XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

28 Dekabr 2018 - 17:46

BÖLGƏDƏ İRAN-SƏUDİYYƏ RƏQABƏTİ:2019 iddialı Ərəbistan vəliəhdi üçün uğurlu olmaya bilər

“The Guardian”

 

Əgər 2018-ci il Məhəmməd bin Salmanın at oynatdığı vaxtı idisə, gələcək il ehtimal ki, başqa cür ola bilər. Gənc Səudiyyə varisi üçün başa çatan il uğurlu başlamışdı: iddialı islahat paketi, xaricdən hərbi münaqişəyə dəstək və 30 yaşlı Cared Kuşnerlə dostluq sayəsində sonuncunun qayınatası Donald Trampın Yaxın Şərqdə Səudiyyə dominantlığına xeyir-duası.

İmpuls yeddi dəqiqədə çökdü: oktyabr ayında İstanbulda səltənətin konsulluğu içərisində bir müxalif öldürüldü. Şok doğuran sui-qəsdlə şahzadə Məhəmmədin gündəmi bütün istiqamətlərdə şübhə doğurdu və varis şahzadəni əvvəllər göylərə qaldıran müttəfiqlər və skeptiklər islahat paketinə etiraz etməyə başladı.

Yeni il başlamadan ABŞ Senatı Riyadın Yəməndə müharibəsinə dəstəyi dayandırıb və şahzadə Məhəmmədi açıq şəkildə Camal Xaşuqcinin qətlini sifariş verməklə günahlandırıb – üç ay əvvəl taxta yolu açıq olan vəliəhdin gözləmədiyi iddia.

Şahzadənin layihələrindən biri olan Qətərin blokadası, Kanada ilə kiçik bir mübahisə və s. sonrası nəzərdə tutulan yerli mədəni və iqtisadi islahatlarla birlikdə artıq daha az inam doğurur.

Yəmən müharibəsi Səudiyyə Ərəbistanının şərq hissəsində İranın dayanaqlığını aradan qaldırmaq istəyən şahzadə Məhəmmədi xüsusilə narahat edir; o, krallığın pul sandıqlarını açaraq qıtlıq və xəstəlik üzündən çox sayda insanın öldüyü və ya yoxsul ölkəni tərk etdiyi Yəməndə “amansız düşməni” ilə döyüşür. Amma Hodeydada atəşkəsin davam edəcəyi təqdirdə, qalıcı bir həll üçün təzyiq artacaq.

İranın mövcudluğu şərqdə artmağa davam edir, İraqda və Livanda keçirilən seçkilərlə bağlı olduğu kimi; bu ölkələrdə daxili siyasi mübahisələr regional gündəmi müəyyən edir. Beyrutda “Hizbullah”, müttəfiqlərini təmsil etməyən hökumətin meydana gəlməsinə qatılmaq istəmir. İraqda mühüm müdafiə və daxili işlər naziri portfelləri yiyəsiz qalır. Bu bilək güləşdirmə oyunları sonsuza qədər davam edə bilər.

Əlbəttə, Suriyada Bəşər Əsəd iqtidarının təminatdakı rolu ilə əlaqədar olaraq, İran regionda öz təsirini gücləndirib və gələn il də bu faktı möhkəmləndirmək niyyətindədir. ABŞ bu davamlı yüksəlişdən narahat olaraq, 2019-cu ildə Tehranı dayandırmaq məqsədi güdür. Vaşinqton Obamanın imzaladığı nüvə razılaşmasının bir hissəsi kimi qaldırılmış sanksiyaları təkrar qüvvəyə mindirir.

Sıxışdırma İranın müttəfiqləri, o cümlədən Livan, Suriya və İraqı hədəfləyir. Bu ölkələrdə İranın pulu və təsiri işləkdir. Suriyadakı təxminən səkkiz illik müharibə dövründə Şam iqtisadi böhranla üzləşib. ABŞ-ın Suriyanın sərhəd qonşularına xarici ticarətlə bağlı xəbərdarlıqları təsirli olub. Başda şahzadə Məhəmmədin dəstəklənməsi olmaqla, Tramp administrasiyası İsraili qoruyub və İraq/Suriya sərhədində İŞİD-in qalıqları ilə mübarizə aparıb.

Ancaq ABŞ-ın Suriyadan çıxması barədə Donald Trampın açıqlaması – buna etiraz nümayiş etdirməklə istefa verən müdafiə naziri Cim Mattisin istəklərinə qarşı çıxması –  İŞİD əleyhinə kürdlərlə ittifaqın üzərindən xətt çəkir. Rəcəb Tayyib Ərdoğanın tezliklə Fəratın şərqində əməliyyata başlaması gözlənilir.

Burada da İran kabusu hərəkətverici qüvvədir. “Rojava” kimi tanınan Şimal-Şərqi Suriya İranın İŞİD sonrası nüfuz sahəsi sayılır. Ankara sanksiyalara görə potensial zəif Tehranla nisbətən yaxşı əlaqələrə sahibdir. ABŞ-ın İrana qarşı istədikləri qarşılığında “Rojava”da ABŞ-Türkiyə əlaqələrində son üç ildir pisləşmiş münasibətlərin yenidən canlanması şansı var. Ankaranın İrana arxa çevirməsi Tel-Əvivdə də yaxşı qəbul ediləcək.

2,5 milyondan çox məcburi köçkünü olan İdlib əyalətində – Türkiyə sərhədində vəziyyət qeyri-müəyyəndir. Bölgə Əsəd rejiminin əlinə keçməyib və geri alma cəhdləri qan tökülməsinə səbəb olacaq.

Əsəd və digər bir əsas tərəfdaş – Rusiya – Suriyanı sabit və biznes üçün açıq etməyə çalışır, lakin yenidənqurma pullarını toplamaq hər hansı bir siyasi həll olmadan çətindir. Ölkə əhalisinin yarısı Suriyanı tərk edib, ya da məcburi köçkündür. BMT təmsilçilərinin sözlərinə görə, 2019-cu ilin birinci yarısında vəziyyət dəyişməyəcək.

Tərcümə: Strateq.az