XƏBƏR LENTİ

28 Oktyabr 2020

Digər Xəbərlər

11 Dekabr 2018 - 12:28

BU GÜN DÜNYADA BAŞ VERƏNLƏR SİVİLİZASİYALARIN TOQQUŞMASIDIRMI? – Samuel Hantinqtonun "bəsirətlər"ində doğru və yanlışlar

Peter Oborn

“Middle East Eye”

 

Demək olar ki, 25 il əvvəl “Foreign Affairs” jurnalında müasir dövrün ən nüfuzlu akademik tədqiqatı – Samuel Hantinqtonun “Sivilizasiyaların toqquşması” nəşr olunub. Bu məqalə dünya nizamını yaratmağa və müharibəyə başlamağa kömək edib.

Amma 25 il sonra o necə oxunur?

Akademik olaraq dəyərsiz – əxlaqi iyrənclik və intellektual fəlakət!

Hantinqtonun inamla ifadə etdiyi tezisi xatırladaq:

“Gümanıma görə, Yeni Dünyada baş verən münaqişənin əsas mənbəyi, ilk növbədə, ideoloji və ya əsasən, iqtisadi deyil, bəşəriyyət arasında böyük bölünmələr və münaqişənin başlıca mənbəyi mədəniyyətlər olacaq. Millət-dövlətlər dünya məsələləri üzrə ən güclü aktyor olaraq qalacaq. Qlobal siyasətin başlıca münaqişələri xalqlar və müxtəlif mədəni qruplar arasında baş verəcək, sivilizasiyaların toqquşması qlobal siyasətdə üstünlük təşkil edəcək, sivilizasiyalar arasındakı qırılma xətti isə gələcəyin hərbi təmas xətti olacaq”.

 

İslam və Qərb

Hantinqton nəzəriyyəsinin ən təsirli hissəsi İslama aiddir. O, Sovet Rusiyası ilə Qərb arasında baş verən Soyuq müharibənin sona çatmasından sonra yeni mübarizənin iki uzlaşmaz düşmən: İslam və Qərb arasında əvəz olunacağı fikrini müdafiə edib.

Hantinqton ideoloji deyil, eyniyyətin müasir siyasətin təməlinə qoyulması iddiasındadır. “Sən kimsən?” – deyə soruşur. “Bildiyimiz kimi, Bosniyadan Qafqaza və Sudana qədər, bu suala düzgün cavab verməmək başın güllə ilə dəlinməsi deməkdir”.

Daha sonra Hantiqton əlavə edir: “İslamın qanlı sərhədləri var”. 

“Sivilizasiyaların toqquşması” məqaləsinin müəllifi hələ 1990-cı ildə bu ifadəni kəşf etmiş məşhur şərqşünas-tarixçi Bernard Lüisin əsərinə diqqət yetirir:

“Biz bir rejim və bir problemlə qarşı-qarşıyayıq, o, problemlər və siyasət, habelə onların arxasınca gedən hökumətlərlə müşküllərin səviyyəsini yüksəldir. Bu, sivilizasiyaların toqquşmasıdır, bəlkə də irrasionaldır, amma bizim yəhudi-xristian sivilizasiyamıza qədim rəqibin tarixi təpkisidir; dünyəvi təqdim və hər ikisinin qlobal miqyasda genişlənməsinin mirası…”

Hantinqton kimi, Lüis də partizan idi. İran inqilabından və Tehran küçələrində qəzəbli nümayişlərdən sonra (şahın qanlı repressiyasına uzun zaman ABŞ-ın dəstəyi nəzərə alınaraq əsassız deyildi), Lüisin reduksionizmi – həyasızlıq idi. Onun sözlərinə görə, 1,5 milyard müsəlman eyni şəkildə düşünür və Qərbə düşmənçilik istisna olmaqla, düşünmək üçün başqa heç nələri yoxdur.

 

9/11-in rolu

Beləliklə, Hantinqton və Lüisin proqnozları doğruldumu?

Müsəlmanlar Qərblə müharibədə, bu iki Amerika müdrikinin dediyi kimi, kollektiv şəkildə savaşırlarmı?

Yalnız Hantinqton deyil, bir çoxlarının inandığı tək, sivilizasiyaların toqquşması varmı?

Şübhəsiz, “əl-Qaidə”nin ABŞ-a şiddətli hücumu həyata keçirməsi, yəni 9/11 hadisələri Hantinqtonun təhqiramiz analizi üçün böyük etibarlılıq yaradıb. Sonrakı illərdə müsəlman ölkələrə Qərb hücumlarının dalğası, London, Pariə və digər Qərb şəhərlərinə dağıdıcı terror hücumları ilə birlikdə, onu gücləndirib.

İndi tanınmış siyasətçilər, o cümlədən ABŞ prezidenti Donald Tramp, İsrail baş naziri Binyamin Netanyahu, İngiltərə baş naziri Tereza Mey və s. sivilizasiyaların toqquşması tonunda danışırlar.

Haninqtonun tezisi inkişaf edən nəşriyyat sənayesini ilhamlandırıb; saysız-hesabsız kitab islamçılığa qarşı nəzərdə tutulan müharibədə hamını silahlanmağa çağırır.

Celsius 7/7”-də nazir Maykl Qov yazır:“(Ekstremistlərin) cəlb etdiyi müharibə çağımızın münaqişəsidir, bu, liberal dəyərlər və dirçələn totalitarizmin mübarizəsidir”.

Duqlas Murrey “Avropanın Qəribə Ölümü: İmmiqrasiya, Eynilik, İslam” bestsellerində xristian Avropanın müsəlman miqrantların dalğaları altında boğulub batdığını təsvir edir.

11 sentyabr hadisələri Hantinqtonun bəsirətini “doğrultsa da”, əslində, bu baş verməyib. Əsl toqquşma ABŞ və İslam deyil, “əl-Qaidə” və ya İŞİD arasındadır.

 

İŞİD və “əl-Qaidə” saçaqları

Biz dünyanın 50 müsəlman ölkəsinin ABŞ-a müharibə elan etdiyini və İslam koalisiyasının formalaşmasını görmədik. 2017-ci ildə koalisiya ortaya çıxdıqda isə ona Səudiyyə rəhbərlik edir və ABŞ tərəfindən maliyyələşdirilirdi.

Bu gün terror hadisələrinin şiddətli və geniş olmasından asılı olmayaraq, bir çox ölkədə İŞİD və “əl-Qaidə” adı ilə aktiv fəaliyyət göstərən bu qruplar İslamın kənarında qalır. Böyük İslam qüvvələri beynəlxalq əlaqələrdə realizmi təqib edir. İslam Əməkdaşlıq Təşkilatı isə sadəcə mənasız ritorik forumdur.

Səudiyyə rejimi İslamın ən pis fundamentalist yozumunu qəbul etsə də, Amerikanın bölgədəki ən sadiq müttəfiqi olaraq qalır. Əsas düşmənləri isə Türkiyə, İran və Qətər kimi digər İslam ölkələridir.

Türkiyə Rusiya ilə ABŞ arasında get-gəl edir, halbuki silahlı qüvvələri NATO-nun ikinci ən böyük qüvvəsidir.

İslami şüarlarına baxmayaraq, İranın siyasəti millətçidir.

ABŞ-la qarşıdurması artmaqda olsa da, İranın ən böyük mübarizəsi bu gün geosiyasidir (yəni Səudiyyə Ərəbistanına qarşıdır), Avropa (yəni Qərbin digər yarısı) Tehranla münasibətləri yaxşılaşdırmaq istəyindədir.

 

Dini siyasət

Ərəb Dünyasındakı bir çox etibarlı analitikləri deyir ki, İraqı işğal və bütün dövlət təsisatlarını məhv etdikdən sonra İŞİD kimi terror qruplarının mövcud olmasına şəraitin yaradılmasında təqsirkar ABŞ-dır.

Hər şeydən əvvəl, Hantinqton müharibədə dinin həlledici amil olduğunu iddia etməkdə yanılıb. Din siyasətdə, əlbəttə, bir vasitə olaraq istifadə edilir, lakin bu, nəticə deyil.

Hantinqton iddia edirdi ki, sivil dünya “radikal İslam”la mübarizə aparır, Qərbin hərbi sənaye kompleksi kommunizmi əvəz edən qlobal, sistemli, çoxmillətli bir düşmənlə təmin edilib.

Suriyada Hantinqtonun tezisi çöküb. Yeddi ildən artıq davam edən münaqişə zamanı ortaya çıxan ittifaqlar sivilizasiya modelinə qarşı çıxıb, geosiyasi və iqtisadi maraqların üstünlüyünü vurğulayıb.

Qərb (ABŞ və Avropa) Suriya hökumətinə, dünyəvi bir rejimə qarşı islamçı qüvvələrin koalisiyasını qurub. ABŞ, Böyük Britaniya və Fransa birbaşa islamçı hesab edilən qruplara silah göndərib, İŞİD və “əl-Qaidə” də daxil olmaqla, radikal qrupları açıq-aydın silahlandırdıqlarını müttəfiqlərindən gizlətməyiblər.

ABŞ-ın sabiq vitse-prezidenti Co Bayden bu vəziyyəti 2014-cü ildə Harvard Universitetində etdiyi bir çıxışında belə izah edib: “Suriyadakı müttəfiqlərimiz bölgədəki ən böyük problemimiz idi… Onlar nə etdilər? Əslində, sünni-şiə proksi müharibəsində nə etdilər? Əsədlə döyüşən hər kəsə yüz milyonlarla dollar pul və on milyon ton silah verilib. Amma bunlar “əl-Nusra”, “əl-Qaidə” və dünyanın digər yerlərindən gələn digər cihadçı-ekstremist elementlər idi”.

 

Təbliğat

 Suriyanın cənubunda, Colan Təpələrində İsrailin Suriya üsyançılarını dəstəklədiyi və bu üsyançıların islamçı, “əl-Nusra Cəbhəsi”, “əl-Qaidə”çi olduğu sirr deyil.

ABŞ, eyni zamanda, müsəlman, dünyəvi qrup olan kürdlərlə sıx əməkdaşlıq edir. Birləşmiş Ştatların Suriya siyasəti Səudiyyə Ərəbistanı, İordaniya və Misiri əhatə edir və Türkiyə ilə kürdlərin münaqişəsini doğurur.

Buna görə də, Suriyadakı münaqişə sivilizasiyaların toqquşması deyil. Əslində, sünni müsəlmanlar İŞİD-in əsas hədəfidir, çünki onlar yenidən doğulmuş “xilafət”in səflərinə qoşulmadılar.

Bütün təbliğata baxmayaraq, İŞİD hələ də həmsərhəd qrupu olaraq.

Unutmamalıyıq ki, bu gün dünyada 1,5 milyarddan çox müsəlman var, onların əksəriyyəti normal həyat sürür.

Handinqton tərəfdarları isə Suriya müharibəsinin İslam mədəniyyəti daxilində inteqrasiya müharibəsi olduğunu iddia edirlər. Bu analiz doğru deyil.

Bəli, İslam dünyası 1924-cü ildə Xilafətin rəsmi sonundan bəri özünü yenidən tanımaq üçün mübarizə aparır, ancaq Suriyada baş verən qarşıdurma, əsasən, maraqlar toqquşmasıdır.

 

Üstünlük uğrunda mübarizə

Tehran Suriyada və Yəməndə şiə milisləri, eyni zamanda, Qəzzada sünni “HƏMAS” və “İslami Cihad”ı dəstəkləyir.

İran şiə dövləti olsa da, İraqdakı şiə liderləri, məsələn Müqtəda Sədr İranın nüfuzuna qarşı mübarizə aparmaq üçün səudilərlə yaxından əməkdaşlıq edir.

Vəhhabi Səudiyyə Ərəbistanı İraq şiələrinin liderlərini qəbul etmək və 1970-80-ci illərdə Livandakı vətəndaş müharibəsində minlərlə müsəlmanı qətlə yetirən sağçı xristian qrupunu dəstəkləməkdə heç bir maneə görmür.

Səudiyyə-İran münaqişəsi intra-sivilizasiya deyil, regionda dominantlıq uğrunda geosiyasi mübarizədir.

Prezident Rəcəb Tayyib Ərdoğanın alovlu ritorikasına baxmayaraq, Türkiyənin siyasətinə dair də eyni fikir söyləmək mümkündür. Ankara Səudiyyə Ərəbistanı və Misir – əsas sünni güclərlə qarşı-qarşıya gəlir və İranla yaxından əməkdaşlıq edir.

Türkiyə NATO-nun ayrılmaz hissəsidir və Qərbə qoşulmaq üçün səyini tərk etmir.

Sözügedən ittifaqlar və münaqişələr Handinqtonun sivilizasiyaların toqquşması modelində paradoksal görünür, lakin real siyasət baxımından tamamilə səmərəlidir.

“Sivilizasiyaların toqquşması”nın nəşrindən 25 il keçəndən sonra Handinqtonun tezisinin izahedici gücü hələ də şübhə doğurur. Onun “peyğəmbərliyi” 11 sentyabr hadisələri ilə müəyyən  dərəcədə təsdiqlənmiş olsa da, beynəlxalq əlaqələrlə asanlıqla təkzib edilə bilər.

Tərcümə: Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə