XƏBƏR LENTİ

23 Yanvar 2021

Digər Xəbərlər

19 Yanvar 2019 - 16:06

RƏSMİ İRAN MƏTBUATINDAN ŞOK ÇAĞIRIŞ:"QAFQAZI RUSLAR İŞĞAL EDİB, O, BİZƏ QAYTARILMALIDIR"

Bəhram Əmirəhmədian

“İran” qəzeti, 19.01.2019 (ixtisarla)

 

40 illyini qeyd edəcək İslam inqilabına və Sovet İttifaqının süqutundan 28 il keçməsinə baxmayaraq, İranın qonşu ölkələrlə münasibətlərində ötən illərin bəzi həqiqətləri hələ də təsirli şəkildə qalmaqdadır. Bu, tarixi keçmişin dərinliyinə gedib çıxır və yox olmaq əvəzinə, beynəlxalq mühitdə, bir növ, yeni münaqişə doğurur.

Söhbət Qafqazdan düşərkən, bizlərdən, iranlılardan bəziləri xiffətə qapılır, kədər və nisgillə deyir ki, bu dilbər guşəni ruslar işğal və ilhaq ediblər, o, Rusiya ilə əlaqələrdə mənfi əks olunur.

Bəlkə də XIX yüzilliyn sonunda ruslara verilmiş Mərkəzi Asiya da eyni nostalji hissini yada salır.

AzərbaycanGürcüstan, habelə Qafqazın başqa bir hissəsi – Ermənistan… hələ də onlar haqqında söz açır, bilir və inanırıq ki, bu torpaqları 100 ildir tərk etmişik və indi həmin ərazilər bizə qaytarılmalıdır.

Bu cür xiffətli qavrama bəzən bizi o qədər gücləndirir ki, bütün itirdiyimiz torpaqlarışərqdə Heratdan tutmuş, şimal-şərqdə Səmərqənd və Buxara, şimaldan Mərv və Bakı, eləcə də Gəncə, Tbilisi, şimal-qərbdə İrəvan və Naxçıvanadək – əraziləri qaytarmaq istəyirik.

Xəzər dənizindən danışarkən, onun yarısı – bizim payımızdır.

Ancaq o zamandan bəri uzun bir müddət keçib, nə İran – Qacar ​​dövrünün zəif ölkəsi, nə də Rusiya – çar Rusiyasıdır. Onların hər biri bölgədə güc mərkəzi və özünəgüvənli dövlətə çevrilib.

Bu arada, İslam İnqilabı sayəsində, İran regional gücünün əhəmiyyətli dərəcədə artmasını təmin edib. Soyuq müharibə və bipolyar dünya dövründə olduğu kimi, Rusiya ABŞ və kapitalizmə və ya “qlobal təkəbbür və imperializmə” maneədir. Bu balans nəzərə alındıqda, Rusiya ölkəmizin dostu, qonşumuz və müttəfiqimizdir. Müəyyən mənada ictimai fikrin, hətta intellektualların və ziyalılarımızın dairəsindəki düşüncələr və istəklərə, maraqlarımıza xilaf olaraq. İstəyirik ki, bütün qonşu ölkələr və bir zamanlar bizə məxsus ərazilər öz xoşu ilə tərəfimizə keçsin və öz maraqlarını mənafelərimizə uyğunladırsınlar.

Beynəlxalq münasibətlər etnik və ya dini mədəni yaxınlığa deyil, maraq və təhdidlərə əsaslanır. Bizim çoxlaylı, çoxqatlı davranışımız Rusiya Federasiyası ilə bu intellektual və ideoloji çərçivələrdə dövriyyə edir.

Soyuq müharibə dövrü artıq bitib və tarixin ən böyük səhvinə işıq düşüb. Sovet İttifaqının super güc və imperiya olduğu onun dağılmasının ilk onilliyində özünü aşkara çıxarıb. ABŞ-ın imperializminə və kapitalist dünyasına qarşı aciz ölkələrin maraqlarını müdafiə edən super gücün özü, demə, çətin böhranlardan əziyyət çəkirmiş. 2000-ci ilin əvvəlinə qədər Putin ölkənin idarəçilik sükanını əlinə aldı, buna qədər qarışıqlıq, etimadsızlıq və mafiya qruplarının hökmranlıq dönəmi idi.

Niyə biz, iranlılar digər ölkələrlə münasibətlərdə həmişə hər şeyin İranın mənafeyinə olacağını gözləyirik? Bunun əksi olduqda və ya maksimum tələblərimiz yerinə yetirilmədikdə, daim bəxtsizlikdən şikayətlənir və tərəfdaşlarımızı yola gətirmək üçün zar-zar ağlayırıq…

Məsələ mühüm və mühüm olduğu qədər aydındır.

Bizimlə əlaqəsi olan əks tərəf öz  maraqlarını qorumaq, böyük üstünlük qazanmaq və bizdən daha çox pay almaq istəyirsə, bu, beynimizi qarışdırır və tənqidlər doğurur.

Rusiya – möhtəşəm ölkədir və onun coğrafiyası hərbi cəhətdən güclü olduğunu iddia etmyə əsas verir. Biz daim xatırlamalıyıq ki, Qərbin Rusiya ilə davranışının təbiəti dominantdır. Ruslar bəzən bu yanlış yanaşmaya təpki verməkdən başqa bir seçimə malik deyillər. Təpkilər də bəzən Qərbə Soyuq müharibə dövrünə və Corc Kennanın (amerikalı diplomat, nəzəriyyəçi, tarixçi, “Soyuq müharibənin memarı”, “çəkindirmə siyasəti” və Trumen doktrinasının mənəvi atasıtərc.) nəzəriyyəsinə uyğun hərəkət etmək üçün bəhanə verir.

Tərcümə Strateq.az-ındır

 

Arayış: “İran” qəzeti rəsmi dövlət mətbu orqanıdır, 1995-ci ildə İRNA dövlət agentliyi tərəfindən təsis olunub.  2006-cı ildə İran azərbaycanlılarını təhqir edən karikaturanın dərcinə görə br müddət qapadılıb.




Yuxarı Əvvələ Ana Səhifə