XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

04 Yanvar 2019 - 17:10

ƏRDOĞAN VƏ BAXÇALI BÖYÜK OYUNA BAŞLAYIRLAR:Türkiyənin Baş qurdu kim olacaq? – Araşdırma  

Stanislav Tarasov

regnum.ru, 04.01.2019

 

Türkiyədə ekzotik, amma bir çox baxımdan rəmzi olay baş verib. Qazaxıstanın keçmiş qubernatoru, indi isə Ağır Atletika Federasiyasının fəxri prezidenti Kayrat Turlixanov Türkiyənin məşhur müxalifi, Milli Hərəkat Partiyası (MHP) lideri Dövlət Baxçalıya qurd kəlləsinin uyuğunu təqdim edib. Baxçalı təsirlənib. O, Turlixanovla Türkiyənin ünlü nəşrlərinin fotoqrafları qarşısında məmnunluqla duruş alıb. Hətta bildirib ki, qurd kəlləsi Türkiyənin indiyədək “Bozqurd” gənclər təşkilatının rəmzidir və başçılıq etdiyi partiyanın indiyədək ən radikal qanadı olaraq qalır. Amma bu, tam belə deyil və nədəsə belədir.

Canavar (bozqurd) əski türk tayfalarının baş totemi olub. O, hunların dönəmindən Osmanlı imperiyasına kimi milli rəmzə çevrilib. Türklər islamı qəbul etməzdən qabaq qurd kəlləsini bayraq ağacına taxardılar. O, sonralar ulduz və aypara ilə əvəzlənib. Türk mifologiyasında xurafat var ki, göytürklər Asena adlı dişi qurddan törəyiblər. Bu əfsanə Romul və Rem haqda Roma mifi ilə səsləşir. Öncədən verilən xəbərə əsasən, qurd türklər üçün ən taleyüklü anlarda, bu ərəfədə, ya da azadlıq və vətən uğrunda döyüşlərin qızğın çağında  onların qarşısında peyda olub. Türkiyədə hakimiyyət uğrunda çarpışan müəyyən siyasi güclər məhz buna görə bu rəmzdən təsadüfən fəal istifadə etmirlər. Özəlliklə bu və ya başqa səbəblərdən mifik ümumtürk dövləti Turanla bağlı layihələr canlandırılanda.

Türk millətçilərinin 1969-da Adanada “milli gücləri birləşdirən yeni partiyanın” – Millətçi Hərəkat Partiyasının (MHP) yaradıldığını bildirən məşhur lideri Alparslan Türkeşi anmaq yetər, özü isə lider seçilib. Baxçalı onun siyasi varisidir. Amma Türkeşi mübarizədə “üzdülər”. Yaradılaraq sonralar “boz qurdlar” adlandırılan “kommandos”u ən müxtəlif cəbhələrə, o cümlədən sosialist qruplaşmalar və partiyalar, universitetlərin solçu tələbələri, hakimiyyət təmsilçiləri və həmkarlara qarşı atdılar. Və Milli Təhlükəsizlik Şurası 1980-ci il 12 sentyabr hərbi çevrilişindən sonra bu gücü sanki ölkənin siyasi səhnəsindən sildi. Amma 1992-ci ildə qanun qəbul edildi, bundan sonra partiyalar yenidən açıldı, millətçilər tezliklə siyasi səhnəyə döndülər.

Onlar indi leqal güc kimi hərəkət edirlər. Baxçalı isə partiyanın təmsilçisi, Bülənt Ecevit hökumətində (1999−2002) baş nazirin birinci müavini olmuş adam kimi müasir siyasi sistemin işarə fiqurlarından biri kimi qəbul edilir. Lakin intriqa da var. Bu, Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğanın Baxçalını “Türkiyənin baş qurdu” saymağa razılaşıb-razlaşmayacağındadır. Axı prezident “ölkənin xarici düşmənlərə qarşı apardığı milli-azdlıq savaşı”nın təşəbüsçüsü özünü sayır. Millətçilər Ərdoğana “qurd” kimi deyil, siyasi cığırdaş kimi gərəkdir – onların yardımı və dəstəyi ilə hakimiyyət beşiyinin yanında durmaq mümkün olur. Başqa məsələdir ki, kommunist ideyaları ilə mübarizə aktuallığını itirəndən sonra Baxçalı Ərdoğandan xeyli qabaq milli birliyə və türk eyniyyətinin saxlanmasına çağırıb.

Bu isə bildirir ki, bağışlanmış qurd kəlləsi MHP lideri üçün qəliz problemi ifadə edə bilər. Bəzi türk ezoterikləri göstərirlər ki, bu gün Türkiyədə qurdu – düzdür, əsasən, şiə mühitində – “uğur rəmzi” sayırlar. Yeri gəlmişkən, qazaxlarda da oxşar təsəvvürlər var. Təkcə sünnilərdə münasibət bir qədər özgədir. Onlar hesab edirlər ki, qurd bəzi xəstəliklərə səbəb ola bilər və onu həmişə “gərginlikdə” saxlamaq, “ona atəş açmağa hazır olmaq” lazımdır.

Ərdoğan çoxdan anlayıb ki, Baxçalı Türkiyə üçün “Avropa perspektivi” varsa da, yalnız kağızda olduğunu deyəndə haqlı idi. Kürd problemi meydana çıxıb və Ərdoğan yenidən bunu – Baxçalı da buna çağırır – “kamalçılıq doktrinası”na salmağa çalışır. Buna görə də Baxçalıda duyum yaranır ki, “onun ideyaları qalib gəlir”, ölkədə gərəkli dəyişikliklər etmək üçün çatmayan səsləri yığmaqda yardım etməklə Ərdoğanı aparan odur.

Məsələ bundadır ki, millətçilərin lideri sonralar Türkiyə prezidentinə öz tələblərini irəli sürəcəkmi? Ərdoğan milli özünüdərkin dirçəlişi üçün çox şey edib. Osmanlı iddialarını rəsmən “dəfn edən” Lozanna barış anlaşmasını (24 iyul 1923) ləğv etməyi bildirmyə qədər. Prezident iqtisadi mövqeyi möhkəmləndirib, bütün qitələrdə “yumşaq güc”ə – diplomatik ekspansiyaya start verib. Ölkə onun səyləri sayəsində Avrasiyanın energetika və logistika qovşağına dönür, Rusiya və İranla işbirliyi fəal aparılır. Bax, Baxçalıya tədqim edilmiş qurd kəlləsi buna görə quruluşlu siyasi tamaşa kimi qavranılır. İlk pərdə baş tutub. Sonuncu necə başa çatacaq?

2019-cu il martın 31-də yerli seçkilər olacaq. Ərdoğanın partiyası – sosioloji sorğuların nəticələrinə əsasən –  seçicilərin 60%-ə yaxını özünü millətçi, atatürkçü, ya da mühafizəkar saydığına görə Baxçalının partiyası ilə alyansa girib. Hakimiyyət partiyası manevr edir. Bəs  sonra nə olacaq?

Tərcümə Strateq.az-ındır.

 

 




Yuxarı Əvvələ Ana Səhifə