XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

28 Yanvar 2019 - 17:23

VENESUELA BÖHRANININ ANATOMİYASI:ABŞ-dan maliyyələşdirilən QHT-lər və Pentaqonun yeni “məcbur edən güc” strategiyası – Araşdırma

Vladimir Proxvatilov,

politobzor.net, 28.01.2019

 

Venesuela prezidenti Nikolas Maduro Almaniya, Fransa və İspaniyanın  ultimatumunu rədd edib. Ultimatumun məğzi: Venesuelada səkkiz gün ərzində erkən seçkilər təyin edilməsə, müxalifət lideri Xuan Quaydonu ölkənin müvəqqəti prezidenti qəbul edəcəklər.

Venesuelada nəsə misli görünməmiş hadisələr baş verir. İğtişaşlar müxalifət lideri, Venesuela Milli Assambleyasının sədri Xuan Quaydo yanvarın 23-də özünü Venesuela prezidentinin səlahiyyətlərini üzərinə götürdüyünü elan etdikdən sonra başlanıb. ABŞ, Kanada, Gürcüstan, Braziliya, Argentina, Kolumbiya, Çili, Ekvador, Kosta-Rika, Peru, Paraqvay, Honduras, Panama yalançı prezidenti sanki komanda üzrə tanıyıb. Kuba, Boliviya, Nikaraqua, Salvador, habelə Rusiya, Türkiyə və İran başlanmış qarşıdurmada prezident Maduronu dəstəkləyib.

Rusiya XİN-də yanvarın 24-də qeyd ediblər: “Xaricdən durumun süni şəkildə qızışdırılması aparılır, ən radikal əhval-ruhiyyəyə təkan verilir. Suveren dövlətin daxili işlərinə həyasızcasına açıq müdaxilə davam edir”.

“The Wall Street Journal” xəbər verir – Quaydonun bəyanatından bir gün qabaq ABŞ vitse-prezidenti Maykl Pens ona zəng edib və “söz verib ki, Quaydo hakimiyyəti Madurodan qamarlasa, ABŞ onu dəstəkləyəcək”. WSJ yazır – ABŞ indi Venesuelada öz müttəfiqləri ilə işləyir, həm də… “Tramp administrasiyasnın müxalifət lideri Xuan Quaydoya dəstək nəzərdə tutan gizli planı ciddi düşünülüb və sərt şəkildə koordinasiya olunur”.

“The Wall Street Journal”-in məlumatına görə, Tramp administrasiyası son bir neçə həftədə Venesuelanın “demokratik irsə” qayıdışı haqda məsələ üzrə Venesuela müxalifətinin təmsilçiləri ilə danışıqlar apararaq Maduronun devrilməsi üzrə gizli planı onlarla detallaşdırıb. Prezidentin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton və ABŞ dövlət katibi Mayk Pompeo planın hazırlanması və dəqiqləşdirilməsində iştirak ediblər.

“Associated Press” agentliyi xəbər verib ki, Quaydo dekabrın ortalarında Venesuelanın Kolumbiya ilə sərhədini rəsmi sərhəd məntəqələrindən kənarda qeyri-leqal keçib və Vaşinqton, Kolumbiya və Braziliyaya səfər edib ki, müxalifətin kütləvi nümayişlərini bu ölkələrin rəsmiləri ilə razılaşdırsın. Amma Venesuela müxaliflərinə əsas dəstəyi ABŞ Dövlət Departamenti verib.

Venesuelanın qarışdırılması planı hələ on il qabaq prezident Uqo Çavesin dönəmində hazırlanmağa başlamışdı. Bu, 2006-nın noyabrında ABŞ-ın Venesuela səfiri Uilyam Braunfildin gizli teleqramında şərh olunmuşdu; teleqramı sonradan WikiLeaks saytı dərc edib. Plan Braunfild tərəfindən ABŞ-ın Cənub komandanlığı üçün hazırlanmışdı və “Çavesin siyasi bazasına sızma”, “Çavizmin parçalanması”, “ABŞ biznesinin həyati maraqlarının qorunması”, “Çavesin beynəlxalq səviyyədə təcridi”nı nəzərdə tuturdu. Braunfild Venesuelada “vətəndaş forumları” deyilən qurumların təşkilinə milyonlarla dollar itirən USAID və OTI (Office of Transition Initiatives) kimi təşkilatların təxribatçı fəaliyyətini təsvir edib. Amerika səfiri OTI-nin 600 000-dən çox venesuelalını əhatə edən “Demokratiya aramızda” təhsil proqramı haqda da danışıb. Braunfild məlumat verib – USAID 2004-2006-ci illərdə Venesuelanın haradasa 300 QHT-sinə 300 milyon $-a yaxın vəsait ayırıb, ABŞ-ın hədəflərinə çatmaqda onlara texniki dəstək təklif edib.

“The Intercept” poprtalı yazır ki, Amerikanın milyarder Kox qardaşlarının maliyyələşdirdiyi “Atlas Network” kürəsəl şəbəkənin Venesuela filialı indiki böhranda önəmli rol oynayır. Uqo Çaves “Koch Industries” şirkətinə neft satmaqdan imtina edəndə onlar “Cedice Liberta” strukturu vasitəsilə Maduronun Mariya Korina Maçado və Leopoldo Lopes kimi siyasi düşmənlərini dəstəkləməyə başladılar. Bu müxaliflər Venesuelada “diktator rejimi” devirməkdə yeganə mümkün üsul kimi baxdıqları şəhər zorakılığının (guarimba) tərəfdarıdırlar. ABŞ Pentaqonda işlənmiş, “hədəf ölkə”yə qarşı komplekls maliyyə sanksiyaları və siyasi müxalifətə dəstəklə yanaşı, hərbi güc işlətmək təhdidi ilə aktiv onlayn əməliyyatların tətbiqini nəzərdə tutan “məcbur edən güc” strategiyasını (coersive power) indi Venesuelada sınayır. Fransa publisisti, “Volter şəbəkəsi”nin qurucusu Tyerri Meysan hesab edir ki, ABŞ-ın məqsədi təkcə prezident Maduronu devirmək və oyuncaq Huaydonu onun yerinə qoymaq deyil, “Karib hövzəsində (Latın Amerikası) bölgəsi ölkələrində dövlət strukturunu dağıtmaqdan” ibarətdir. Tyerri Meysanın fikrincə, bu, əvvəlcə Nikolas Maduronun, sonra Xuan Quaydonun da aradan qaldırılmasını tələb edir. Lakin “son hadisə Quaydo İsrail, Böyük Britaniya və ABŞ-ın dəstəyi ilə “sülhməramlılar”ın yerləşdiriləcəyi Braziliya, Hayana və Kolumbiyadan “yardım istəməmişdənqabaq baş verməyəcək, bütöv şəhərlər xarabazarlığa dönənə kimi zorakılıq davam edəcək”.

…Bu günlərdə Venesulada baş verən hadisələrin önəmi bundan ibarətdir ki, II Dünya savaşından qabaq İspaniyada baş verən dünya düzəninin yenidən radikalcasına qurulmasına can atan bənzər hadisə orada sınaqdan keçirilir.

Tərcümə: Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə