XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

22 Dekabr 2018 - 11:24

SURİYADAN ÇIXMA QƏRARININ NƏTİCƏLƏRİ:boşluğu doldurma istəyi Rusiya və Türkiyəni düşmənə çevirə bilər

 

 

 

Co Makaron

“Əl-Cəzirə”

 

ABŞ prezidenti Donald Trampın Suriyadakı ABŞ qoşunlarını çıxarmaq qərarı Vaşinqtonun xüsusi dövrə qədəm qoyduğunu xatırladır.

Siyasi isteblişment və Konqres, – Rusiyadan Səudiyyə Ərəbistanına qədər, – əsas xarici siyasət problemlərdə prezidentin əlini burmağa başlayıb, lakin Tramp Suriyada ABŞ-ın gücünü məhdudlaşdıra bilib. İndi 2 min ABŞ əsgəri növbəti 100 gün ərzində Suriyanın şimalından çıxarılmalı, həm müttəfiqlər, həm də düşmənlər üçün qeyri-müəyyənlik yaratmalıdır

 

Tramp administrasiyası

Bu qərarın vaxtı və əsaslandırılması üçün heç bir sadə izah yoxdur. Bəziləri bunu Trampın ABŞ-dakı qanuni çətinliklərindən yayınma kimi istifadə etdiyini və ya ötən cümə günü Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığından təsirləndiyini iddia edirlər. Digərləri isə Suriyada böyük sövdələşmənin hazırlandığını və ABŞ-ın kürd tərəfdaşlarını satdığını söyləyirlər

Suriyada ABŞ qüvvələrinin saxlanmasında heç bir maliyyə və strateji qazanc görməyən Tramp xeyli vaxtdır ki, çıxarılmadan danışır. Hələ mart ayında ABŞ prezidenti mitinq zamanı elan edib ki, “Suriyadan çox tezliklə çıxacağıq”.

Pentaqon və Dövlət Departamenti ali baş komandanı ABŞ-ın Suriyada qalmasının vacibliyinə inandırmaq üçün səylərini birləşdirib, amma aprel ayında o, İraqın İŞİD-dən təmizlənməsi üçün orduya 6 aylıq möhlət verib.

Bu ayın əvvəlində ABŞ tərəfindən dəstəklənən “Suriya Demokratik Qüvvələri (SDQ) İŞİD-in idarə etdiyi son şəhəri – Hacini ələ keçirib.

İŞİD təhlükəsi qalsa da, Tramp orduya verilən möhlətin bitməsi fikrindədir.

Onun qərarı Trampın öz milli təhlükəsizlik qrupundan necə ayrı düşməsinin göstəricisidir. Son bir neçə ayda milli təhlükəsizlik məsləhətçisi Con Boltonun rəhbərlik etdiyi mühafizəkar və müdafiə naziri Ceyms Mattisin rəhbərlik etdiyi hərbi qanad ABŞ qüvvələrinin Suriyada saxlamasına dair müxtəlif dəlilləri ortaya qoyub.

Aylardır İrana təzyiq naminə Suriyada ABŞ missiyasını genişləndirmək fikrini təşviq edən Bolton indi çaşqın qalıb. Onun “Ərəb NATO-su” ideyası artıq qeyri-mümkün olub və Səudiyyə Ərəbistanı da Suriyanın şimalında ABŞ-ın uzun müddətli varlığını maliyyələşdirmək barədə düşünmür.

Digər tərəfdən, Mattis İranla qarşıdurma təhlükəsindən ağız dolusu danışan Boltonun sərgüzəştçiliyinə dair xəbərdarlıq edərək, ABŞ-ın İŞİD-lə mübarizəsi və münaqişənin həlli yolunu itirməmək üçün Suriyada qalmanın vacibliyi fikrini dəstəkləyib. Amma o da, Tramp administrasiyası içində daha çox təcrid olunmuşdu, xüsusilə Ağ Evin qərargah başçısı Con Kellinin istefası ilə əsas müttəfiqi itirdikdən sonra.

Trampın Suriyadan çəkilmə qərarı Ağ Ev və hərbçilər arasında olan etibarsızlığı genişləndirə, Əfqanıstan kimi digər müharibə bölgələrinə də təsir göstərə bilər.

Müharibə və sülh qərarları, adətən, əsas qurumların Konqresdə məsləhətləşmələr aparması ilə, Ağ Ev tərəfindən açıqlanır, lakin hazırda məlum qərarın verilməsi bu məsələdə dərin bölünməni əks etdirir. Tramp administrasiyasında istefalar da onun nəticəsidir.

ABŞ-ın Suriya siyasəti son yeddi il ərzində kəskin şəkildə çöküb və Tramp sadəcə əzabdan qurtulur. Türkiyə ilə kürd arasında tarazlıq yaratma da Suriyanın şimalında sabitlik üçün uzunmüddətli şərtlər doğurmayıb.

Vaşinqton Suriyada Moskva ilə nə bir müqavilə, nə də müqavimət əldə edib, nə də BMT-nin başçılıq etdiyi siyasi prosesində irəliləmə. Suriyadakı yeni ABŞ səfiri Ceyms Cefri Tramp administrasiyasının rejim dəyişikliyi deyil, Suriya rejimində dəyişiklik etmək istədiyini bildirərək, ABŞ siyasətinə qarışıqlıq əlavə edib.

Ağ Ev 2021-ci ildə Suriyada növbəti prezident seçkisinə qədər prezident Bəşər Əsədin hakimiyyətdə qalmasını təsdiqlədiyindən, onun hazırkı planı Suriyada Rusiyanın niyyətlərini pozmaqdır. Çünki bəzi ABŞ rəsmilərinin fikrincə, ABŞ Suriyadakı vəziyyətlə bağlı həlledici rol oynaya bilər.

 

Suriyadakı digər oyunçular

Trampın qərarından asılı olmayaraq, onun administrasiyası çox güman ki, dünyadakı müttəfiqləri tərəfindən etibarsız tərəfdaş sayılacaq. ABŞ-ın kürd müttəfiqlərinə xəyanət etməsi onları Yaxın Şərqdəki digər qüvvələrə güvənməyə məcbur edəcək.

Geri çəkilmə ilə ABŞ ehtiyac duyduqda hava hücumlarını həyata keçirmə qabiliyyətini itirəcək. Lakin Suriyadakı öhdəliyinə gəldikdə, çəkilmənin rəmzi mənası var.

Eyni zamanda, Trampın qərarlarından ən çox faydalanan tərəflər də gözlənilməz çətinliklərlə üzləşə, Suriyanın şimalında Rusiya və Türkiyə vakuumun doldurulması üçün mübarizə apararkən, ittifaqlarında çat yarana bilər.

SDQ Rusiyaya daha çox yaxınlaşacaq və Şamla əlaqəsini genişləndirəcək, potensial olaraq Türkiyə sərhədindəki postları Suriya qoşunlarına təslim edəcək.

İrana gəldikdə isə, ABŞ-ın Suriyadan çəkilməsi bu ölkədə qalmaq dəlili zəifləyə, Tramp administrasiyası Suriyada İranın varlığını məhdudlaşdırmaq üçün Rusiya ilə razılaşa bilir.

ABŞ-ın çəkilməsi Türkiyə və kürd qüvvələri arasındakı açıq qarşıdurmaya və ya ən pis ssenarisinə səbəb ola bilər.

ABŞ Suriyada qalmaq üçün heç bir strategiyası yox idi, indi də çıxmaq üçün.

 

Tərcümə: Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə