XƏBƏR LENTİ

25 Sentyabr 2020
24 Sentyabr 2020

Digər Xəbərlər

29 Aprel 2015 - 07:16

Qarabağ köçkünlərinə 20 ildə 5 milyard manat xərclənib – RƏSMİ AÇIQLAMA

kockun.jpg

Məcburi köçkünlər arasında yoxsulluq həddi son 11 ildə 75 faizdən 10 faizədək azalıb.

Strateq.az bildirir ki, bu barədə Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov “Azərbaycan” qəzetinə yazdığı məqalədə qeyd edib.

Komitə sədri qeyd edib ki, qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli üçün son 20 ildə 5,1 milyard manat vəsait sərf olunub. Ondan 2,3 milyard manat dövlət büdcəsinin, 1,8 milyard manat Dövlət Neft Fondunun, 1,0 milyard manat isə beynəlxalq maliyyə qurumları və ölkəmizdə fəaliyyət göstərən beynəlxalq humanitar təşkilatların vəsaitidir.

“ümumilikdə indiyədək qaçqın və məcburi köçkünlər üçün 2,8 milyon kvadratmetr yaşayış sahəsi olan 89 müasir qəsəbə və çoxmərtəbəli binalardan ibarət müasir yaşayış kompleksi salınıb, 46 min ailə və ya 230 min nəfər qaçqın və məcburi köçkünün mənzil şəraiti yaxşılaşdırılıb. Ondan da 42 min ailə, yaxud 210 min nəfərə yardım (91%) son 11 ildə icra olunub”.

Ə. Həsənov məqalədə vurğulayıb ki, son 11 ildə məcburi köçkünlərə aylıq yemək xərci üçün verilən müavinətin məbləği 3,6 dəfə, kommunal xidmətlərə görə vəsaitin miqdarı 4,5 dəfə, Dövlətqaçqınkomun illik büdcəsi 5,5 dəfə artıb.

Dünya Bankı və Azərbaycan hökuməti arasında bağlanmış kredit sazişi üzrə 325 min nəfərin faydalandığı və dəyəri 30 milyon manat təşkil edən 520 mikrolayihə icra edilib. Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 2 min məcburi köçkün sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 40 milyon manat güzəştli kredit verilib.

X. SƏFƏRLİ




Yuxarı Əvvələ Ana Səhifə