XƏBƏR LENTİ

19 Oktyabr 2020

Digər Xəbərlər

23 Fevral 2016 - 14:24

İran Cənubi Qafqazın “enerji piroqu” uğrunda mübarizəyə başlayır –Təhlil

 

qaz-hatti-esas

 

Qaz qiymətlərinin enməsi fonunda Xəzər bölgəsi tədarükçüləri arasında kəskin rəqabət güclənməyə başlayır. 

 

Xəzər bölgəsindən enerji daşıyıcılarının ixracatı üçün tranizt ölkə rolunu oynayan Gürcüstan üç qaz ixracatçısı arasında əsas döyüş meydanına çevrilib. Tiflis qış dövründə qaz qıtlığına istinad edərək, hazırda Gürcüstana tədarükün 90%-ni təmin edən Azərbaycanın, qalan 10%-ni tədarük edən Rusiyanın, indi isə hələ İranın təkliflərini nəzərdən keçirir.

 

Gürcüstanın yekun seçimi uzunmüddətli, ciddi nəticələr doğura bilər. Respublikanın qaz tədarükünü şaxələndirməyi Gürcüstan ərazisindən Türkiyə və Avropaya nəhəng qaz tədarükü marşrutunu planlaşdıran Cənub Qaz Dəhlizinin (CQD) əsas təşəbbüskarı Azərbaycandan asılılığın azalmasına səbəb olacaq. ABŞ və Avropa bu layihəni Avropanın Rusiyanın energetika nəhəngi, Kremlin tez-tez geopolitik silah qismində yararlandığı “Qazprom”dan asılılığının azalması üsulu kimi irəli sürür. Lakin Gürcüstan rəsmiləri “Qazprom”u, hesablamalara görə, hazırda ildə 2,5 milyon kubmetr təşkil edən qaza artan tələbatı ödəməyə qadir olan potensial tədarükçü sifətində nəzərdən keçirməyə başlayıb. Gürcüstan energetika naziri Kaxa Kaladze fevralın 19-da “Qazprom” təmsilçiləri ilə görüş keçirib. O, EurasiaNet.org-a deyib: “Azərbaycan bizim strateji tərəfdaşımız və dostumuzdur, lakin həmçinin Gürcüstan bazarında faktiki monopoliyaçıdır”.

 

Onun iddiasına görə, kənd rayonlarında yüksək tələbat və elektrik enerjisi istehsalının artması üzündən Gürcüstanın qaz ehtiyacını ödəmək üçün tədarükü çoxaltmağa Bakının texniki imkanları yoxdur. Gürcü məmurlar qeyd edirlər ki, ölkə 2,5 milyon kubmetr həcmində qaz qıtlığına məruz qalır ki, düzdür, bu, respublikanın istehlak etdiyi mavi yanacağın ümumi həcminin yalnız cüzi hissəsini təşkil edir. Qıtlığın son dərəcə önəmsiz miqyası gürcü məmurların iri tədarükçülər siyahısını nə üçün yenidən tərtib etdiyi haqda suallar doğurur. Kaladzenin sözlərinə görə, keçən yaz Azərbaycan qazının korporativ müştərilər üçün qiymətinin, təxminən, 30% artmasından sonra (bir kubmetrə 318 dollaradək) Tiflis “Qazprom”a müraciət etdi və o, “dedikcə rəqabət qabiliyyətli təklif etdi”.

 

“Qazprom”dan alışın artırılması ideyası Gürcüstanın əksər sakinlərində təşviş yaradır. İki ölkə arasındakı 2008-ci il müharibəsindən sonra Rusiyaya düşmən münasibət yüksək səviyyədə qalmaqdadır. Kaladze “Qazprom”la sövdələşmənin Gürcüstanın suverenliyini hansısa dərəcədə təhlükə altında qoyacağı haqda fikri rədd edir. O, EurasiaNet.org-a deyib: “Ən yaxşı halda (Gürcüstanın qaz idxalatının ümumi həcmində Rusiya payı) 10%-dən 12%-ə qalxacaq” və əlavə edib ki, Rusiya qazını yalnız məhdud çevrədə korporativ isrtehlakçılar alacaq.

 

Kaladze həmçinin məlumat verib ki, qiymətin endirilməsinə cəhd etməkdən ötrü Rusiyanın təklifini Bakıya göstərdi, lakin bu, hələlik baş verməyib. Gürcüstan və Azərbaycan yalnız yayda tədarükü azaltmaq və istehlakın ən yüksək göstəriciyə qalxdığı qışda qalığı qışa ataraq tədarük qrafikinin yenidən nəzərdən keçirilməsini razılaşdırıb.

 

Bu arada səhnəyə İran çıxdı. Tehran beynəlxalq sanksiyalar götürüldükdən sonra hazırda Rusiya tədarükündən asılı olan Ermənistan ərazisindən Gürcüstana gündə 14 milyon kubmetr qaz tədarükü təklif etdi.

 

Adətən, bu bölgədə öz iri tədarükçü statusuna qısqanclıqla yanaşan Rusiya, təəccüblüdür ki, İranın atdığı addıma olduqca sakit yanaşdı. “Qazprom” hələlik Tehranın Güney Qafqazın energetika piroqundan bir dişlək almaq cəhdi xüsusunda heç bir etiraz səsləndirməyib.

 

Energetika məsələlərilə məşğul olan İrəvan “E-kub” analitik mərkəzinin rəhbəri, analitik Ara Mərcanyan hesab edir ki, “Qazprom”un sakit münasibəti Tehranla Moskvanın Suriya üzrə əməkdaşlığı və İrana nisbətdə sanksiyaların ləğv edilməsi ilə izah olunur.

 

O deyir: “Gözə gətirməyə qorxuram, lakin yeni geostrateji və iqtisadi gerçəkliklər Rusiyanı daha çox əməkdaşlığa köklənmiş etdi”.

 

İran qazının Ermənistan ərazisindən alışı haqda ideya Gürcüstanın bütün sakinlərinin ürəyindən deyil. Tiflisli müstəqil analitik Liana Cervalidze bu fikrin tərəfindədir: energetik təhlükəsizlik, iqtisadi məqsədəuyğunluq və geostrateji təsəvvürlər diktə edir ki, “Əksinə yox, Ermənistana qaz tranziti kanalı kimi qalmaq Gürcüstanın marağındadır”.

 

Kaladze əvvəllər iddia edirdi ki, “Qazprom” Tiflisi tranzitə görə qaz əvəzinə pulla ödənişə məcbur etmək üçün Ermənistana tədarükü tamamilə dayandırmaq və ona İrandan qaz almaq imkanı vermək hədəsi gəlib. İrandan gələn təkliflə “Qazprom”un hədəsi arasında əlaqə olub-olmadığı hələlik aydın deyil. lakin Tiflis Tehranın təklifindən hələlik istifadə edə bilmir. Ermənistanın “Qazprom”un nəzarətində olan İrana boru kəmərinin buraxılış qabiliyyəti ildə yalnız 1,1 milyard kubmetr təşkil edir və ondan ancaq Rusiya qazı axır. Hələlik yeni qanadın inşasından söhbət getmir.

 

Corctaun universitetinin təhlükəsizlik məsələləri üzrə adyunkt-professoru və energetika məsələləri üzrə şərhçi Stiv Livayn hesab edir ki, Rusiya ilə İranın Ermənistanda əməkdaşlığı dar səciyyə daşıyacaq. O deyir: “Tarixdə nümunə yoxdur və doğrusu, Rusiyanın çağdaş tarixində də dəqiq yoxdur … ki, o, yaxın müttəfiqini, bax, bu cür atsın”.

 

Livayn əlavə edir: “Düşünürəm ki, İranla Rusiya arasında sıx əməkdaşlıq olmayacaq. Onlar rəqibdir. İran öz maraqları ilə hərəkət edəcək”.

 

Bununla belə, hətta İran qazının nəqli üçün Ermənistanın tranzit ölkəyə çevrilməsi ideyası Ermənistanın düşməni və Gücüstana əsas qaz tədarükçüsü Azərbaycanı qeyzləndirib. Onsuz da Kaladze ilə “Qazprom”un danışıqlarından hiddətlənmş Bakı İrandan qaz ixracatı üçün tranzit ölkə qismində  Azərbaycanıın potensialını reklam etməyə başlayıb. Hökumətyönlü xəbərlər agentliyi “Trend” bu ideyanı sağlam düşüncəyə daha çox cavab verən adlandırıb.

 

Kaladze fevralın 17-də İrana səfəri zamanı bildirib ki, Tiflis bu variantı da nəzərdən keçirdir.

 

Azərbaycan və Gürcüstandan Türkiyəyə, sonra isə Avropaya qaz kəməri İrana cəlbedici layihələr kimi görünə bilər. Tehran bu il öncələr bu ixracat marşrutuna marağını ifadə edib, lakin hələlik CQD layihəsinə qoşulmaq haqda rəsmi açıqlama verməyib.

 

Energetika mövzusu üzrə ixtisaslaşmış "Caspian Barrel" analitik mərkəzinin rəhbəri, bakılı analitik İlham Şabanın fikrincə, Tehran Avropanı özünə əsas bazar sayırsa, onda İranın quzey-qərbində birbaşa Təbrizdən 3,5 min kilometr uzunluğu ilə Azərbaycan mavi yanacağının AB-yə yönəlik ixracatı üçün nəzərdə tutulmuş CQD-nin mərkəzində yerləşən Transanadolu qaz kəmərinin Türkiyə hissəsinədək şaxə sala bilər.

Bu arada Tiflis daha bir variantı nəzərdən keçirdir: CQD-nin bir qanadı olan Cənubi Qafqaz qaz kəmərindən qaz vurulmasını. Kaladze fevralın 18-də bildirib ki, bu varinat mümkün olsa, Gürcüstan nə İrandan, nə də Rusiyadan əlavə həcmdə qaz alacaq.

 

Georgi Lomsadze

EurasiaNet.org

 

Tərcümə Strateq.az-a məxsusdur




Yuxarı Əvvələ Ana Səhifə