XƏBƏR LENTİ

22 Oktyabr 2020

Digər Xəbərlər

31 Dekabr 2018 - 11:43

2019-da AVROPANI GÖZLƏYƏN DƏHŞƏTLƏR:iqtisadi böhran, başağrısı törədən qaçqınlar, güclənən irqçilik... – Təhlil

Taha Dağlı

Haber7 (Türkiyə), 30.12.2018

 

ABŞ-la ticarət savaşı, NATO-da gərginlik, iqtisadi böhran, Böyük Britaniyanın ayrılması, qaçqınlar problemi və ultrasağçıların yüksəlişi. Avropanın düçar olduğu və indiki anadək gözə çarpdırmamağa çalışdığı bütün problemlər bunlardır, amma xoflanmaq üçün bu səbəblərin hamısı 2019-da tam gücüylə üzə çıxacaq.

Avropa bir neçə çətinliklə uzun müdət eyni vaxtda çarpışıb. Problemlər üst-üstə yığışıb və çoxalıb və bir çoxunun həlli yoxdur. Məsələn, “Brexit” prosesi 2019-un martında başa çatır. Yəni Böyük Britaniya AB-dən çıxır. Bu olay özüylə nə gətirəcək və nə aparacaq – hələlik tam şəkildə aydın deyil.

ABŞ prezidenti Trampın başladığı ticarət savaşı gedir. AB müxtəlif tədbirlər görməyə çalışsa da, birlik qarşıda onu nələrin gözlədiyini hələlik dəqiq görə bilmir.

Artıq ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyaları demirik. AB sanksiyalardan yan keçmək üçün tədbirlər görmək niyyətini elan edib. Lakin Avropa ölkələrinin İranla ticarətin davamı üçün onunla yaratmağı planlaşdırdığı maliyyə mexanizmi hələlik yaradılmayıb. Hətta bununla bağlı heç bir konkret addım da atılmayıb.

Qaçqınlar böhranı 2015-dən bəri Avropa üçün dəhşətə çevrilib. Avropalılar Türkiyənin qapısını döyərək bu dəhşətə son qoymağa çalışıblar. Qaçqınlar üzrə saziş çərçivəsində Türkiyəyə vəsait ödənilməsi məsələsində gərəkli addımlar belə də atılmayıb. Buna baxmayaraq, Türkiyənin sayəsində Egey dənizində mühacir axını kəsilib, amma Aralıq dənizində Şimali Afrikadan mühacirət Avropaya başağrısı verməkdədir.

Qaçqınlar Avropanın bir çox ölkələrində, hər şeydən qabaq Fransada küçələrdə, şəhər parklarında, körpülərin altında yaşamağa məcburdurlar. Onların saxlanması üçün mütəşəkkil düşərgələ məhduddur və tam dolub. Eyni durum Yunanstan üçün səciyyəvidir.

Küçələrdəki mühacirlər çoxalan irqçiliklə yanaşı avropalılar üçün özəl təhlükədir. Almaniyada Xemnits şəhərində AFR vətəndaşının qətlə yetirilməsinin iki iraqlının həyata keçirdiyi haqda ehtimallar iğtişaşlara və bu iki qrupun bir-birilə toqquşmasına səbəb olub.

İrqçilik həm küçələrdə, həm də parlamentdə böyüyür. Niderlandiya, Avstriya, Almaniya – bu durumun ən qaynar və canlı örnəyidir.

2019-un mayında isə Avropa parlamentinə seçkilər olacaq. Öz səsindən istifadə edən 400 milyon seçici bu proses nəticəsində Avropa parlamentinin simasını dəyişəcək. Statistik məlumatlar artıq indidən göstərir ki, parlament xeyli dərəcədə ultrasağçılarla dolacaq.

ABŞ və Avropanın münasibətlərindəki problemlər İrana qarşı sanksiyalar və ticarət savaşıyla məhdudlaşmır, onların arasında hələ hərbi böhran da var.

Fransa və Almaniya təhlükəsizlik və müdafiə məsələləri (PESCO) üzrə strukturlaşmış daimi işbirliyi haqda bir il qabaq imzalanmış sazişi həyata keçirmək və Avropa ordusu yaratmaq istəyir. Danimarka və Niderlandiya istisna olmaqla ölkələrin çoxu bu ideyanı dəstəkləyir.

AB və ABŞ arasındakı hərbi böhran əsasən NATO ətrafında cəmləşib. ABŞ prezidenti Tramp bu ilin iyulunda G7 sammitində “biz sizi qoruyuruq, siz isə pul ödəmirsiniz” ruhunda sözlər ünvanlayaraq onlardan hərbi xərclərin artırılmasını tələb edib.

NATO-dakı böhran o zaman ötəri səngimişdi, amma son həftərlərdə Avropa ordusu ideyasının gündəliyə çıxmasıyla bağlı görürük ki, bu böhran dərinləşir.

Görünür, 2019-da özəlliklə Böyük Britaniyanın ayrılması və Avropa parlamentinə seçkilərlə bağlı Avropanın üzləşəcəyi böhranlı məsələlər artacaq.

Tərcümə Strateq.az-ındır.




Yuxarı Əvvələ Ana Səhifə