XƏBƏR LENTİ

19 Yanvar 2021

Digər Xəbərlər

30 Yanvar 2019 - 10:02

Avroparlamentə may seçkiləri siyasi inqilabla nəticələnəcəkmi? –QLOBALİSTLƏR POPULİSTLƏRİN TƏLƏSİNƏ DÜŞƏ BİLƏR

Mark Leonard

“Project Sydicate”, 28.01.2019

 

Avropa Parlamentinə may seçkiləri siyasi inqilabla nəticələnə bilərmi?

Populist və milliyyətçi partiyalar, sözsüz ki, buna ümid edirlər. Onlar yalnız Brüssel quruluşunun devrilməsinə deyil, eyni zamanda, insanların azad hərəkətinə son verməyi, Rusiyaya qarşı sanksiyaları aradan qaldırmanı, NATO-dan imtina etməni, gələcək ticarət razılaşmalarından xilas olmanı, habelə iqlim dəyişikliyinə qarşı mübarizə siyasətindən imtinanı və cinsi azlıq nikahını ləğvini vəd edirlər.

Bu ideyaların bir çoxu uzun müddət avroskeptik partiyaların seçki proqramlarına yazılıb. Lakin Avropa Şurasının xarici əlaqələr üzrə (ECFR) təmsilçiləri Susi Dennison və Pavel Zerkanın keçirdiyi anket sorğusu seçicilərin, keçmişə nisbətən, bu il həmin təkliflərə daha müsbət yanaşacağını isbatlayır.

Keçmişdə Avropa seçkiləri əsasən milli, iştirak faizi az və s. olub. Ancaq o günlər bitib. Kampaniya mövsümü artıq transmilli, pan-Avropa tədbirinə çevrilib.

Amerikalı populist Stiv Bannon sağ-milliyyətçi hökumət koalisiyaları qurmağa çalışarkən, Macarıstan baş naziri Viktor Orban və İtaliya baş nazirinin müavini Matteo Salvini miqrasiya hüququ saxlanılmaqla, antiasketik populist ittifaq yaradıb. Orban və Salvininin məqsədi Aİ qurumlarını və Avropanın inteqrasiyasını içəridən əks istiqamətə yönəltməkdir. Onlar illiberal dəyərlər üzərində Qərbin yenidən qurulmasını nəzərdə tuturlar.

Bundan başqa, bu il seçicilərin fəallığı, adətən olduğundan, 20-40% yüksək ola bilər. “Brexit”-çilər, bir qayda olaraq səs verməkdən imtina edən üç milyon britaniyalını səfərbər etdiyi kimi, qitə populistləri də aparıcı partiyaların onları unutduqlarını düşünən avropalıları cəlb edə bilərlər. Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Emmanuel Makron kimi mötədil liderlərin tərəfdarları passiv olduqda, populist partiyalar cari seçkilərdə xeyli dərəcədə irəli çıxa bilər.

Üstəlik, ECFR-nin araşdırması göstərir ki, hətta parlament azlığı olduğu halda belə, avroskeptiklər qrupu Aİ seçicilərinin narahatlıqlarını aradan qaldırmaq qabiliyyətinə və onun əsas idarəetmə prinsiplərinə qarşı təhdidi kəskinləşdirə bilər. Misal üçün, parlamentdə üçdə birlik qrupla populistlər üzv dövlətlərə qarşı Avropa İttifaqı qaydalarını pozan sanksiyalara mane ola bilər. Aİ hazırda Polşada Qanun və Ədalət (PiS) partiyasının hökumətinə və Macarıstanda Orban hökumətinə qarşı belə tədbirlər həyata keçirir.

Məhdudlaşdırıcı azlıq və müəyyən məclis komitələrinin nəzarəti ilə, avroskeptiklər beynəlxalq ticarət əməliyyatlarına maneə törədə və Avropa Komissiyasına təyinatları durdura biləcək.

Parlamentdə mandat qazanan populistlər, ya pulun, ya da siyasi qətnamələrə düzəlişlər vasitəsilə Aİ xarici siyasətini zəiflətmək istəyəcəklər. Bir çox Avropa populist partiyasının Kremllə maliyyə əlaqəsi olduğunu nəzərə alsaq, məqsəd Rusiyaya qarşı sanksiyaların aradan qaldırılmasıdır. Bundan başqa, populistlər Parisin iqlim müqaviləsi kimi ekoloji siyasət səylərinin əleyhinədirlər.

Beləliklə, risk populistlərin əksəriyyəti qazanması və hər şeyi bir gündə ələ keçirməsi yox, Avropa Komissiyasında bəzi nümayəndələri və Aİ siyasətini dəyişə bilmələridir. Öz növbəsində, Aİ qaydalarına riayət olunmaması, milli hökumətlərin gücləndirilməsi seçicilərin Avropa İttifaqı təsisatlarına olan inancına zərbə vuracaq. Budapeşt, Varşava və Roma əyalət hökumətləri Aİ qaydalarını cəzasızlıqla pozacaqlar.

Estoniya və Slovakiyada Avropa Parlamentinə seçkilərdən əvvəl ümumi seçkilər keçiriləcək, Belçika və Danimarka isə bir il sonra seçkilərə qatılacaq. Hər halda, populist partiyalar koalisiya tərəfdaşları kimi hakimiyyətə gələ bilərlər.

Avropa tərəfdarları anti-Avropa partiyalarının tələsinə düşür. Liberallar, yaşıllar və bir çox sol partiyalar arasında seçkilərə kosmopolit və kommunistlər arasında – qloballıq və vətənpərvərlik arasında mübarizə kimi baxırlar. Bu siyasi çərçivə üsyançı avroskeptiklərə hər kəsdən daha çox kömək edə bilər.

Nəzəri olaraq, Fransada ən azı makronizm hələ atavist milliyətçiliyə ən yaxşı alternativdir. Ancaq may ayında populist inqilabın qarşısını almaq üçün Makron və digər liderlər öz yaxın kosmopolit elitalardan ikiəlli yapışmaq məcburiyyətində qalacaqlar. Əks halda, onlar avroskeptiklərin tələsinə düşəcəklər.

Tərcümə: Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə