XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

21 Yanvar 2019 - 11:33

ABDULLAH GÜL YENİ PARTİYA YARADIR?- Tanınmış politoloqdan sensasion proqnozlar

“Yeniçağ” qəzeti, 19.01.2019

 

“Piar” Araşdırma Şirkətinin başçısı Qədir Atalay öz təhlilində 11-ci prezident Abdullah Gül və ona yaxın şəxslərin 1 Aprel seçkilərinə hazırlaşdığını iddia edib. Sosial media hesabından paylaşdığı təhlildə Atalay sabiq prezidentin əvvəlcə Səadət Partiyasının adını dəyişdirəcəyini, sonra da lider olacağını bildirib:

“TV5-də başlayan yenilənmə prosesi Türkiyənin sağ cinahında çox yaxın vaxtlarda ortaya çıxacaq yeni hadisələri işıqlandırır.

Diqqətli baxışlar bunu yüzdə-yüz görüb.

Biz bunu görə bilməyənlər üçün yazırıq.

Bir müddətdir ki, TV5-də çox böyük dəyişikliklər gedir.

Məsələn, yenilənən kadrlar, studiyalar, görüntü və səs keyfiyyəti…

Hamısında böyük peşəkarlıq açıq-aşkar görünür.

Əlbəttə, bunlar pul axını ilə asanlıqla icra ediləcək işlərdir.

Amma əsla gözləmədiyim böyük paradiqma dəyişikliyidir.

Bəllidir ki, “Milli Görüş”ün siması “Milli Görüş”ün paradiqmalarını dəyişdirəcək.

Xüsusi mövzular və qonaqlar “Milli Görüş”ü hər kəsin evinə, beyninə çatdıracaq kimi görünür.

Bu dəyişikliyin ana daşıyıcısı olmalıdır:

1- Pul.

2- İnsan qaynağı.

3- Yeni bir ağıl.

Pulla insan qaynağı çözülüb, bu bəllidir.

Bəs bu pulu, insan qaynağını və dəyişikliyi təmin edən ağıl sahibi kimdir?

Bu üçünü birdən “Milli Görüş”ə kim ianə edə bilib?

Bax, ən mühüm məsələ budur.

Məncə, bu ağıl sahibi Abdullah Gül və onun çevrəsidir.

Məqsəd nədir?

Gül və heyəti AK Parti və Ərdoğanı birbaşa hədəfə alaraq yıxmağa çalışmır. Ərdoğanı şeytanlaşdırma qabiliyyəti yüksəkdir və onlar AK Parti seçicisinə düşmən olaraq siyasətdə şanslarının olmadığını bilirlər. Buna görə də hazırlıq 31 Mart üçün deyil, 1 Aprel üçün aparılır.

Bu cür ki…

AK Partinin bələdiyyə seçkilərinə qədər təbii yıpranma yaşayacağını, bir qisim seçicisinin əslində qopmuş olacağını öncədən görürlər.

İkincisi, seçkidən əvvəl “seçki iqtisadiyyatı”nın təsirinin 1 Apreldən etibarən bu günə qədər heç yaşanmamış gerçək bir iqtisadi çökmə yaradacağını bilirlər.

Yəni “Ərdoğan uğursuzdur” sözünü özlərinin deyil, seçicisinin söyləyəcəyi anı gözləyirlər.

Məhz həmin gün öncə Səadət Partiyasının adını dəyişdirəcəklər, sonra Gül lider olacaq.

Əli Babacan, Mehmet Şimşək, Cəmil Çiçək, Hüseyn Çelik, kənardan bir çox sosial-demokrat, liberal, mərkəz sağçı, kürd bir araya gələcək və yeni iqtidar partiyası qurulacaq.

Məclisdəki bölgü dəyişəcək, Ərdoğan topal ördək olacaq.

Növbədənkənar seçkinin nəticəsində yenidən Aİ üzvlüyünə namizəd, yeni bir Türkiyənin konturları cızılacaq.

Bilmədiyim yeganə şey Əhmət Davudoğlunun bu işin içində, yaxud ondan kənarda olacağıdır.

Məncə, partiyadan kənarda qalması daha yaxşı olardı”.

Tərcümə: Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə