XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

25 Dekabr 2018 - 09:48

TRAMP TÜRKİYƏ HAQQINDA NƏ DÜŞÜNÜR? –Türkiyəsiz Suriyada uğur qazanmaq mümkün deyil - TƏHLİL

Sərdar Turqut,

“Habertürk”ün Vaşinqton təmsilçisi, 24 dekabr 2018-ci il

 

Yazıya çox iddialı bir başlıq qoyduğumu anlayıram. Çünki çox yaxınında olan insanların belə, çətin anladığı bir Prezidentin Türkiyə haqqında nə düşündüyünü anlatmağa girişmək olduqca iddialı bir işdir. Ona görə də, bu yazının necə ortaya çıxdığını da açıqlamalıyam.

Prezidentin Türkiyə haqqında düşünərkən ağlına nələrin gəldiyini üç fərqli başlıca qaynaq vasitəsilə yoxladım.

1. Bu şəhərdə ABŞ-ın ortaya düşüncə qoyan quruluşlarına hakimiyyətin bir parçası olaraq baxılır. Başqa sözlə, Türkiyə ilə bağlı qurumları olan düşüncə quruluşları hakimiyyətin ölkəmiz haqqında olan düşüncə prosesinin tam mərkəzindədirlər.

2. Bu şəhərdə işləməyə ilk dəfə 1992-ci ildə başladım. O dövrdə vəzifə müddətim bitdikdən sonra da əlaqələrimi heç kəsmədim. Bu əlaqələr sayəsində o günlərdə çoxsaylı, xüsusilə neokon meylli bürokratlarla çox sıx və yaxın təmas imkanlarım oldu. O insanların, demək olar ki, hamısı, indi mənim kimi yaşlı insanlar olsalar da, hakimiyyətlə çox yaxın əlaqələrə malikdirlər. Məsələləri çox yaxşı bilirlər və mənimlə söhbət etməyə də, köhnə dostları kimi, önəm verirlər.

3. Onların yaxından tanıdığı milli təhlükəsizlik sahəsinin jurnalistlərilə mən də tanış oldum və hətta qurduğumuz bir qrupla hər həftə görüşərək, Vaşinqtonda pərdə arxasında baş verənləri müzakirə edirik.

Tanış olduğum bu köhnə bürokratların hələ də hakimiyyət daxilində əlaqələri var. Mən Türkiyə ilə əlaqədar hər hansı bir vəzifəli şəxslə təmas qurmaqda çətinlik çəkərkən ya onlar, ya da jurnalist dostlarım mənə yardımçı olurlar.

Bilirəm, bu, qeyri-adi haldır, lakin…

Ümumiyyətlə, bir jurnalistin öz xəbər qaynaqları və iş üslubu ilə bağlı belə açıqlamalar verməsi qeyri-adi haldır, lakin bugünkü mövzu ilə əlaqədar buna məcbur oldum. Oxucu qarşısındakı məsuliyyətim bunu tələb edir. Ona görə də, bu yazıya atdığım başlıq iddialı kimi görünsə də, əslində, belə deyil. Çünki yuxarıda qeyd etdiyim səbəblərə görə, Prezidentin Türkiyə haqqında düşünərkən öz yaxınında olan şəxslərə söylədiklərini anlama imkanına sahibəm.

Prezident Tramp, Prezident Ərdoğanla telefon danışığından sonra hərbçilərin geri çəkilməsi haqqında daha rahat şəkildə qərar aldı. Çünki qərar alarkən, əslində, sıradakıları da düşünürdü:

1. Prezident Tramp, Türkiyənin Suriyada daha öncə həyata keçirdiyi iki hərbi hərəkatı da (“Fərat qalxanı” və “Zeytun budağı”) çox bəyənmişdi. Öz bürokratları onlara qarşı çıxdığı halda, həmin hərəkatları uğurlu hesab etmişdi. Çünki Prezident Tramp, hərbi qüvvələrinə trilyonlarla dollar xərcləyən ABŞ-ın xilas etdiyini söylədiyi hər bir bölgədə (Məsələn, Raqqa, Mosul) öz arxasında böyük bir dağıntı buraxdığını və bu dağıntının da bölgədə Amerikanı daha da yalnızlaşdırdığını görürdü.

Əksinə, Türkiyə reallaşdırdığı hərbi hərəkatlarla xilas etdiyi bölgələrdə mülki əhaliyə qarşı çox diqqətli davranırdı. Onların zərər görməməsi üçün əlindən gələni edirdi. Türkiyə, yaşayış yerlərində, mümkün olduqca, az dağıntı olmasına səy göstərirdi. Hərbi hərəkat başa çatdıqda isə Türkiyə, mülki həyatla, infrastrukturla birlikdə, yerli əhalinin normal həyata keçişini sürətlə həyata keçirirdi.

ABŞ isə öz nəzarətində olan bölglərdə bunu heç cür edə bilmədi. Bu da Trampı çox narahat etdi.

 

“Yumşaq güc”ün önəmi

 

2. Beləliklə, Türkiyənin bölgədəki “yumşaq güc”ü (“soft power”) çox artdı. Türkiyə, bölgə xalqları arasında ən çox güvənilən güc halına gəlməyə başladı. Xüsusilə gənclər bölgəyə müəllim və həkim göndərən, məktəb və xəstəxana açan, təhsil və tibb xidməti, elektrik verən Türkiyəyə sevgi hissi duyurlar.

3. Ayrıca, Prezident Tramp, yaxında bölgədə iki önəmli prosesin – (Suriya – tərc.) konstitusiyanın işlənib hazırlanması və ölkənin bərpa edilməsinin başlayacağını da düşünür. Prezident Tramp, Türkiyənin içində olmadığı halda, bu proseslərin hər ikisinin də uğurlu olmayacağını görür və bilir. O, bu müddət ərzində ABŞ-ın bölgədə Rusiya qarşısında söz sahibi ola bilməsi üçün Türkiyə ilə əlaqəli işləməsinin lazım olduğunu da görür.

 

Yenidən bərpa prosesində logistikanın önəmi

 

4. İş adamı olan Tramp, Suriyanın yenidən qurulmasının nə qədər böyük bir proses olacağını çox yaxşı bilir. Prezident Tramp, bölgəyə baxdıqda və yerli xalqın davranışlarını gördükdə, Türkiyənin yenidənqurma işinin içində olmadığı təqdirdə, bu işin imkansız olacağını aydın şəkildə gördü.

Bütün bunları nəzərə alan Prezident Tramp, Prezident Ərdoğanla telefon danışığından sonra çox xoşlamadığı bəzi komandanların, onların fantaziyalarının arxasınca getmək yerinə, böyük dövlət ənənələri, bölgədə müdhiş ideoloji liderlik gücü, dünyanın ən güclü ordularından birinə sahib və güclü infrastrukturu olan Türkiyə kimi bir dövlətlə əlaqəli şəkildə hərəkət etmək haqqında rahatlıqla qərar aldı.

Sonda mənim üçün çox önəmli olan bir şeyi də əlavə etmək istəyirəm. Prezident Ərdoğanın ətrafındakı bu işi idarə etməyə məsul olan kadrlar prosesi çox uğurla idarə etdilər. Xüsusilə “Xaşuqcı cinayəti” sonrasında göstərilən peşəkarlıq və idarəçilk, həqiqətən, inanılmazdı.

Tərcümə Strateq.az-ındır