XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

20 Dekabr 2018 - 10:35

ABŞ QOŞUNLARINA BİR TVİTLƏ VURULAN ZƏRBƏ –Trampın gözlənilməz qərarı dolaşıqlıq və sərt tənqid doğurub

Cek Detç

“Əl-Monitor”

 

Donald Tramp administrasiyasının Suriyadakı döyüş sahəsindən 2200 ABŞ əsgərini çıxarma qərarı tanış mənbədən açıqlanıb – prezidentin özündən. İlk olaraq “Wall Street Journal” bu xəbəri verdikdən bir neçə saat sonra Tramp “tweet” yazdı: “Suriyada İŞİD-i məğlub etdik, Tramp administrasiyası dövründə orada olmağımızın yeganə səbəbi də bu idi”.

Tramp administrasiyasının bu addımı Yaxın Şərq siyasətini – Suriyada İŞİD-ə qarşı davamlı mübarizə, İranın bölgədən çıxarılması və BMT-nin Cenevrədə apardığı siyasi həll üzrə danışıqları heçə endirir.

Bu yaxınlara qədər ABŞ rəsmiləri “əl-Monitor”a deyirdilər ki, onlarda Rusiya və İrana təsir etmək üçün unikal təsir vasitələri var, tezliklə müttəfiqlər Əsədin hərbi borclarını ödəməyi dayandıracaqlar.

Çərşənbə günü tərəflər yanvar ayında danışıqları bərpa edəcəyinə dair razılaşmalara baxmayaraq, BMT-nin yeni konstitusiyaya dair müzakirələrini yarıda qoyublar.

ABŞ-ın sabiq rəsmiləri Dövlət Departamenti və Müdafiə Nazirliyinin hələ də Trampı qərarını dəyişməyə çalışacağını desə də, artıq çox gecdir.

ABŞ prezidenti Barak Obama və Trampın dövründə Milli Təhlükəsizlik Şurasının keçmiş rəhbəri Frensis Braun “əl-Monitor”a bildirib: “Hətta bu qərar ləğv edilsə, ABŞ-ın Suriyadakı məhdud təsirinə sağalmaz zərbədir. Bu, bir daha göstərir ki, ABŞ-da dünyanın ən güclü silahlı qüvvələri olsa da, hərbi qüvvələrimiz bir “tweet”-lə xəyanətə məruz qala bilər. O həm də ABŞ-ın digər potensial tərəfdaşlarına dəhşətli təsir göstərəcək”.

Trampın qərarı BMT rəhbərliyi ilə keçirilən danışıqlara da təsir edəcək. Administrasiyaya yaxın bir qaynaq “əl-Monitor”a bunun “prosesi zəiflədəcəyini” deyib.

Qərar və Trampın “İŞİD məğlub olub” iddiası da, hər iki partiyanın millət vəkilləri tərəfindən dərhal tənqid edilib.

Senator Lindsi Qraham deyib: “Suriyada azsaylı Amerika qüvvələrinin çıxarılması, Obamanın etdiyi kimi, böyük bir səhv ola bilər. İŞİD Suriya və İraqda məğlub olmayıb”.

Pentaqonun sözçüsü Dana Uayt da “İŞİD əleyhinə kampaniya bitməyib”, – deyib.

“Biz kampaniyanın növbəti mərhələsinə keçiddə Suriyadakı ABŞ qoşunlarını geri qaytarma prosesinə başlamışıq. Tərəfdaşlarımız və müttəfiqlərimizlə İŞİD-i məğlub etməyə çalışacağıq”.

Bu ayın əvvəlində Konqresdə çıxış edən general-leytenant Kennet MakKenzi bildirmişdi ki, Pentaqon İŞİD-in məğlubiyyətindən sonra kürd mənşəli SDF-ni yerli təhlükəsizlik və polis qüvvələrinə inteqrasiya edəcək. Ancaq bu planlar, SDF ilə əlaqəli kürd qüvvələrinə qarşı yenilənmiş hücumlara söz verən Ərdoğan tərəfindən təhdid olunub.

Tramp məhz Ərdoğanla telefon danışdığından sonra çıxarma qərarı verib.

Tərcümə: Strateq.az