XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

28 Aprel 2015 - 15:22

Frenk Alkapone Sabir Rüstəmxanlya beyət etdi (ÖZƏL)

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Dünya Azərbaycanlıları Konqresinin (DAK) İstanbulda keçirdiyi 13-cü qurultayından sonra formalaşan yeni rəhbərliyinin təşkil etdiyi mətbuat konfransı keçirildi.

Strateq.az-ın tədbirdə iştirak edən müxbirinin verdiyi məlumata görə, mətbuat konfransını açan DAK sədri Sabir Rüstəmxanlı yeni formalaşan İdarə Heyətinin tərkibini jurnalistlərə təqdim etdi. O, daha sonra bildirdi ki, artıq dünyada bir DAK var:

“İkinci DAK kimi özünü təqdim edən tərəflərin nümayəndələrilə bir-bir əlaqə saxladım. Onların hər birini şəxsən qurultaya dəvət etdim. Bəziləri iştirak da etdi. Ancaq əksəriyyəti bildirdi ki, bu işdən ayrılıblar. Bizdə belə bir məlumat vardı ki, həmin adamların çoxu Moskvada yaşayan Frenk Alkaponenin yeni yaratdığı cəmiyyətə toplaşıb. Ancaq Frenkin özü də qurultayda iştirak etdi və bizi dəstəklədiyini bildirdi”.

Strateq.az-ın müxbirinin DAK Daimi Şurasının hansı səbəbdən buraxılması və həmin struktura rəhbərlik edən Əjdər Tağızadənin niyə istefa verməsilə bağlı sualına Sabir Rüstəmxanlı belə cavab verdi:

“Yeni formalaşan İdarə Heyətinin ilk toplantısında biz Daimi Şuranın buraxılmasına qərar verdik. çünki bizim Avropadakı strukturlarımız Daimi Şuranı DAK-dan ayrı qurum qəbul edirdi. Əjdər Tağızadə ilə isə aramızda heç bir narazılıq yoxdur. Qurultay onun könüllü istefasını qəbul etdi”.

Sonra çıxış edən İdarə Heyətinin üzvü İsmayıl Ağayev DAK-ın Azərbaycan nümayəndəliyinin rəhbəri kimi onların qarşısında böyük hədəflərin durduğunu bəyan etdi: “Biz həm ictimai, həm də diaspor təşkilatıyıq. Ancaq nədənsə, özümüzə sığışdırıb QHT-lərə Dövlət Dəstəyi Şurasına qrantla bağlı müraciət etmirik. Etmək lazımdır. çünki bizim buna tam haqqımız çatır”.

M. ƏLİ

Strateq.az

.