XƏBƏR LENTİ

28 May 2020
27 May 2020

Digər Xəbərlər

20 Fevral 2016 - 02:05

Rus hərbi eksperti:“Müharibə başlasa, Türkiyə Ermənistanı tuta bilər” – MÜSAHİBƏ

felgenaur

 

Suriyada durum getdikcə mürəkkəbləşir və ekspertlərin əksəriyyəti bölgədə Rusiya ilə Türkiyə arasında yeni müharibə imkanlarından danışır. Türkiyə ərazisindən Suriya sərhədini antiəsəd müxalifəti dəstəkləyən iki minə yaxın silahlı keçib. Suriya kürdlərinin Rusiyadakı təmsilçiliyinin rəhbəri Rodi Osmanın sözlərinə görə, Türkiyə Suriyada yerüstü əməliyyata başlayacağı halda, Rusiya suriyalı kürdlər tərəfindən çıxış eməyə söz verib və bu addım “böyük müharibə”yə səbəb olacaq.

Reallıqda Rusiya bu cür müharibəyə nə dərəcədə hazırdır?

Hərbi icmalçı Pavel Felgenhauerin “Rosbalt.ru”-nun bu səpkili suallarına cavablarını Strateq.az-ın oxucularına təqdim edirik.

 

 

– Pavel, Rusiya Silahlı Qüvvələri komandanlığının gümrah raportları bir məsələdir, Rusiya ordusunun gerçəkdə ciddi regional, məsələn, Türkiyə ilə müharibəyə nə dərəcədə hazır olması başqa məsələ…

 

– Nədəsə hazırdır, nədəsə yox. Suriyada vəziyyət olduqca pisdir, çünki bu ölkəyə göndərilmiş hissələrimiz yetərincə uzaqda yerləşib və bu güclər orada rabitəsizdir. Münaqişə başlasa, bu qüvvələr arasında ciddi şəkildə əlaqə itə və tamamilə məhv edilə bilər – donanma batırılar, aviabaza dağıdılar, təyyarələr itirilər. İstənilən halda, bu güclər ciddi itkiyə məruz qalar. Əlbəttə, Türkiyə Krıma və Soçiyə qoşun çıxartmaz, lakin istəsə, Ermənistanı tuta bilər… Nüvə silahından istifadəsiz…

 

– Yeri gəlmişkən, nüvə silahı haqda. O, Türkiyədə ümumiyyətlə, varmı?

 

– Bəli, qırx atım nüvəsi var.

 

– Yəni Türkiyə nüvə dövlətidir?

 

– Bir o qədər də yox. Bu, “soyuq müharibə” dönəmində bir sıra Avropa ölkələrində yerləşdirilən “iki açarlı silah” deyilən Avropa – Amerika nüvə silahıdır. Buna görə də Avropada “iki açarlı silah” – taktki nüvə silahı, yəni amerikalıllara məxsus, lakin istisnasız olaraq avropalıların istifadə etməli olduğu aviabombalar yeləşdirilib. Türkiyədə türk aviasiyasının istifadəsi üçün nəzərdə tutulmuş silah anbara vurulub.

 

– Bəs onun açarı türklərdədir?

 

– Həm tüklərdədir, həm də amerikalılarda. Bu silah konkret olaraq türk aviasiyasının Rusiyaya qarşı istifadə məqsədiylə nəzərdə tutulub.

 

– Bəs amerikalılar onu da, bu yaxınlarda öz təyyarələrinin bir qismini çıxartdıqları kimi, Türkiyədən çıxara bilərlərmi?

 

– Orada daimi əsasda Amerika təyyarələri yoxdur. Onlar gah uçub gəlir, gah da gedir. Orada Suriya sərhədinin yanında yetərincə böyük ABŞ qarnizonu yerləşən İncirlik bazası var. Nüvə silahlı bunkerlər də orada yeləşir. Döyüş aviasiyası isə lazım gəldikdə gah uçub gələ bilər, gah da uçub gedə bilər. Hazırda oradan Suriya və İraqa zərbələr endirilir. Amerikanın özü nüvə silahı işlətmək istəməsə, bu baza məhz Rusiyaya qarşı nəzərdə tutulub. Orada Rusiya ərazisinə nüvə zərbəsi endirmək üçün məxsusi ayrılmış türk təyyarələri var.

 

– Rusiya artıq dəfələrlə bildirib ki, nüvə silahı tətbiq edə bilər…

 

– Bəli, o cümlədən Putin bu yaxınlarda Müdafiə Nazirliyinin rəhbəri Sergey Şoyqu ilə görüşündə dedi ki, Suriyaya zərbə endirən qanadlı raketlər nüvə döyüş başlığı ilə təchiz edilə bilər.

 

– Və belə olan halda nəzərə alınsa ki, Türkiyə nüvəsiz dövlət deyil, biz də bu cür cavab ala bilərik?

 

– Prinsipcə, bu da mümkündür. Nüvə bombaları Belçika, İtaliya, Almaniya və Türkiyədə elə məhz bunun üçün yerləşdirilib ki, Rusiyanı cilovlamaq üçün onlarda öz potensalının olduğu inamı yaransın. Bu raketlər Moskvayadək uçmaz, lakin Soçi, Novorossiysk və Sevastopola qədər çatmağı bacarar. 

Suriyadakı Rusiya qruplaşmasının vəziyyətinə gəlincə, potensialı çox pisdir, çünki təchizat əsasən Bosfordan gedir. Havadan da gedir, lakin türklər hava dəhlizini də bağlaya bilər.

 

– Rusiya ekspertlərindən biri bu günlərdə bildirdi ki, lazım olsa, türklərin Qara dəniz donanmasını bir neçə saata darmadağın edərik. Belədir?

 

– Türk donanmasının əsas hissəsi Qara dənizdə yox, daha çox Aralıq dənizindədir. Orada daim ancaq türk sərhədçiləri yerləşir. Nüvə silahı olmasa, türk donanmasına ciddi ziyan vurmaq çətin olacaq. Elə nüvə silahı ilə də asan deyil. Gəmilər kifayət qədər canlı, hərəkətli hədəfdir. Daha çox hazırda Suriya sahillərində yerləşən donanmamız batırılacaq və ya ciddi itki verəcək. Minlərlə dənizçimiz həlak ola bilər, çünki türklərin artıq orada sualtı qayıqları və yetərincə uzaqmənzilli raketli freqatları düzülüb və hazırdır. Bizim Qara dəniz donanmasından daha müasir. Biz Qara dənizdə aviasyadan istifadə edə bilərik, lakin orada kifayət qədər deyil, türklərinki güclüdür və öz donanmasını qoruyar. Ünmumən bütün aviasiyamız Latakiyadadır. Oradakı bazamız isə türk yaylım atəşinin zonasındadır. Onu hətta bombalamaq da vacib deyil, onlarda “Qasırğa” tipli raketlərimizdən var.

 

– Bəs Rusiya Silhlı Qüzvələrinin yeni silahları ilə bağlı məsələ nə yerdədir? O, artıq indi qoşuna xeyli miqdarda veilə bilər, yoxsa əsasən sınaq nümunələridir?

 

-Onlar sanki var,  lakin digər tərəfdən onların nə qədər başa çatdırılması aydın məsələ deyil. Buna görə də oraya S-400 və köhnə S-200 və hətta qədim S-125 – 50-60-cı illərin sonunun silahları yerləşdirilib…

 

– Bunu nə ilə izah edirsiniz?

 

– Onunla ki, S-400-lər döyüş əməliyyatına tam hazır deyil. Sınaq silahları çoxdur, amma onlar da azdır. Cəmi dörd yeni Su-25 qırıcısı var. Türklərin isə nisbətən təzə və Amerika lisenziyası ilə yığıdıqları, hətta ixrac etdikləri  200 F-16 qırıcısı var.

 

– Aviasiya müqayisəsini davam etdirsək, hər şeyə baxanda Rusiya say nisbətində Türkiyəni geridə qoyur. Son məlumatlara görə, sovet dövrünün sonunda SSRİ-nin 10 min döyüş təyyarsəi var idi. Bəs keyfiyyətcə necədir?

 

– Bizim aviasiya kifayət qədər köhnədur. Türklərinki qəttəzədir. Suriyada əsas döyüş tapşırıqlarını köhnə Su-24 icra edir. İnd orada cəmi nə qədər təyyarəmiz var – heç kim deyə bilməz. Pilotlarla bağlı böyük problem var. Yaxşı təyyarəçilərin hamısı orada – Suriyadadır. Hətta həlak olan da təlimatçı idi. Yəni ən yaxşıların hamısını ora qovublar. Lakin bütün ölkədən hamını ora yığa bilmərik, türklərin isə bölgəcə üstünlüyü olacaq. Bir sözlə, adi silahlarda Rusiyanın heç bir üstünlüyü görünmür. Buna görə də nəsə olsa, itkilərimiz əsaslı ola bilər. Orada öz aviasiyamızın qaymağını itirə bilərik.

 

– ABŞ başda olmaqla NATO Türkiyəni dəstəkləsə, Rusiya NATO ilə müharibəyə nə dərəcədə hazırdır?

 

– NATO artıq Suriya ilə sərhəddə olduqca effektli, təyyarələrimizi vura biləcək “Petriot” zenit-raket kompleksi düzüb.

 

Söhbətləşdi: Aleksandr Jelenin

Rosbalt.ru, 19.02.2016

Tərcümə Strateq.az-a məxsusdur.

 




Yuxarı Əvvələ Ana Səhifə