XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

18 Yanvar 2019 - 17:58

ERMƏNİLƏRDƏ YENİ ÜMİD:Paşinyan Türkiyə-Ermənistan münasibətlərini də "yumşaldacaq" - TƏHLİL

Simon Qaraxanyan

regnum.ru, 17.01.2019

 

İndi baş nazir vəzifəsində Ermənistanın başçısı olan Nikol Paşinyanın idarəçiliyi, çox güman ki, Ermənistan-Türkiyə münasibətlərində irəliləyişlə əlamətdar yad olunacaq. Bununla yanaşı, hökm deyil ki, bu irəliləyiş bütün sərhədyanı və diplomatik maneələri tam aradan aparan sənədin altındakı imzayla möhkəmləndirilsin.

Ermənistanın keçmiş prezidenti Serj Sərkisyanın İrəvan və Ankaranın sərhədlərin açılması və diplomatik münasibətlərin qurulmasını təmin edən protokolun imzalanmasına qədər aparan uğursuz səyi hələ də unudulmayıb. Və məsələ hətta bunda deyil ki, Türkiyə Qarabağ münaqişəsinin çözülməsinə qədər heç bir münasibət istəmir. Problem bundadır ki, Ermənistan cəmiyyətinin, o cümlədən diasporanın çoxu Türkiyə kurortlarında dincəlməyi normal saysa da, türklərə hələ də mənfi yanaşır.

Serj Sərkisyanın sərhədlərin açılmasından qaçılmaz qazancdan danışmaqda hədər səylərilə yanaşı, sıravi meşşanlar səviyyəsində türklərlə bağlı hər şeyə qarşı əks-təbliğat çiçəklənirdi. Misalçün, Ermənistanın bütün telekanallarında yayımlanan reklamı götürək: qəhrəman – guya, erməni istehlakçısı türklərə öz ordusunu silahlandırmaq və möhkəmləndirməyə imkan verən Türkiyə istehsalı mal aldığı üçün türk ona təşəkkür edir. Reklamın sonunda çağırış səslənirdi: “Ölkənin malını al”.

Müstəqil Ermənistanın tarixində Türkiyə ərzaqlarından imtina etməyə, Türkiyə kurortlarına səfər etməməyə  dəfələrlə çağırışlar səslənib. Və sənin cəmiyyətinin qonşu ölkəylə münasibətləri normallaşdırmağa hazır olmadığı bir durumda münasibətlərin normallaşmasına elan edilən kurs cəmiyyət tərəfindən məcbur edilən kimi qavranılır və daha çox zorla alınırdı.

İndi nə baş verir? Ermənistanın yeni rəhbərliyi imzalanmamış protokollara qayıtmayıb, əvəzində heç nə təklif etməyib, amma qonşuyla münasibətləri yoluna qoymaq ideyasından imtina etməyib. AB və İsveç bu arada Ankara və İrəvan arasında münasibətlərin normallaşması prosesində vasitəçi kimi fəallaşıb.

Birincisi, əvvəllər dayandırılmış tanışlıq layihəsinə hazırlıq gedir.

Layihənin məğzi bundadır ki, hələ yaxın vaxtlarda düşmənçilik edən iki xalqın necə yaşadığı və qarşılıqlı təsirdə olduğu ermənilər və türklərə konkret örnəklə göstərilsin. Bunun üçün ilkin olaraq Almaniya və Polşanın – ən dağıdıcı savaşda müxtəlif tərəflərdə olan ölkələrin sərhədindəki ərazi seçilib. Hesab olunur ki, polyaklar almanlarla ümumi dil tapa biliblərsə, onda ermənilər də türklərlə düzəlişə bilərlər. 

Eyni zamanda İsveç XİN-in dəstəyi ilə Türkiyədə türk dilində ölkənin tarixində ilk Ermənistan üzrə elektron variantda da əlyetən yol bələdçisi nəşr olunub. Yol bələdçisi qısa danışıq kitabını və Türkiyə turistləri üçün diqqətəlayiq yerlərin fotoşəklini ehtiva edir. Broşura müəllifləri Türkiyəli həmvətənlərini bağlı sərhədlərə fikir verməməyə, qonşu ölkəyə gəlməyə və tanımağa çağırır.

Erməni meşşanı Türkiyədə təkcə türkülərin oxunmadığını, kinematoqrafın isə “Möhtəşəm yüz il”lə məhdudlaşmadığını biləndə, Ermənistan Türkiyəyə aşağı keyfiyyətli, mədəni geniş istehlak malları ixrac edəndə, ölkələrin münasibətləri yeni səviyyəyə qalxanda, xalqlar eyni mədəni, bir-birini anladığı dildə danışanda və sərhədlərin açılması təbii, diplomatik münasibətlərin qurulması isə zəruri görünəndə davamlı stereotipləri məhz qarşılıqlı turist axını sındırar.

Bu vəzifənin gerçəkləşdirilməsi tam yerinə yetiriləndir, çünki indi bunun üçün əlverişli şərait yaradılıb. Ermənistanda hakimiyyət dəyişikliyini dəstəkləyən gənc siyasətçi, politoloq və ictimaiyyətçilərin önəmli bölümü bu gün haqlı olaraq deputat mandatı alıb, hökumətdə işləyir, idarələrə başçılıq edirlər. Xaricdə təhsil alanlar, beynəlxalq proqramlara baş çəkənlər bunların içindədirlər və törpü dəyməmiş, tösmərək, yataqanlı gənc türkün obrazı onlar üçün artıq çoxdan mif deyil.

Buna görə də Nikol Paşinyanın idarəçiliyi (Türkiyədə prezident Rəcəb Tayib Ərdoğan başda olmaqla yeniosmanlı tendensiyalarına baxmayaraq) Türkiyə ilə münasibətlərdə tərəqqini qeydə almaq və yuxarıdan vadar edilən deyil, cəmiyyətin tələbi olan normallaşmaya gətirməyə hər cür şansı var.

Tərcümə Strateq.az-ındır.  




Yuxarı Əvvələ Ana Səhifə