XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

27 Dekabr 2018 - 15:06

HAKİM PARTİYA PUTİNİN PREZİDENTLİK ÖMRÜNÜ UZADIR? –"Rusiyada xalqla “müqəddəs əlaqələri" qoruyub saxlamağı bacaracaq fərd yoxdur"

İlya Arxipov

“Bloomberg”

 

Rusiya parlamentinin spikeri Konstitusiyanı dəyişdirmə ehtimalı artıran açıqlamalar verib. Söhbət Kremlin mövcud müddətin sona çatmasından sonra prezident Vladimir Putinin hakimiyyətdə qalmasına imkan verən üsullar axtarması barədə möhtəkirliklərdən gedir.

Politoloq və Kremlin sabiq köməkçisi Qleb Pavlovskinin sözlərinə görə, bu, hakimiyyət keçidi ilə bağlı məsələdir. “Putin bu oyunu həvəsləndirir, mürəkkəb eyhamlar vurur”.

Dövlət Dumasının spikeri və hakim partiyanın üzvü olan Vyaçeslav Volodin Kremlin mətbəxində hazırlanan düzəlişlər barədə qeyri-müəyyən açıqlamalarla gündəmə möhürünü vurub. O, aydın cavablardan yayınıb. Lakin analitiklər bildirirlər ki, hakimiyyət orqanları artıq 2024-cü ildə Putinin prezidentlik müddətinin sona çatmasına qədər dəyişikliklərə zəmin hazırlayırlar.

“Cəmiyyətdə suallar var, hörmətli Vladimir Vladimiroviç! – deyə Volodin Kreml sahibinə ehtiramla müraciət edib. – Konstitusiyanın əsas müddəalarını heç bir şəkildə təhdid etmədən, bu suallara cavab verə biləcəyimiz vaxtdır. Hətta Əsas Qanun da ehkam deyil”.

 

Putin təmkinlidir

Volodin qeyd edib ki, mövcud Konstitusiya 25 il bundan əvvəl hazırlanıb. “Bu, çox çətin bir vaxt idi. Dövlətin çökmə astanasındaydı, sosial öhdəliklərini yerinə yetirə bilmirdi, vətəndaşlarımız səlahiyyətlilərə inamı itirmişdi”.

O, Konstitusiya Məhkəməsi hakimləri və digər hüquq mütəxəssislərini cəlb etməklə, “qəbul edilmiş öhdəliklərə uyğun şəkildə Konstitusiya normaları inkişaf etdirmə”yi təklif edib.

Rəsmi stenoqramda Putinin Volodinin təklifinə cavab olaraq heç bir sözü yoxdur. Amma Kremlin siyasi sistemə sıx nəzarəti, Putinin dəstəklədiyi halda, Konstitusiya dəyişikliyini təsdiqləməni asanlaşdırır.

“Kremlin bu məsələ ilə bağlı heç bir mövqe yoxdur”, – deyən prezident sözçüsü Dmitri Peskov Çərşənbə günü Volodinin şərhləri ilə əlaqədar suala cavabda əlavə edib ki, hazırda mümkün dəyişikliklərlə əlaqədar heç bir iş getmir.

Mart ayında 6 illik müddətə yenidən seçildikdə, Putin demişdi: “İndi heç bir konstitusiya islahatını planlaşdırmıram”. Ona mövcud Əsas Qanunla icazə verildiyi kimi, 2030-cu ildə təkrar seçkiyə qatılıb-qatılmayacağını soruşduqda isə bildirmişdi: “Mən nə etməliyəm, 100 yaşımadək hakimiyyətdə qalmalıyam? Yox”.

Amma dəyişikliklərin mümkünlüyü üzərində möhtəkirlik davam edir.

Bu ayın əvvəlində Putin bildirib ki, “Konstitusiya daşlaşmış qanun konsepsiyası deyil, canlı, inkişaf edən bir orqanizmdir”.

Ötən həftə keçirdiyi illik mətbuat konfransında Putinin Əsas Qanundakı hər hansı bir dəyişikliyin “geniş vətəndaş müzakirəsi məsələsi” olduğunu söyləyib. Halbuki ondan hakimiyyətdə qalmasına imkan verəcək dəyişikliklər barədə xüsusi olaraq sual verilməyib.

 

Müddət məhdudiyyəti

Siyasi analitiklər və insayderlər aylar boyu Konstitusiya dəyişikliyinin mümkünlüyünü müzakirə ediblər, çünki Putin dövrünün sona çatması yaxınlaşmaqdadır.

İndi 66 yaşında olan və sağlam görünən Putin müddəti başa çatdıqdan sonra hakimiyyətdə qalmağı planlaşdırmadığını iddia edir, lakin az sayda adam son 18 ildə Rusiyanı idarə şəxsi əvəz edəcək fərdi görür.

Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun politoloqu Valeri Soloveyin sözlərinə görə, “ümumi mənada, sistemin təminatçısı kimi Putinin əvəz edəcək heç kim yoxdur”.

“Potensial namizədlərin heç biri xalqla “müqəddəs əlaqələri” qoruyub saxlamağı bacarmır. Beləliklə, ən yaxşı variant – Putinin qərarların qəbulu mərkəzi olaraq qalmasını təmin etməklə, hökumətin konfiqurasiyasında dəyişiklik yaratmaqdır”.

Analitiklərin fikrincə, hipotetik imkan Putinin başçılığı ilə Dövlət Şurasını yüksək səviyyəli məsləhət orqanına çevirməkdir.

Solovey deyib ki, prezidentlik yerində qala, amma onun səlahiyyətlərinin bir qismi ləğv edilə bilər. Digər variantlar da mümkündür və ehtimal ki, Konstitusiyaya dəyişikliklər prosesi 2020-ci ildə başlayacaq.

Tərcümə: Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə