XƏBƏR LENTİ

17 Yanvar 2021
16 Yanvar 2021

Digər Xəbərlər

25 Yanvar 2019 - 13:22

BİR GÜLLƏ İLƏ ÜÇ “DOVŞAN”- Moskva Adana sazişi ilə nə məqsəd güdür?

Maksim Suçkov,

“Əl-Monitor, 24.01.2019

 

Rusiya və Türkiyə prezidentləri arasında yanvarın 23-də Moskvada çoxdan bəri gözlənilən görüş Suriya ilə bağlı suallara cavab verməyib, amma müəyyən fikir ayrılığının olduğuna və onların həllinə dair yolu göstərib.

Prezident Vladmir Putin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana ikitərəfli ticarət dövriyyəsinin təsirli rəqəmlərini açıqlamaqla səmimi qarşılayıb: “2018-ci ilin ilk 10 ayında ikitərəfli ticarət əvvəlki ilə nisbətən daha çox artıb. Ötən il Türkiyəyə gələn rusiyalı turistlərin sayı 30% çoxalaraq 6 milyon nəfərə çatıb… Şübhəsiz, əlaqələrimizin genişlənməsinin regional təhlükəsizliyə ciddi təsiri var.

“Həmrəyliyimiz regional təhlükəsizliyə əhəmiyyətli qatqı təmin edir”, – Ərdoğan cavab verib.

Putin Suriya Konstitusiya Komitəsinin formalaşması ilə əlaqədar Ərdoğan və Astana formatında İran prezidenti Həsən Ruhani ilə görüşləri tərifləyib. “Astana formatı hazırda Suriyadakı münaqişənin həllində ən təsirli mexanizm olaraq qalır…”

Yəqin ki, mətbuat konfransının ən vacib hissəsi Putinin Astana qrupunun işinə zərbə vurmaq üçün Avropanın səyləri barədə danışdıqları idi. Ərdoğanla görüşdən əvvəl Moskva, Fransa, Böyük Britaniya və Almaniya nümayəndələrinin BMT Baş katibi Antonio Quterreşə məktub yazdıqlarını söyləyib. Məktuba istinadən Putin müəlliflərin Steffan de Misturadan BMT-nin Suriya elçisi vəzifəsindən ayrılmazdan əvvəl Konstitusiya Komitəsinə dair Astana qrupunun qərarlarını bloklamağı tələb etdiyini açıqlayıb.

“Şübhəsiz, biz bunu öyrəndikdə şok keçirdik, lakin səbirli olacağıq və onlarla işləyəcəyik”, – Putin deyib.

Yəqin ki, başqa bir uğur İdlibdə “birgə antiterror mübarizəsi”nin davam etdirilməsi barədə razılıqdır. Hər iki tərəf “hərbsizləşdirmə zonası”nın “Heyət Təhrir əl-Şam”ın boz zonasına çevrildiyini pisləyib. İndi İdlibdə aparılacaq xüsusi tədbirlər üzrə danışıqları davam etdirmək üçün iki ölkə hərbçilərinə tapşırıq verilir. Mümkündür ki, planın detalları Moskvada toplaşan Astana triosunun iclasında yekunlaşdırılacaq.

“Türkiyə vəziyyətin aradan qaldırılması üçün çox şey edir, lakin terrorçu qrupların hərəkətlərini ləğv etmək üçün daha çox ikitərəfli addımlar tələb olunur”, – Ərdoğan bildirib.

Bu proses kürdlərin nəzarətində olan ərazilər və Türkiyənin “bufer zona” ideyası səbəbindən mürəkkəbləşib.

Keçən həftə Moskva bölgəyə dair narahatlıqlarını ifadə edib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov yanvarın 16-da bildirib ki, “ən yaxşı və yeganə həll bu ərazilərin Suriya hökumətinin, Suriya təhlükəsizlik qüvvələrinin və inzibati strukturlarının nəzarətinə verilməsidir”.

Putinlə danışıqlardan sonra Ərdoğan Moskva və Ankaranın Suriyanın şimalında yerləşən təhlükəsiz zonaya dair heç bir fikir ayrılıqları olmadığını vurğulayıb. Ancaq Putin Dəməşqlə kürd nümayəndələri arasında dialoqu dəstəklədiyini söyləyib: “Bu dialoq Suriya xalqının və milli birliyin möhkəmlənməsinə təkan verəcək, yalnız Suriya üçün deyil, bütün qonşu dövlətlər üçün də faydalı olacaq”.

Rusiya prezidenti həmçinin “ABŞ-ın Suriyadan çıxması kontekstində” baş verə biləcək hadisələr barədə danışıb. Putinin sözlərinə görə, bu planlar həqiqətən yerinə yetirildikdə, müsbət bir addım olacaq və hazırda Suriya dövlətinin sabitləşməsinə kömək edəcək.

Türkiyə-Suriya sərhədində “bufer zona” yaratmaq perspektivləri də müzakirə edilib.

Xarici işlər naziri Mevlut Çavuşoğlu Moskvada keçirilən görüşdən bir gün sonra Türkiyənin Suriyada “təhlükəsiz zona” yaratmaq imkanına sahib olduğunu, lakin “əməkdaşlıq etmək istəsələr, ABŞ, Rusiya və ya digərləri”ni istisna etməyəcəklərini söyləyib.

Onun sözlərinə görə, zonanın yaradılmasına dair hələ heç nə dəqiq deyil, ancaq Ankara və Vaşinqtonun fikirləri “bir neçə məqamda uzlaşmır”. O, tərəflərin Mənbicə dair müzakirəyə başladığını deyib.

Hazırda bu şəhər YPG-nin nəzarətindədir.

Çavuşoğlu eyni zamanda Ankara və Moskvanın, Suriya prezidenti Bəşər Əsədin vəzifədə qalmasın istisna olmaqla, Suriyaya dair siyasi qətnamədə eyni mövqedə olduğunu deyib. O, Türkiyə ilə Suriya hökuməti arasındakı dolayı təmasları təsdiqləib, lakin təfərrüatlı məlumat verməkdən yayınıb.

Bu sözlər Türkiyə ilə Suriya arasındakı Adana razılaşması barədə mətbuat konfransında Putinin açıqlaması baxımından əhəmiyyətlidir. Putin 1998-ci ilin oktyabr ayında iki ölkə arasında imzalanan müqavilənin hələ də qüvvədə olduğunu deyib. Saziş Türkiyənin sərhəd təhlükəsizliyini təmin etmək üçün nəzərdə tutulub. Müqaviləyə əsasən, Suriya tərəfi Kürd Fəhlə Partiyasının (PKK) fəaliyyətinə aid öhdəliklər götürüb. Türkiyə PKK-nı YPG və “Suriya Demokratik Qüvvələri” ilə sıx əlaqəli terror qrupu hesab edir: “Suriya qarşılıqlılıq prinsipi əsasında Türkiyənin təhlükəsizliyinə və sabitliyinə təhlükə yaratmaq məqsədilə öz ərazisində hər hansı bir fəaliyyətə icazə verməyəcək. Suriya silah təchizatı, logistik materiallar, maliyyə dəstəyi və təbliğat fəaliyyətinə icazə verməyəcək”.

Müqavilə həmçinin “iki ölkənin yüksək səviyyəli təhlükəsizlik orqanları arasında birbaşa telefon əlaqəsi” və “diplomatik nümayəndəliklərinə iki xüsusi nümayəndə” daxil olmaqla, bu məsələ ilə bağlı Şam və Ankara arasında yaxın təhlükəsizlik koordinasiyasını nəzərdə tutur.

Sazişin qəbulundan 20 ildən çox müddət keçsə də, Suriya və Türkiyə PKK-nın sərhəd əməliyyatları ilə əlaqədar mürəkkəb bir yolun ağına düşür. Putin Ərdoğanı bu müqaviləni yenidən aktivləşdirməyə çağırıb. Moskva bu məsələyə dair ən az 2016-cı ildən bəri Ankara və Şam arasında danışıqlar aparır.

İki paralel barışıq – Dəməşq və kürdlər arasında siyasi, habelə Ankara ilə Şam arasında təhlükəsizlik koordinasiyasının başlanması konsepsiyası – Moskvanın Türkiyə, Suriya və kürdlərin maraqlarını uzlaşdırmağa dair yaradıcı fikridir. İdeya birinci tərəf üçün təhlükəsizliyi təmin etməyə cəhddir; “təhlükəsiz zona” / tampon zona isə ikinci dövlətin bütövlüyünün qorunması perspektivinə xidmət edir; üçüncü üçün muxtariyyət şəklində siyasi gələcək və təhlükəsizliyin təmini.

Planın həyata keçirilməsi çox çətin olacaq. Amma güc istifadəsini nəzərdə tutan ssenariyə daha yaxşı alternativ olmadıqda, Astanada keçiriləcək növbti görüşün mövzusu ola bilər.

Tərcümə: Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə