıyla səs verən “etiraz elektoratı” deyilənə aid edir. Nəticədə parlament çoxluğunun xalqda mütləq dəstəyə malik olmadığı “inqilabi durum” biçimlənir. 1918-ci ilin  yanvarında Müəssislər məclisinə seçkilərdə çoxluq əldə etməyən bolşeviklər 1917-cin ilin oktyabrında Petroqradda hakimiyyətə gələrkən bir zaman belə “çəngəl” qarşısında qalıblar. Partiyanın və Lenin rejiminin sonrakı siyasi təkamülü yaxşı məlumdur. “Mənim addımım” bloku bu yolu bir də gedəcəkmi? Axı o da o çağın bolşevikləri kimi tarixlə haqq-hsab çəkməyi hələlik özünün əsas siyasi resursu sayır. General Yuri Xaçaturovun, Ermənistanın ikinci prezidenti Robert Koçaryanın, üçüncü prezident Serj Sərkisyanın qohumlarının işlərini yada salmaq bəs edir…

Hətta Amerikanın Ermənistandakı “inqilabi dəyişikliklərə” rəğbət göstərən “The National Interest” nəşri də Paşinyana xəbərdarlıq edir ki, “kütlə hakimiyyətinə doğru təhlükəli addım ata və siyasi müxalifəti məhv edə bilər”.

Nəşr respublikada Milli təhlükəsizlik xidməti və Xüsusi kəşfiyyat xidməti  strukturlarının gücləndiyi faktını qeydə alır. Yeni hökumət və parlament praktik olaraq böyük şəhərlərin hamısında gəlişin bərbadlığıyla bağlı işi olacaq. Paşinyann yüz minləri mitinqə topladığı ölkə paytaxtında seçki məntəqələrinin  bağlandığı ana doğru seçicilərin yalnız 47,6%-i (404 599), Ermənistanın ikinci şəhəri Gümridə 39,22%-i (48 817), üçüncü şəhəri Vanadzorda  46,66%-i (44 949) gəlib. Bax, Paşinyan və silahdaşları belə bir şəraitdə xalqın, ölkənin, dövlətin taleyi uğrunda tam siyasi məsuliyyəti öz üzərlərinə götürürlər. Onlar indi təkcə sökmək deyil, həm də idarə etmək və möhkəmləndirmək bacarığı sərgiləməlidirlər.

Bir erməni politoloqunun bununla bağlı ifadə etdiyi kimi, “ağır, küt və sistemli iş dönəmi başlanır”. Problem hələ həm də bundadır ki, Paşinyan indiyədək öz daxili və xarici siyasətinin cizgilərini yalnız deklarativcəsinə göstərib. Balaca respublika Ermənistan son dərəcə dayanıqsız geopolitik durumdadır. Cənubi Qafqazda hər şey o qədər çəlpəşikdir ki, münasibətlərin şaxələndirilməsi, təhlükəsizlik sahəsində yeni tərəfdaşlar tapmaq haqda kağızda yazmaq, bir də mitinqlərdə danışmaq çox asandır. Konkret İrəvan haqqında – Moskva ilə münasibətlər formatını görünən “şaquli müstəvidən üfüqi müstəviyə keçirmək”, eyni zamanda üçüncü tərəfə boylanmadan “Gürcüstan və İranla münasibət saxlamaq üçün Qərblə, Asiya – Hindistan, Çin, Yaponiya” ilə münasibətləri “strateji tərəfdaşlıq səviyyəsində qurmaq”, xarici yatırımların cəlbi haqda fikir yürütmək. Ya da “Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə danışıqlar prosesi kontekstindəki” hansısa dəyişiklikləri bəyan etmək.

Məşhur alman politolqu Aleksandr Rarın hesab etdiyi kimi, Paşinyan “Avropa Birliyi ilə əməkdaşlığı fəallaşdırmaq yoluyla Qərblə yaxınlaşmada yeni forma yaratmaq imkanları axtarsa” da, onun  sələfləri də beləcə bir siyasət elan etmişdilər. Bununla yanaşı, “Mənim addımım”ın lideri Rusiya kartını belə, ya elə oynamağa çalışır. Əlbəttə, ona bu icazəni versələr. Axı qərbdə Türkiyə və cənubda İranla həmsərhəd olan, Rusiyadan yalnız Gürcüstanın ayırdığı Ermənsitan qabaqkı kimi geopolitik burulğanlıq zonasında yerləşir. O, yüzilliklər boyu rəqabət aparan imperiyaların kəsişməsində yerləşməklə zaman-zaman öz dövlətçiliyini itirərək bir qayda olaraq uduzub. Bu dəfə necə olacaq?

Tərcümə Strateq.az-ındır.