XƏBƏR LENTİ

21 Oktyabr 2020

Digər Xəbərlər

27 Dekabr 2018 - 10:52

TRAMPIN QƏFİL İRAQ SƏFƏRİ:ABŞ prezidenti yerli siyasətçilərə "burada mənəm, Bağdadda kor xəlifə" məsəlini xatırladıb

“Əl-Cəzirə”

 

İraqlı siyasi və hərbi liderlər ölkənin suverenliyini pozaraq gözlənilməz səfər etdiyinə görə ABŞ prezidenti Donald Trampı qınayıblar.

Çərşənbə günü ABŞ əsgərlərini sürpriz şəkildə ziyarətdə edən Trampın təyyyarəsi Bağdadın qərbindəki hava limanına eniş edib.

“İslah” parlament blokunun lideri Sabah əl-Səədi “İraqın suverenliyinin açıq-aşkar şəkildə pozulmasını müzakirə etmək və Trampın bu təcavüzkar hərəkətlərini dayandırmaq üçün” parlamentin fövqəladə sessiyasının çağırılmasını tələb edib.

“İslah”a ABŞ-ın İraqdakı varlığına uzun müddətdir qarşı çıxan şiə lideri Müqtəda Sədr rəhbərlik edir. Onun parlamentdəki rəqibi və İran dəstəkli milis qüvvələrinin lideri Hadi əl-Əmirinin rəhbərliyi etdiyi “Bina” bloku da Trampın İraqa səfərinə etiraz edib. “Trampın səfəri diplomatik normaların açıq-aydın pozulmasıdır və bu, onun İraq hökuməti ilə əlaqələrə nifrət və düşmənçiliyini göstərir”.

Üç saatlıq səfəri zamanı Tramp heç bir iraqlı səlahiyyətli ilə görüşməyib. Baş nazir Adil Əbdülmehdi ilə yalnız telefon söhbəti olub.

Əbdülmehdinin ofisindən açıqlanıb ki, səlahiyyətlilər ABŞ prezidentinin səfərindən xəbərdar edilib.

“Reuters”-in məlumatına görə, iki liderin planlaşdırılan görüşünün harada keçiriləcəyi mövzusunda fikir ayrılığı olub: Tramp “Ayn əl-Əsəd” bazasında görüşmək istəyib, baş nazir təklifi rədd edib.

 

Suriyadan çəkilmə

Trampın İraqa səfəri, daxili və xarici müttəfiqlərdən gələn etirazlara baxmayaraq, Suriyadan bütün ABŞ qoşunlarının çıxarılması qərarından bir həftə sonra baş tutub.

“Ayn əl-Əsəd” hava limanında Tramp ABŞ əsgərlərinin Suriyadan çəkmək qərarını müdafiə və İraq üçün bənzər bir planın olmadığını iddia edib.

Köhnə milis lideri Falih Xəzali (“Bina”nın müttəfiqi) ABŞ-ı İraqdakı varlığını artırmaqda günahlandırıb. “Amerika rəhbərliyi İraqda məğlub olub və indi istənilən bəhanə ilə təkrar qayıtmaq istəyir və biz bunu əsla icazə verməyəcəyik”.

Yeni Amerika Mərkəzinin baş elmi işçisi Duqlas Ollivant deyib: “Amerika qoşunları İraqda yerli hökumətin dəvəti ilə olub”.

“Bütün koalisiya hökumətlərində olduğu kimi, İraqda da hər cür şeyləri söyləyən qruplar var”, – deyə o əlavə edib.

 

“ABŞ bizi məhv etdi”

İŞİD-in keçən il məğlubiyyətə uğramasından bəri miqyaslı şiddət olmadığı halda, təxminən 5.200 ABŞ əsgəri hələ də İraqdadır.

İraqın bir çoxu milis qrupları, o cümlədən “Həşdi Şəabi” bölgədə ABŞ qoşunlarının varlığına qarşı çıxır. “Həşdi Şəabi” 2017-ci ildə İraqda İŞİD-in süqutundan sonra rəsmi olaraq təhlükəsizlik güclərinin bir hissəsi olub.

“Əsaib Əhl əl-Haqq” milislərinin lideri Qeys əl-Xəzali “Twitter”-də yazıb: “İraqlılar ABŞ hərbi qüvvələrini çıxarmaq üçün parlamentdə qərarı çıxaracaq”.

Bağdad küçələrində iraqlılar ABŞ-ın ölkədəki mövcudluğunu pisləyiblər.

“Amerikadan yaxşı heç nə almayacağıq”, deyən yerli sakin Məhəmməd Abdullah əlavə edib: “Onlar 16 ildir İraqdadır və ölkəyə ölüm və xarabalıq istisna olmaqla bir şey verməyiblər”.

Tərcümə: Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə