XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

25 Dekabr 2018 - 12:03

SARAYIN İTKİN ŞAHZADƏSİ TAPILDI –Qaçış cəhdindən 8 ay sonra Dubay şeyxinin 33 yaşlı qızının ilk fotosu yayıldı

“Middle East Eye”

 

Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər Nazirliyi dekabrın 24-də bildirib ki, Dubaydan qaçmaq üçün uğursuz cəhd edən itkin şahzadə ailəsi ilə birlikdə evindədir.

XİN BƏƏ hökuməti başçısı, Dubay hökmdarı Məhəmməd bin Rəşid Ali-Məktumun 33 yaşlı qızı şahzadə Lətifənin fotosunu yayıb. Həmin fotoda o, BMT-nin insan haqları üzrə keçmiş ali komissarı Meri Robinson ilə Dubay şəhərində əks olunub.

Bundan əvvəl “Amnesty International” BƏƏ-ni Lətifənin yerini açıqlamağa çağırıb. Belə ki, bu ilin mart ayında uğursuz qaçışdan sonra hökumətin onu özbaşına həbs etməsi, işgəncə və zorakılığa məruz qoyması ittihamları səslənib.

Bazar ertəsi günü Xarici İşlər Nazirliyindən verilən bəyanatda M. Robinsonun dekabrın 15-də “ailəsinin xahişi ilə” Dubayda Lətifə ilə görüşdüyü bildirilib.

Bəyanatda Robinsonun Lətifənın “lazımi qayğı və lazımi dəstəyi alması”na əmin olduğu vurğulanır.

BƏƏ-nin iddiaları doğrudursa, Lətifənin sabiq BMT komissarı Robinsonla görüşü BBC-də nümayiş etdirilən sənədli filmdən sonra baş tutub.

Sözügedən film şahzadənin fransız eks-casus və fin mənşəli kapoeyra məşqçisinin köməyi ilə uğursuz qaçış cəhdindən bəhs edir.

“Dubaydan qaçış” adlı sənədli filmdə fransız bədəməl şahzadənin bəzi yazışmalarını paylaşır.

Həmin yazışmalarda şahzadə ailəsi və atası tərəfindən məruz qaldığı pis rəftardan danışır:

“Bütün həyatım boyu mənimlə pis rəftar ediblər və məzlum olmuşam. Qadınlarla heyvan kimi davranırlar. Atam… hamımızla bu cür davranmaq haqqına sahib deyil”.

Lətifənın bu ilin əvvəlində baş tutmayan qaçmaq cəhdi ilk deyil. Mart ayında aşkarlanan bir videoda o, hələ 16 yaşında ikən BƏƏ sərhədində tutulması, döyülməsi, işgəncəyə məruz qalandan sonra həbsdə üç il keçirdiyini söyləyir.

Videoda Lətifə deyir: “Tezliklə ölkədən ayrılacağam və nəticədən əmin deyiləm, amma 99 faiz inanıram ki, aqibət müsbət olacaq. Əgər cəhdim uğursuz olarsa, onda bu video mənə kömək edə bilər, çünki atamın yeganə qayğısı şəxsi nüfuzudur… Atam həyatımda ən pis insandır, əsl şərdir, onda yaxşı heç nə yoxdur”.

Bazar ertəsi günü yayılan bəyanatdan əvvəl Lətifə sonuncu dəfə martın 5-də Hindistan və Əmirlik qüvvələri tərəfindən Qoa sahillərindən 50 km məsafədə həbs olunub.

Tərcümə: Strateq.az