XƏBƏR LENTİ

19 Yanvar 2021

Digər Xəbərlər

14 Yanvar 2019 - 14:42

TRAMPDAN TÜRKİYƏYƏ TƏHDİD: “İQTİSADİYYATINI MƏHV EDƏRİK!” –Bir tvitlə vurulan ilk zərbəni lirə üzərinə götürdü və məzənnə itirdi

Melissa Çeok, Elayza Sebenius

“Bloomberg’”, 14.01.2019

 

Prezident Donald Tramp ABŞ-ın planlaşdırılan çıxışından sonra Suriyadakı kürd qüvvələrinə hücum etməmək barədə Türkiyəni xəbərdar edib. O bildirib ki, əks halda, NATO müttəfiqi iqtisadi cəhətdən məhv ediləcək. Türk lirəsi bu bəyanatdan dərhal sonra məzənnə itirib.

Bazar gecəsi (ABŞ vaxtı ilə – tərc.) “tweet”-ində Tramp bəyan edib ki, “xilafət ərazisi” deyilən “az tanınan” İŞİD-ə zərbələr vura-vura, ABŞ hökuməti “uzun zamandan bəri gözlənilən” Suriyadan çəkilmə prosesinə başlayır və “cihadçılar”ın yenidən qruplaşdığı halda, yaxınlıqda yerləşən mövcud bazalardan hücumları həyata keçiriləcək.

Administrasiya rəsmisi prezidentin “tweet”-indən sonra deyib: “ABŞ Suriyanın şimal-şərqindən güclü, qəsdən və razılaşdırılmış bir şəkildə geri çəkilir və İŞİD əleyhinə mübarizə kampaniyasında koalisiya tərəfdaşları ilə yanaşı, etibar etdiyi qüvvələrlə pis davranmamağa çalışır”.

Trampın müharibə nəticəsində xarabazara çevrilmiş ölkədən ABŞ-ın çıxışı barədə dekabr ayında qəfil elan edilən qərarı həm müttəfiqlər, həm də düşmənlər arasında qarışıqlıq yaradıb və bu da müdafiə naziri Ceyms Mattisin istefasına gətirib çıxarıb.

Ərdoğan isə bir neçə həftə türk qoşunlarını kütləvi şəkildə Suriya sərhədinə toplayaraq ABŞ-ın qorumaq vədi verdiyi kürd qüvvələrini məhv etməyə hazırlaşıb.

Donald Tramp kürdləri də Türkiyəni təxribata çəkməmək barədə xəbərdar edib.

ABŞ və Türkiyə 60 il müttəfiq olub, lakin son illərdə onların münasibətləri münaqişələrlə dəfələrlə dayandırılıb. Suriyadakı YPG olaraq bilinən ABŞ dəstəkli və Türkiyənin düşmən hesab etdiyi kürd milislərinə hərbi müdaxilə Ankara və Vaşinqton arasına girmiş paz sayılır.

Trampın son “tweet”-ləri Ankarada coşqun təpki yaradıb.

Prezidentin sözçüsü İbrahim Kalin bildirib ki, Türkiyə “kürdlərə deyil, terroristlərə qarşı mübarizə aparır”.

“Cənab Tramp, terroristlər sizin tərəfdaşlarınız və müttəfiqləriniz ola bilməz, – deyə Kalın “Twitter”-də bildirib. – Suriya kürdlərini Türkiyə ilə 30 ildir döyüşən hərbiləşmiş bir təşkilatın Suriya şöbəsi olan YPG ilə eyniləşdirmək ölümcül səhvdir”.

Ölkələr arasında yüksəliş və enişlər keçən il Türkiyə iqtisadiyyatına ağır təsir göstərib. ABŞ-lı bir pastorun həbs olunması Türk hökumətinin bəzi üzvlərini hədəf alan ABŞ sanksiyaları və Türkiyəni tammiqyaslı valyuta böhranının astanasına gətirib çıxarıb.

Trampın “tweet”-indən sonra lira yenidən məzənnə itirib. İstanbulda, saat 11: 21-də 1 ABŞ dolları 5,5183 lirəyə dəyişdirilib, bu, inkişaf etməkdə olan bazarlara nisbətən böyük geriləmədir.

Amerika qoşunlarını Suriyadan çəkmək qərarının ardından YPG-yə dəstəyini davam etdirməsi israilli səlahiyyətlilər tərəfindən mehriban qarşılanmadan sonra Trampın milli təhlükəsizlik məsləhətçisi Con Boltonun Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü baş tutmayıb.

Ərdoğan yanvarın 8-də Ankarada Boltonla görüşdən boyun qaçıraraq televiziyada yayımlanan çıxışında perspektiv yoxluğuna görə onu təhqir edib.

“ABŞ prezidenti Trampla açıq bir razılıq əldə etmiş olsaq da, administrasiyanın müxtəlif şəxslərindən fərqli səslər eşidilir”, – deyən Ərdoğan əlavə edib ki, “Trampın sözləri bizim üçün istinad nöqtəsidir”.

Bolton həmin vaxt digər türk rəsmiləri ilə görüşərək şəhərdən ayrılmağa hazırlaşırmış.

Trampın elanından dərhal sonra, Bolton və dövlət katibi Maykl Pompeo da daxil olmaqla, administrasiyanın üst səviyyəli rəsmiləri Trampın əvvəlcə tez bir şəkildə geri çəkilmə təklifinə daha konkret şərtlər qoyaraq Türkiyəni məyus ediblər.

Gecikmə Türkiyənin terrorist olaraq nəzərdən keçirdiyi, amma İŞİD-ə qarşı mübarizədə ABŞ koalisiyasına müttəfiq kimi xidmət edən YPG-yə qarşı hücumu ləngidib.

Tərcümə: Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə