XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

22 Yanvar 2019 - 13:45

ROTŞİLDLƏR KİPRİ DÜNYANIN YENİ MALİYYƏ MƏRKƏZİNƏ ÇEVİRİR –Offşor şirkətlər bura daşınacaq, Aralıq dənizi hövzəsində gərginlik artacaq - ARAŞDIRMA

Ergün Diler,

”Takvim”, Türkiyə, 22 yanvar 2019-cu il

 

“Nevada Reno” haqqında çox yazdım. İzləyənlər bilir. Yeni güc balansının mərkəzi olacaqdı. Lakin olmadı. Nə üçün olmadı? Niyə bu günlərə gəldik? Çətinlik nədədir? Gəlin, birlikdə bu suallara cavab axtarmağa çalışaq. Çünki bu məsələ oralardan buralara, YPG-yə qədər uzanır…

İki il öncə dünya yeni pul mərkəzi ilə bağlı razılaşma əldə etmişdi. Mərkəz üçün yer olaraq da ABŞ-ın sərhədləri daxilindəki Nevada əyalətindəki Reno şəhəri seçilmişdi. Bu barədə bütün detalları ilə yazdım. Çünki önəmli idi. Ancaq mərkəzin idarəçiliyi Rotşild ailəsində olmalı idi. Bu, əslində iki tərəf üçün də, dünya üçün də önəmli razılaşma idi. Bu anlaşmanın böyüklüyü onun yeni dünya nizamı ilə bağlı razılaşma olmasında idi.

Ancaq Pentaqon daxilindəki “dərin struktur” bu anlaşmanın Vaşinqton üçün bir məğlubiyyət olacağını gördü. Haqsız da deyildilər. Qarşı çıxdılar və o andan etibarən Vaşinqtonun “dərin struktur”u ilə Rotşild ailəsi hər sahədə qarşı-qarşıya gəldilər.

Mübarizə belə başladı və güclənərək davam etdi. Durum belə olunca, “İpək yolu”, Aralıq dənizi, Orta Şərq, Körfəz ölkələri, AB, İngiltərə, Almaniya, Fransa, İtaliya və Türkiyədə Pentaqonla Rotşild ailəsi arasında gedən mübarizəni izləməyə başladıq.

Avropanın göbəyində terror hücumları, liderlərin dəyişməsi, hökumətlərin qurula bilməməsi, siyasi gözdənsalma kampaniyaları, çevriliş cəhdləri, AB-nin çöküşü üçün “Brexit” kimi onlarla hadisə baş verdi. Bu hadisələrin hamısının mərkəzində Pentaqonla Rotşild ailəsi arasında gedən mübarizə dururdu.

2019-cu il çox önəmli bir ildir.

“Nevada Reno” Rotşild ailəsi üçün də çox önəmli bir plan idi. Bəli, Rotşild ailəsi bu planla ABŞ-ı işğal edəcəkdi. Pentaqon da bunu anladı. Bu işğalın sonunda ABŞ-da ştatların üsyanı həyata keçiriləcəkdi. Texas və Kaliforniya ayrılmaq üçün ictimai binalarda ABŞ bayraqlarını endirib, sadəcə, ştat bayraqlarına izn verəcəkdi. Beləliklə, hadisələr Rotşild ailəsinin istədiyi yönə doğru inkişaf edəcəkdi. Bunun ardınca daha 19 ştat eyni addımı atacaqdı. ABŞ-ın parçalanması üçün “Nevada Reno” müdhiş plan idi, amma gerçəkləşmədi.

İndi isə Rotşild ailəsinin “Nevada Reno” layihəsinin eynisi üçün seçdiyi yer Kiprdir. Həm Şimali Kipr Türk Respublikası, həm də Cənubi Kipr artıq ailənin yeni “Nevada Reno”su olma yolundadır. Qloballaşan dünyada şirkətlərin ticarət fəaliyyətlərini asanlaşdırmaq üçün qurulduğu söylənən, amma əslində Rotşild ailəsinin olmayan pulu rəsmi olaraq göstərmək üçün “kəşf etdiyi” “offshore” sisteminin mərkəzi artıq Kipr adası olacaq.

Baham adaları, Cersi, Man adası, Delaver, Honkonq, İrlandiya, İsveçrə, Lixtenşteyn, Kayman, Mavriki və Bermud adaları kimi “offshore” mərkəzlərinin hamısı bir neçə il içində Kiprə daşınacaq.

ABŞ-ı bölmək üçün “Nevada Reno” layihəsini hazırlayan Rotşild ailəsi hansı ölkələri parçalamaq üçün Kipri seçib?

 

Dünyanın yeni mərkəzi artıq Aralıq dənizidir

 

Pentaqon yox olsa da, Rotşild ailəsinin bütün üzvləri bir gecədə həyatlarını itirsə də, Kipr yeni dünya nizamının pul mərkəzi olacaq. Bu planı hazırlayan Rotşild ailəsi Aralıq dənizindən idarə ediləcək bir dünyanı qəbul edib.

Maraqlı olan odur ki, Pentaqon da eyni planı hazırlamışdı, lakin onun maliyyə gücü böyük olmadığı üçün Kipri maliyyə bölgələrindən biri olaraq istifadə etməyi planlaşdırırdı.

İndi toqquşmanın artacağı bölgə, uzun müddətdən bəri olduğu kimi, Aralıq dənizi olacaq.

Pompeonun “Orta Şərq Strateji İttifaqı” (MESA) ssenarisi üçün İordaniya, İraq, Misir, Bəhreyn, BƏƏ, Səudiyyə Ərəbistanı, Qətər Omana səfər etməsi Rotşild ailəsinin Kipr üzərindən Aralıq dənizini idarəetmə planına qarşı atılmış addımdır.

Fransa Prezidenti Makronun dilə gətirdiyi Davamlı Strukturlaşmış Əməkdaşlıq proqramı (PESKO) da NATOOrta Şərq Strateji İttifaqına qarşı atılmış bir addımdır.

Pentaqon çox ciddi bir qumar oynayır. Bu, ya ölkənin bölünməsinə gətirib çıxaracaq, ya da, keçmişdə olduğu kimi, hərbi metodlarla idarə edilən bir dünyanın Vaşinqtondan idarə edilməsini təmin edəcək.

Pentaqon birinci ehtimalın heç də az olmadığını bilir. Lakin ona görə, bu ehtimal ABŞ mövcud olduğu müddətcə onsuz da mövcud olacaq. Ona görə də bu ehtimalı daha da azaltmaq üçün qorxmadan risklər alan bir ABŞ görürük.

Pentaqonun tarixdə bu qədər aqressiv olduğunu heç xatırlamırıq. İndi Pentaqon heç bir ölkə ilə qarşı-qarşıya gəlməkdən çəkinməyərək, dünyanı daimi – davamlı müharibə vəziyyətində saxlayır.

Çox önəmli müdafiə strategiyası nəşrləri ABŞ-ın bu məxfi əməliyyat müharibəsini uduzma ehtimalının artması halında, Çinə qarşı hərbi əməliyyat keçirəcəyini söyləyir. Bugünədək heç bir təxminlərində yanılmayan bu strateqlərin sözlərinə diqqət etmək faydalı olar.

Tərəflər arasında səssiz davam edən toqquşma indi hər kəsin görəcəyi və hər ölkənin də mütləq tərəf seçməyə məcbur olacağı səviyyəyə keçib. Bu, 2019-cu il üçün proqnozlaşdırılan bir durumdur.

Hər ölkədə seçkiyə qarışan ABŞ indi də Avropadakı seçkilərə əl atıb. Artıq bir çox Avropa ölkəsində seçimin yönünü dəyişdirmək üçün millətçi anlayışı önə çıxaran Pentaqon var.

Millətçi anlayış dünyanın xaos günlərində həmişə işə yarayıb. Bu gün də xaos günlərinə doğru getdiyimizi qəbul edərsək, millətçi cərəyan, əlbəttə, güclənəcək.

Almaniya, Fransa, İtaliya, Hollandiya, İsveç Macarıstan kimi ölkələrdəki ifratçı sağın güclənməsi, illərlə ona qarşı olan Pentaqonla birgə olması, qəribə görünsə də, təəccüblü deyil. Çünki Vaşinqtonun strateji düşüncəsi hər bir cərəyandan istifadə edər. Bu, bu gün üçün də keçərlidir. İfrat sağın gücləndiyi ölkələrdə Rotşild ailəsi həmişə çətinlik çəkib. Bunu anlamaq da çətin deyil. Mübarizənin, aparılan işin mahiyyəti də budur.

Payını almayan, təsirə məruz qalmayacaq olan yoxdur.

TürkiyəYPG vasitəsilə özünə qarşı aparılan bu mübarizəni – təhdidi haqlı olaraq sərhədlərindən kənarda qarşılamaqla və uzaqda ortadan qaldırmaqla rahatlamaq istəyir.

Bu dəfə də qarşımıza pulla çıxırlar. “Hər kəs tərəfini seçəcək” deyirlər. Türkiyənin durumu çox özəl olduğu üçün hər iki güc də bizi israrla öz yanında görmək arzusundadır…

Ankaranın nə qərar verəcəyi önəmlidir. Bu qərarın tərəflərdən birinin xeyrinə olması, yəni tərəflərdən birini seçməyimiz üçün təzyiqlərlə üzləşirik. Məsələ budur. Yerdə qalanı hekayədir…

Tərcümə Strateq.az-ındır