XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

20 Dekabr 2018 - 11:29

BAYRAM SƏFƏROV QARABAĞ İCMASININ SƏDRİ POSTUNDAN GETDİ –İcmaya yeni rəhbər seçildi (FOTO)

Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının bu gün keçiriləcək qurultayında  təşkilati məsələlərə baxlılacaq və sədr dəyişikliyi ediləcək.

Strateq.az-ın əldə etdiyi məlumata görə, qurultayda təşkilatın hazırkı sədri Bayram Səfərov vəzifəsini tərk edəcək, yerinə başqa bir şəxs seçiləcək.

Baş verən bu dəyişikliyin son vaxtlar intensivləşən Qarabağ danışıqları ilə bağlı olduğu deyilir.

Bugünkü qurultayda icmanın vəfat etmiş üzvləri Vahid Səfixanov, İlyas Həsənov, Cəlal Allahverdiyevin yerinə yeni simaların seçiləcəyi gözlənilir.

Qeyd edək ki, Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının 23 üzvü var. Bunlar Bayram Səfərov (sədr), Elçin Əhmədov, Fərhad Bədəlbəyli, Rövşən Rzayev, Elman Məmmədov, Vaqif Fərzəliyev, Şahmar Usubov, Eyvaz Hüseynov, Kamal Abdullayev, Polad Bülbüloğlu, Həvva Məmmədova, Abbas Məlik-Yeqanov, Ramiq Məhərrəmov, Murad Adıgözəlzadə, Cavid Əliyev, Ceyhun Əliyev, Məhəmmədli Bayramov, Mehdi Abdullayev, Mehdi Mehdiyev, Şaban Qurbanov, Vahid Səfixanov, İlyas Həsənov, Cəlal Allahverdiyevdir.

 

***

Xarici İşlər Nazirliyinin əməkdaşı Tural Gəncəliyev Dağlıq Qarabağın Azərbaycanlı İcmasının yeni sədri seçilib.

Qərar icmanın bu gün keçirilən qurultayında qəbul edilib. Dağlıq Qarabağın Azərbaycanlı İcmasının yeni idarə heyəti təsdiq edilib.

Modern.az saytının məlumatına görə, Tural Gəncəliyev 1980-ci ildə Şuşa şəhərində anadan olub. Ali təhsillidir. Bakı Dövlət Universitetini  Hüquqşünaslıq ixtisası üzrə bitirib. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkili – Ombudsman Aparatında və Xarici İşlər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb.

Hazırda XİN-in Beynəlxalq Hüquq və Münasibətlər İdarəsinin birinci katibi vəzifəsində çalışır.

 




Yuxarı Əvvələ Ana Səhifə