XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

16 Yanvar 2019 - 13:03

ƏRƏBLƏR ÜÇÜN İRAN İSRAİLDƏN TƏHLÜKƏLİDİRMİ? –Ərəb təhlilçi bölgə siyasətçilərini yıxıb-sürüdü: "Axmaqlar!"

Məhəmməd Ayəş

“Middle East Monitor”, 15.01.2019

 

“İrana qarşı çıxma İsraillə münasibətləri normallaşdırma və ittifaq tələb edir” ideyası tamamilə İsrail mənşəlidir; bu, yalnız regionda və dünyanın hər yerində baş verən hadisələrdə həmişə öz maraqlarını güdən işğalçı dövlətin gündəminə xidmət edir. İsrailin bu məsələdə ən son uğurları Körfəz ölkələrinin milyonlarla dollar sərf edərək İrana qarşı ərəb irqinin etiraz dalğasının yaranmasına səbəb olan sünni-şiə gərginliyini körükləməsidir.

İsraillə ittifaq anlayışı Ərəb Dünyasında yalnız İrana qarşı müharibənin, İsraillə sülh və işğal dövləti ilə münasibətlərin normallaşdırılmasının tələb etməsini düşünən ağılsız adamları cəlb edir. Əslində, həqiqət budur ki, İranla müharibə vacib deyil; o, bölgəyə lazımsız bir bir əşya kimi satılıb. Ancaq belə bir müharibənin zəruriliyini qəbul etsək belə, Tehran hökumətinə qarşı çıxmaq üçün İsrailin qucağına atılmağın mənası yoxdur.

Əgər İsrail kiminsə adından döyüşə bilsəydi, bunu Livanda edərdi, amma o hətta müttəfiqlərini taleyin ixtiyarına buraxıb, Antuan Lahadın “Cənub Livan ordusu”nun timsalında öz vəkillərini tərk edib və onları müdafiəsiz qoyub.

Ərəb Dünyasındakı münaqişələr İsraillə ittifaq və ya onunla münasibətləri normallaşdırma yolu ilə həll edilə bilməz. İsrail ya bu münaqişələri dərinləşdirir və onlara təsir edir, ya da tam biganəlik göstərir; onun müsbət təsir etməsi mümkün deyil.

Ərəb hökmdarları və siyasətçiləri, yəqin ki, bu həqiqətdən xəbərdardırlar, lakin hələ də dizlərini yerə sürtərək Təl-Əvivə doğru sürünür və sionist dövləti ipə-sapa yatacağına ümid edirlər, çünki onlar seçilmiş şəxslər deyil və öz ölkələrində heç bir qanuni legitimlikləri yoxdur. İsrailin məmnuniyyəti və Amerika dəstəyi – başqa heç bir alternativ qalmır.

Ərəbləri İsrailin qucağına atan son qalmaqal İsrail tədqiqat mərkəzinin dəvəti ilə ərəb və kürd alimləri, tədqiqatçılar və siyasətçilərinin işğal edilmiş Qüds şəhərində gizli bir konfransı olub. Konfransın mövzusu “Yaxın Şərqdə Türkiyə və İran təhlükəsinə müqavimət” idi. İsrail mətbuatının verdiyi məlumata görə, iştirakçılar İordaniya və İsraili birləşdirən konfederasiya, habelə İraq və Suriyanın ona qoşulma ideyasını müzakirə ediblər.

Əlbəttə, məqsəd İran və Türkiyəyə qarşı çıxmaqdır. İştirakçılar arasında ərəb peyk kanallarında həmişə inqilab, avtoritar və zülmkar rejimlərin devrilməsi zəruriliyi barədə çıxışlar edən tanınmış bir suriyalı müxalif də olub.

İsrail Ərəb bölgəsi boyunca məzhəbi gərginliyə sərmayə qoyur və ondan istifadə edir; o, neçə ildir ki, İrana qarşı təşəbbüs və səfərbərlikdən ən çox gəlir əldə edən tərəfdir. Təl-Əviv hökuməti artıq çox sayda ağılsız ərəb arasında məşhur olan ideyanı təbliğ edir: İran, İsrailə nisbətən, ərəblər üçün daha çox təhlükə yaradır; sanki ərəblər seçim etmək məcburiyyətindədir və düşmən kimi İsraili deyil, İranı seçməlidirlər.

Ərəb Dünyasında İrana qarşı təşəbbüs və səfərbərlik illərində İsrail baş naziri Binyamin Netanyahu Körfəz paytaxtlarından birini ziyarət edib; iki İsrail naziri bir ay müddətində başqa bir Körfəz paytaxtına səfərdə olub; yəhudi idman qrupu da digər bir Körfəz paytaxtını; dördüncü Körfəz ölkəsinin üst səviyyəli rəsmisi Təl-Əvivə yollanıb.

Bütün bu hadisələr boyunca həmişə bir ağılsız ərəb səsi səslənib: “İran İsraildən daha təhlükəlidir”. Əgər bu axmaq cümlənin əsaslılığını qəbul ediriksə, niyə o, bizdən tam şəkildə İsraillə münasibətləri normallaşmağı tələb edir?

Mahiyyət bundadır ki, İsrailin Ərəb Dünyasında illərdir şahid olduğu məzhəbi təhrikçilikdən ən çox faydalanandır və ərəblərin İrana və onun müttəfiqlərinə qarşı yürütdüyü uğursuz proksi müharibələrin ən böyük mənfəət götürənidir. Həqiqətən, İsrail İranla mübarizə aparmaq bəhanəsi ilə onun qucağına atılan Ərəb Dünyasının axmaq adamlarını tez görür.

Ayılın, İsraillə normallaşma nə vaxtdan İrana qarşı hər hansı bir şəkildə müqavimət baxımından faydalıdır?

Tərcümə: Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə