XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

23 Fevral 2016 - 14:39

Putin Ərdoğanı nüvə müharibəsiylə təhdid edib –Ankaranın geri çəkilməsinin sirri açılır

 

'Putin, Erdoğan'ı nükleerle tehdit etti' iddiası

 

Türkiyənin Suriyaya quru qoşunları yeritmək qərarından niyə əl çəkməsinin səbəbləri tədricən aydınlaşır. Məlumata görə, Putin Ərdoğanı, bu hal yaranarsa, Rusiyanın taktiki nüvə silahlarından istifadə edə biləcəyiylə təhdid edib.

 

Streteq.az xəbər verir ki, iddianı bir zamanlar (1980-cı illərdə) İranqeyt skandalını ortaya çıxaran ünlü araşdırmacı-yazar Robert Parri ortaya atıb.

 

Yazar Səudiyyə Ərəbistanı və Türkiyə ordusunun Suriyaya girəcəyi ehtimalında Putinin Ərdoğanı nüvə hücumu ilə təhdid etdiyini bildirib. Məlumatın yazara Vladimir Putinə yaxın qaynaq tərəfindən ötürüldüyü xəbər verilir.

 

Xəbərdə o da qeyd olunub ki, Türkiyənin NATO-ya üzv olması qarşılıqlı nüvə silahlarından istifadə ehtimalını yaradır. Bu isə, faktiki olaraq, dünyanın məhviylə nəticələnən 3-cü Dünya savaşının başlanması deməkdir.

 

Perrinin redaktorluq etdiyi Consortium News.com-da nəşr olunan "Əl-Qaidə uğrunda nüvə döyüşü riskinəmi giririk?" sərlövhəli yazısında Rusiyanın mövqeyi belə izah edilir: "Suriya sərhədinə yığdığı yüzminlərlə əsgərlə Türkiyə və irəli texnologiyaya sahib hava qüvvələriylə Səudiyyə Ərəbistanı dediklərini yerinə yetirər və aralarında əl-Qaidənin uzantısı olan Nusra Cəbhəsinin də olduğu müxalifləri hücumdan qorumaq üçün Suriyaya hərbi müdaxilə edərsə, o zaman Rusiya da bölgədəki 20 min civarında hərbi qulluqçusunu qorumaq üçün bu cür qərar vermək məcburiyyətində qala bilər”.

 

Maraqlıdır ki, bu zamana qədər açıq şəkildə Suriyaya quru əməliyyatlarına başlaya biləcəklərinə dəfələrlə eyham vuran Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu dünən belə bir niyyətlərinin olmadığını bəyan etdi. Robert Parrinin iddiaları doğrudursa, görünən budur ki, rəsmi Ankara Moskvanın ipinin üstünə odun yığılmayacağını, nəhayət, anlayıb.

 

Heydər

Strateq.az