XƏBƏR LENTİ

20 Oktyabr 2020

Digər Xəbərlər

12 Dekabr 2018 - 17:41

İRANLILARIN SONSUZ QƏZƏB VƏ HƏSƏD MƏNBƏYİ:vəzifəlilərin zəngin və harın övladları qonşu ölkədə də kütləvi nifrət yaradıb

Ruhullah Fəqihi

“Middle East Eye”

 

Yaxtalarda ziyafətlər. “Lamborghini” maşını. Beşulduzlu restoranlarda yemək.

Bu, iranlıların son illərdə “Tehranın Zəngin Uşaqları” kimi hesablar və digər qrupların səhifələrində rast gəldiyi səhnələrdir və “Instagram”-məşhurlar on minlərlə ardıcıl qazanıblar. Qərbə heyran qalanlar üçün onlar ictimai medianın daimi gündəmidir.

Bu ünlülərdən biri – sabiq İran səfirinin oğlu – izləyicilərinə onun ilginc şəkillərinə baxmaq yerinə, pul qazanmaq üçün bir yol tapmağı tövsiyə edib. Saşa Sübhani yazıb: “Məni haçana qədər qısqanmaq istəyirsən? Əgər pul qazana bilmirsənsə, öl!” Post sonradan səhifədən silinib, lakin YouTube-da qalıb.

İndi yenilənmiş ABŞ sanksiyaları qüvvəyə mindikdə, İran əhalisinin yüzdə birini əhatə edən zəngin cavanları həzm etmək 33 yaşlı Rza Deraxşani kimi gənclər üçün daha çətindir.

Saşa Sübhani və ya atalarının hesabına varlanmış digər uşaqları görəndə, qəzəblənirəm, – deyə doktorluq dissertantı Deraxşani bildirib. – Nə üçün ölkədə bu cür ayrı-seçkilik olmalıdır?”

“Mən sevdiyim qızla evlənmək istəyirəm, amma toy edə və sonra bir ev icarəyə götürə bilməyəcəyəm”.

Bir çox iranlılar üçün gündəlik həyat – mübarizədir. Əsas malların qiyməti bu ilin əvvəlində rialın dəyəri üçdə iki faiz endikdən sonra artıb. Bəzi məhsulları, həyati əhəmiyyətli dərmanlar da daxil olmaqla, tapmaq qeyri-mümkündür.

İşsizlik geniş yayılıb, zavodun işçiləri Tehran ətrafında təxminən həftəlik etirazlardan sonra məvacibini almadan işdən çıxarılıb.

Bu, “yaxşı genlilər” və ya ağazadələr – imtiyaz sahib olan gənclərlə bağlı narazılıqlar doğurub.

Tehranlı sosioloq Əmənullah Qarayi Müqəddəm məhz sosial pərişanlığın son etiraz aksiyalarının səbəbi olduğunu söyləyib. “”Yaxşı genlilər” sıravi insanları ölüvay sayır, amma onların zənginliklərinin mənşəyi qeyri-şəffafdır. Hökumətin yerində olsaydım, bu adamları həbs edərdim”.

 

ks həyat

“Ağazadə” termini ilk dəfə 1990-cı illərdə İranda bir neçə korrupsiyaçı məmur uşağının azğın davranışlarına dair söz-söhbətdən sonra yaranıb.

Daha sonra, 2017-ci ildə, “jene xub” termini peyda olub. Tanınmış bir islahatçı siyasətçinin oğlu biznesdəki uğurunu “yaxşı genlər”inin nəticəsi olduğunu söyləyərək, eyni növ, nepotizm (qohumbazlıq, krvəlik) üçün uyğun istilahı ortaya çıxarıb.

Siyasətçi Arifin “jene xub” haqqında şərhləri ictimai mediada iranlıların qəzəbini coşdurub.

Ancaq reformist vəzifəlilər yeganə hədəflər deyil. İlyas Qalibaf – üç dəfə prezidentliyə namizəd olmuş mühafizəkarın oğlu, sərvət mənbəyi ictimaiyyət üçün şübhəli olan şəxslərdən biridir.

İranda “Instagram” da daxil olmaqla, sosial şəbəkələr məhdudlaşdırılarkən, səlahiyyətlilərin imtiyazlı övladları və qızlarının səhifələrini tapmaq çətin sayılmır.

Sabiq səfirin oğlu Sübhani (əsl adı Məhəmməd Rzadır) 31 yaşında bahalı avtomobillərdə, yaxtalarda vaxt keçirməklə və smokinq məclisləri qurmaqla sıravi iranlılar arasında ən nifrətamiz şəxsə çevrilib.

İranın xaricində yaşayan Saşanın necə pul qazandığı məlum deyil. Atası Venesuelaya gəldikdən sonra ağazadə sabiq prezident Uqo Çavesin oğlu da daxil olmaqla, yaxşı dostlar qazandığını söyləyir. “Bunlar hamısı mənim fərasətimdir və atamın səfir vəzifəsi ilə heç bir əlaqəsi yoxdur”.

Bu il əvvəl Sübhaninin atası açıq şəkildə ondan imtina edib. “Məhəmməd Rza mənim uşağımdır. Amma həyat tərzi və inancları baxımından məndən fərqlənir, onu doğru yola yönəltmə cəhdlərimin hamısı uğursuz olub”, – deyə Əhməd Sübhani “Fars” Xəbər Agentliyinə bildirib.

İctimaiyyətin diqqətini cəlb edən “yaxşı genlilər”in daha bir nümunəsi İranın Danimarkadakı səfirinin oğlu və gəlinidir. Əmir Möhsün Muradian və arvadı Anaşid Hüseyninin lüks nikah mərasimlərinin şəkilləri iyul ayında “Instagram”a sızdırılandan tənqid atəşinə bələnib.

Onların toyu Həsən Ruhani hökumətini ləkələmək istəyən mühafizəkarlara fürsət verib.

İctimaiyyət isə bu cür həyat tərzinə görə cütlüyü topa tutub.

 

Qəzəbi kükrətmək

Saşa Sübhani və digər uşaqların internetdə paylaşdığı görüntülər iranlıları o qədər qəzəbləndirir ki, özlərini hüquqları pozulmuş hiss edirlər.

Lalə Qəvvam üç il bundan öncə tanınmış bir İran universitetini bitirərək yüksək dərəcəli hüquqşünas olub. İndi özəl şirkətdə katibə vəzifəsində çalışır.

“Mən 2.5 milyon tümən (ayda təxminən 210 dollar) alıram, amma ixtisasıma uyğun yaxşı bir iş tapsaydım, daha çox qazana bilərdim. Təəssüf ki, yaxşı işlər “yaxşı genlilər”ə verilir və bizim üçün heç nə qalmır”.

Sosioloq Müqəddəm bildirib ki, Qəvvam səhv düşünmür. “İqtisadiyyat və cəmiyyət xəstədir… İxtisas və hər hansı bir səy olmadan bəzi fərdlər olduqca böyük əlaqələrə sahib olduqları üçün çoxlu pul qazanmağa qadirdirlər”.

 Tərcümə: Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə