XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

24 Yanvar 2019 - 15:48

Netanyahudan general Süleymaniyə qəribə müraciət:"İSRAİLDƏ KEÇİRİLƏCƏK SEÇKİLƏRƏ MÜDAXİLƏ ETMƏ!"

i24NEWS (İsrail), 24.01.2019

 

Baş nazir Benyamin Netanyahu çərşənbə günü, yanvarın 23-də İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) nüfuzlu komandanı Qasim Süleymaniyə çağırış edib.

Süleymani Suriyadakı əməliyyatları əleyhinə güclü əks-hücumların qarşısını almaq üçün İsrail liderini vəzifəsindən kənarlaşdıracağı ilə hədələyib.

“Seçkilərə müdaxilə etmək əvəzinə, Süleymani Suriyada yaratmaq istədiyi İran bazalarının statusu ilə maraqlansa, daha yaxşı olar. Nə qədər ki, baş nazirəm, onlara qarşı döyüşü dayandırmayacağıq”, – deyə Netanyahu axşam saatlarında əks-cavab “tweet”i atıb.

Netanyahunun təxribatçı “tweet”-indən qısa müddət sonra Rusiya Xarici İşlər Nazirliyi İsraili Suriyadakı həmlələri “dayandırmalı olduğu” barədə xəbərdar edib.

İran xaricində xüsusi əməliyyatlara məsul olan İİKK-in “Qüds” Qüvvələrinin komandanı həftəsonu bildirib ki, İsrailin Suriyadakı hücumlarının qarşısını almanın yeganə yolu İsrail ərazisinin dərinliklərinə raket həmləsini həyata keçirməkdir və bu, Netanyahunun seçkilərdə məğlub olmasına səbəb olacaq.

Bu barədə Küveytin “əl-Cəridə” qəzeti xəbər verib.

İİKK komandanının xəbərdarlığı İsrailin hava hücumları sonrasında səslənib. Suriya İnsan Haqları Rəsədxanasının (SOHR) çərşənbə axşamı verdiyi məlumata görə, məlum həmlə zamanı 12 İİKK üzvü də daxil olmaqla, 21 nəfər öldürülüb.

İsrail baş naziri, 11 iranlı da daxil olmaqla, ən azı 27 rejim tərəfdarının öldürüldüyü may hücumlarından bəri ölümcül həmlələrlə öyünüb.

Lakin İran Xarici İşlər Nazirliyi Netanyahunun özünütərif “tweet”-inə dərhal cavab verərək, həftəsonu hücumlarında iranlıların öldürülməsi ilə bağlı məlumatları təkzib edib.

Süleymaninin sözlərinə görə, İran və müttəfiq qüvvələr İsrail hücumlarından xəbərdar olduqdan sonra bir saat əvvəldən bölgəni tərk ediblər.

“Əl-Cəridə”yə danışan bir qaynaq da Xarici İşlər Nazirliyinə istinadla Suriyada İran hərbi bazalarının varlığını yalanlayıb, müharibə nəticəsində parçalanmış ölkədə yalnız iranlı məsləhətçilərin olduğunu bildirib.

Özəl məlumatlara görə, Süleymani Suriyanın cənubunda, İsrail-Suriya sərhədindəki Colan Təpələrində, atəşkəs rejiminin hökm sürdüyü əraziyə baş çəkib.

Rusiyanın vasitəçiliyi ilə Tehran və Şam qüvvələri Colan Təpələrindən ən azı 40 km uzaqda qalmalıdır.

Tərcümə: Strateq.az