XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

22 Yanvar 2019 - 17:05

İSRAİL KƏŞFİYYATI ÖLKƏYƏ AYAQ BASAN HƏR BİR TURİSTİ İZLƏYİR –Keçmiş nazirdən ifşaedici qeydlər

Yossi Beylin,

“Əl-Monitor”  22.01.2019

 

Bir həftə əvvəl İsrail və Birləşmiş Ştatların bir neçə fələstinli vətəndaşı ilə eyni qrupda, səyahətçilər arasında idim. Bu hadisə də həmin vaxt baş verib.

İordaniyada iki gün keçirdikdən sonra İsrailə dönürdük. Gecə, bağlanmasına bir saat qalmış Şeyx Hüseyn körpüsünə yetişdik. İordaniya universitetində magistr dərəcəsi almaq üçün təhsil alan, İsrail vətəndaşları olan fələstinli gənc qadınlardan başqa orada səyahətçi yox idi.

İsrail vətəndaşı olan həm yəhudilər, həm də ərəblər tezliklə təhlükəsizlik nəzarətindən keçdi, amma amerikalı turist keçid məntəqəsindən buraxılmadı. Onun kiçik çamadanı nəzarət məntəqəsində öncədən “təmizlənmişdi”, buna görə də yalnız çantasında olan sənədləri yoxlamaq qalırdı.

Gənc müfəttiş sənədləri bir-bir yoxlayır və bir cüt gözünü onlara tam ciddliklə zilləyirdi. Daha sonra o, “İkidövlətli həll” adlı “xüsusilə şübhəli” bir sənəd tapdı. Sərhəd agentləri sənədi əldən-ələ verərək, nəzərdən keçirdilər. Bundan sonra Bir-Zeyt və Təl-Əviv Universitetində dərs deyən professor olduğunu izah edən adamı sorğu-suala tutdular. O bu “təxribatçı dəlil”i haradan əldə etdiyini ətraflı izah etmək məcburiyyətində qalmışdı.

Keçidin bağlanma vaxtı yaxınlaşdıqda, terminal bütün digər səyahətçilərdən təmizləndi. Həmkarımız, professor sərhəd polisinə çatdırılmalı idi, o, baş verənlərin yeni bir şey olmadığını izah etdi. Həmçinin dedi ki, narahatlıq üçün əsas yoxdur, yolumuza onsuz davam edək. Biz bu xahişi yerinə yetirməkdən imtina etdik. Yarım saatdan sonra o, Amerika pasportunu geri aldı və bizi buraxdılar.

Daha sonra “Yedioth Ahronoth” qəzetində Naum Barneanın imzası ilə yazılmış (16 yanvar) məqaləni gördüm. Məqalədə İsraildə təşkil olunan konfrans ve toplantılara qatılmağa dəvət edilən qonaqların doldurmalı olduğu anketdən söz açılırdı.

Bu, şəxsi məlumatların qeydini tələb edən sadə bir anketdir, ancaq bu anketdə iki çox heyranedici sual var: konqresdə olmadığı zaman ziyarətçinin planları nədir və asudə vaxtında kiminlə görüşmək niyyətindədir? İkinci sual İsrailə yollanmış hər kəsə məlumdur, yəni ailə üzvlərinin, dostların adları, işgüzar əlaqələr, alimlərin, diplomatların və hökumət üzvü olan digər tanışların adlarının bildirilməsi…

Demə, bu (iddia edildiyi kimi), dövlətin qonaqpərvərlik jestidir. Şəxsin anketi doldurması tələbi yoxdur, (lakin görünən budur ki), bunu icra edənlər VİP şəxs kimi qeydiyyata alınacaq və ölkəyə girişdə sorğu-suala cəlb olunmayacaqlar.

Bu yeni proseduru hansı “parlaq zəka” sahibinin icad etdiyini öyrənmək cəhdi də çətinliklə üzləşir.

İsrail hava limanları İdarəsi konfrans iştirakçılarına anketi verən təşkilatdır, lakin “Şin Bet”ın (İsrail kəşfiyyatı tərc.) bu fikrin arxasında olduğunu iddia edir, çünki ölkəyə qədəm basan şəxslərin terrorla əlaqəli planının yoxluğuna əmin olmaq istəyir.

Barnea bunu “Şin Bet” vasitəsilə təsdiqləməyə çalışdıqda, heç bir şey alınmayıb. Daxili Təhlükəsizlik Agentliyi bu sorğu anketindən bixəbər olduğunu iddia edib.

Hər halda, İsrail zərərli niyyətləri olan hər bir turistin ölkəyə gəldikdə bunu bəyan etməyəcəyini bilməsi məntiqlidir.

Bu cür təcrübələr İsrail qapılarına gələnlər üçün aydın təsirə malikdir. Bu kimi suallar verən totalitar dövlətlər var və şəxsən mən belə bir anketə cavab vermək məcburiyyətində deyiləm. Buna görə də bu ölkəyə qayıtmaq istəmirəm.

Yeri gəlmişkən, bu dövlətlərin qapılarında sualları verən şəxslər özlərini təqdim etmir və kimi təmsil etdiyini soruşmağa cəsarət edən kimsəyə qəzəb və kobud şəkildə cavab verirlər.

Turizmin iqtisadi və diplomatik əhəmiyyətini bilən dövlət oturduğu budağı sındıra biləcək hərəkətlərə yol verməməlidir. Bu problem potensial turistlərdən məhrum olmaq təhlükəsindən çox dərindir. İsrail demokratik ölkə olduğunu şübhyə alır. Halbuki demokratik millət-dövlətdir və müəyyən cəhətdən qeyri-demokratik hərəkətlər edir, buna görə də, qlobal demokratiya indeksləri onu “qüsurlu demokratiya” kimi təsnifatlandırır.

İsrailin qismən demokratiya olması vacib deyil. Təhlükəsizlik təhdidləri onu Skandinaviya ölkələri və ya terrorizmlə qarşılaşan başqa ölkələrdən fərqli hərəkət tələb etmir.

Amansız liderlərə – Braziliya prezidenti Jair Bolsonaro, Macarıstan baş naziri Viktor Orban və Rodriqo Duterte – (liberal dəyərlər və bəzən antisemitizmlə mübarizənin hesabına) dostuq jestləri edən İsrail rejimi, anketləri doldurmaqdan imtina edən hər kəsə qarşı qeyri-səmimidir. Belə bir rejimin İsrailin demokratik imicinə zərbə endirdiyinin fərqində deyil.

…İsrailin növbəti hökuməti indikindən fərqli olsa, İsrail darvazalarında icra edilən hərəkətləri mütəmadi olaraq yoxlamalıdır. O, qonaqların fikirləri və yoldaşları ilə bağlı sualları yığışdırıb, həqiqətən, təhlükəsizliklə bağlı zəruri işlərə baş qoşmalıdır.

Qeyd: Yossi Beylin Knesset üzvü olub və İsrail hökumətində müxtəlif vəzifələrdə, o cümlədən ədliyyə və dini işlər naziri postlarını tutub.

Tərcümə: Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə