XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

23 Fevral 2016 - 14:14

İranla Azərbaycan 11 sənəd imzaladı:Tehranla Bakı neft və qaz sahəsində birgə əməkdaşlıq edəcək

ilham ruha

 

İranla Azərbaycan arasında əməkdaşlıq barədə 11 sənəd imzalanıb.

 

Strateq.az İRİB-ə istinadən bildirir ki, bu gün Azərbaycan prezidenti İlham Əliyev və İran prezidenti Həsən Ruhani ilə görüşdən sonra əməkdaşlıq sənədlərini hər iki dövlətin nazirləri imzalayıb.

 

Azərbaycanla İran arasında fövqəladə hallar zamanı, gömrüklə bağlı inzibati kömək, veterinar kömək haqqında müvafiq sənədlər imzalanıb.

 

Bundan başqa, hər iki dövlət elektrik enerjisinin satışı haqqında saziş, iki ölkəni birləşdirəcək Astara-Astara dəmir yolunun çəkilməsi haqqında çərçivə sazişinə qol çəkib.

 

SOCAR-la İran Milli Neft Şirkəti arasında imzalanan saziş neft-qaz sahələrində əməkdaşlığı ehtiva edir. Bu barədə imzalanmış memorandumda birgə əməkdaşlıq əks edilib.

 

Bundan əlavə, iki dövlət səhiyyə və tibbi kömək, əmək münasibətləri, məşğulluq və sosial müdafiə barədə əməkdaşlıq memorandumu imzalayıb.