XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

14 Dekabr 2018 - 15:01

TRAMP ADMİNİSTRASİYA RƏHBƏRİNİ NİYƏ YOLA SALIR? –Pentaqondakı üst səviyyəli komandirlər də dəyişdirilir - TƏHLİL

Sərdar Turqut,

“Habertürk”ün Vaşinqton təmsilçisi, 13 dekabr 2018-ci il

 

Ağ Ev administrasiyasının rəhbəri ABŞ dövlətinin Prezidentdən sonrakı ən önəmli vəzifəsidir. Dövlətin necə işləyəcəyinə onun qərar verdiyini söyləmək şişirtmə olmazdı.

Prezident Tramp Ağ Ev administrasiyasının rəhbəri Con Kellinin bu ayın sonunda öz vəzifəsini buraxacağını  açıqlayıb. Və həmən yeni rəhbər tapmaq üçün həlledici arayış başlayıb.

Con Kellinin vəzifədən uzaqlaşdırılma səbəblərini yaxşı anlamaq lazımdır. Çünki bunun ABŞ xarici siyasətinə də təsirləri olacaq.

Con Kelli daxili siyasəti, Konqreslə münasibətləri heç anlamırdı. O, diqqətini milli təhlükəsizliyə və xarici siyasətə vermişdi. Tramp isə qarşıdan gələn yeni ildə Konqreslə yaxşı münasibətlər qurmalı və yenidən namizəd olmaq üçün hazırlıq görməlidir. Ona görə də onun bu işlərdən yaxşı başı çıxan yeni bir administrasiya rəhbərinə ehtiyacı var.

 

Cared Kuşner və Məhəmməd bin Salman

 

Kelli, Prezident Trampın uşaqları və kürəkəni Kuşnerin xarici liderlərlə təkbaşına danışmasını qadağan etmiş və əgər danışmaları zəruri olarsa, yanlarında mütləq bir vəzifəli şəxsin olmasını şərt qoymuşdu.

Cared Kuşner bu qaydaya əməl etmədi və Məhəmməd bin Salmanla, “Xaşuqcı cinayəti”ndən sonra belə, özəl danışıqlarını davam etdirdi. Bu, Con Kellini çox əsəbiləşdirdi. Hətta vəzifədən azad ediləcəyinin açıqlanmasından bir həftə öncədən başlayaraq, Trampın onunla danışmağı belə kəsdiyi söylənilir.

Anlaşılan odur ki, xarici siyasət məsələlərindən uzaqlaşmağa hazırlaşan Tramp, yeni dövrdə bu sahəni öz uşaqlarının oyun sahəsinə çevirməyi davam etdirəcək.

 

Tramp içinə qapanır

 

Tramp, “Rusiya təhqiqatı” ilə bağlı çox sıxışmış durumdadır. Yeni ildə Konqresin Nümayəndələr Palatası Demokrat Partiyasının nəzarətinə keçəcək. Demokrat Partiyasının Prezident Trampa qarşı impiçment prosesi başlatmağı düşündüyü məlumdur. Yəni, Konqres Trampa təzyiqi artıracaq. Məhz bu səbəbdən o, Ağ Evdə diqqətini milli təhlükəsizlik məsələlərinə vermiş olan bir administarsiya rəhbəri istəmir. Yeni gələcək administrasiya rəhbərinin daxili siyasətlə və Konqreslə məşğul olmasını istəyir.

Mövcud durum üzündən rəhbərlik Suriya məsələsilə bağlı da, hələ ki, dəqiq bir strategiya işləyib hazırlaya bilməyib.

Pentaqonda da, CENTCOM da daxil olmaqla, bütün üst səviyyəli komandirlərin dəyişdirilməsi prosesi gedir. Türkiyədə Fərat çayının şərqi müzakirə edilərkən, ABŞ rəhbərliyi həm regiona cavabdeh olan hərbi komandirini dəyişir, həm də tam içinə qapanmış durumdadır.

Vaşinqtonda qarışıqlıq və strategiya yoxluğu hələ davam edir.

Tərcümə Strateq.az-ındır




Yuxarı Əvvələ Ana Səhifə